/ / ATƏT PA müşahidə missiyasının rəhbəri: Seçkilərin yaxşı təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımı çatdırıram
ATƏT PA müşahidə missiyasının rəhbəri: Seçkilərin yaxşı təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımı çatdırıram
15.10.2013 [09:35]
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri qiymətləndirmə metodologiyasına yenidən baxılmalıdır. Trend-in məlumatına görə, bu barədə Monteneqronun Budva şəhərində keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Daimi Komitənin iclasında Azərbaycanda keçirilmiş prezident seçkilərində ATƏT PA-dan iştirak edən müşahidə missiyasının rəhbəri, Almaniyadan olan millət vəkili Doris Barnet bildirib.
D.Barnet ABŞ ilə Azərbaycanda və ya Almaniya ilə Ukraynada keçirilən seçkilərə eyni meyarlarla yaxınlaşmağın doğru olmadığını qeyd edib: “Baş vermiş qüsurları isə pisləmək deyil, onların aradan qaldırılmasına yardımçı olmaq lazımdır”.
Müşahidə missiyasının rəhbəri seçki günü 59 seçki məntəqəsində apardıqları müşahidələrin nəticəsi olaraq, seçki prosesinin yaxşı təşkil edildiyini, bir çox cəhətlərə görə Azərbaycandakı son seçkilərin ölkəsində keçirilən seçkilərdən demək olar ki, heç fərqlənmədiyini bildirib.
D.Barnet mənfi hallarla bağlı məlumatların bir sıra hallarda yalnız müəyyən QHT-lərin yoxlanılmamış məlumatlarına əsaslandığını təəssüflə qeyd edib və ümumiyyətlə, QHT-lər tərəfindən təqdim olunan bütün məlumatların ATƏT/DTİHB tərəfindən birmənalı olaraq qəbul edilməsinin düzgün olmadığını vurğulayıb.
O, namizədlərin öz təbliğat fəaliyyətlərini həyata keçirməsi üçün 152 yer ayrıldığını, müşahidəçilərin isə həmin yerlərdən yalnız 52-də olduğunu və bununla bağlı fikirlərini hesabata daxil etmədiklərini söyləyib. Həmçinin, namizədlərdən birinə daha çox efir vaxtının ayrılması ilə bağlı irada münasibət bildirən D.Barnet qeyd edib ki, Almaniyada seçkilər ərəfəsində də Angela Merkelə onun gündəlik fəaliyyəti baxımından digərlərinə nisbətən daha artıq vaxt ayrıldığını vurğulayıb.
Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen isə çıxışında Azərbaycana müşahidə missiyasının üzvü kimi dördüncü dəfə səfər etdiyini və Azərbaycanın düzgün yolda irəliləməsinin şahidi olduğunu, bunu Avropa Parlamenti və AŞ PA-nın mövqeyinin də sübut etdiyini bildirib, tam məsuliyyəti ilə Azərbaycandakı prezident seçkilərinin düzgün, ədalətli, açıq və şəffaf keçirildiyini bəyan etdiyini vurğulayıb, seçkilərin AP, AŞ PA və ATƏT PA-nın standartlarına uyğun keçirildiyini söyləyib: “ATƏT/DTİHB-nin bəzi məntəqələrdə baş vermiş kiçik qüsurlar haqqında verilən məlumatlar əsasında ümumi seçki prosesinə qiymət verməsi düzgün deyil: “DTİHB-nin hazırladığı hesabatla mənim və ATƏT PA müşahidəçilərinin fikirləri üst-üstə düşmürdü. Amma onlar bizim fikrimizi dinləmək istəmirdilər. Nə qədər çalışsaq da, onlarla bir kompromis əldə edə bilmədik. Ona görə də mən ATƏT/DTİHB-nin ilkin hesabatı açıqlandıqdan sonra ayrıca bəyanatla çıxış etmək məcburiyyətində qaldım. Çünki ilkin hesabatın mətni hazırlanarkən bizim mövqeyimiz nəzərə alınmamışdı. Seçkilərin qiymətləndirilməsində kontraktla işləyən müşahidəçilərlə xalqın seçdiyi millət vəkili olan müşahidəçilərin mövqelərində fərqlər var idi. DTİHB öz fəaliyyəti ilə ATƏT-ə ağılsız xidmət göstərmiş oldu”.
O vurğulayıb ki, ümumiyyətlə, seçkiləri müşahidə edən müşahidəçilərin “davranış kodeksi”nin hazırlanması yaxşı olardı: “Seçkilərin nəticəsi olaraq, namizədlərdən biri şəksiz qələbə qazanıb. Bunu “exit-poll”ların nəticələri də göstərirdi. Amma ATƏT/DTİHB bizə bunları deməyə imkan vermək istəmirdi. Seçkilərdə vətəndaşların öz fikirlərini ifadə etməsi üçün tam şərait yaradılmışdı. Seçkilərin yaxşı təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımı çatdırıram”.
ATƏT PA-da Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycan xalqının siyasi sabitliyə, əmin-amanlığa, sosial-iqtisadi tərəqqiyə səs verdiyini, Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarında da seçkilərin azad və ədalətli keçirilməsi, Azərbaycanın beynəlxalq öhdəliklərinə və standartlara cavab verməsinin əksini tapdığını vurğulayıb. B.Muradova 1300 beynəlxalq müşahidəçinin izlədiyi seçkilərin ədalətli və şəffaf, yüksək seçici aktivliyi şəraitində, Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq keçirildiyini bildirib. O, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin seçki prosesini yüksək qiymətləndirdiyini, seçkinin nəticələrinə kölgə sala biləcək hər hansı ciddi halın baş vermədiyini vurğulayıb.
B.Muradova ATƏT/DTİHB-nin hesabatında seçki prosesinin müsbət tərəflərinin əksini tapmamasına görə öz haqlı etirazlarını və mövqelərini bəyan edən ATƏT PA-nın üzvləri M.Vuazen və D.Barnetə minnətdarlığını ifadə edib. ATƏT/DTİHB-nin ATƏT PA üzvlərini öz hazırladıqları ilkin hesabatın altında imza atmağa məcbur etmək cəhdlərinin ən azı təəssüf doğurduğunu vurğulayıb: “Seçkilərdə qüsurların olduğunu heç kim inkar edə bilməz. Hər ölkədə keçirilən seçkilərdə nöqsanlar olur. Amma bu heç cür əsas vermir ki, Azərbaycan xalqının azad şəkildə ifadə olunmuş iradəsi şübhə altına alınsın. “Exit-poll”ların nəticələrini və İlham Əliyevin ölkədəki nüfuzunu nəzərə alaraq, nə Prezident, nə Onun rəhbərlik etdiyi partiya, nə də seçicilər heç bir formada hüquq pozuntularına yol verilməsi marağında olmayıblar. Baş vermiş hüquq pozuntuları ilə bağlı isə müvafiq orqanlar zəruri tədbirlər görəcəklər”.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

