“Mənim adıma saxta profil açanlar cəzadan yaxa qurtara bilməyəcəklər”
19.10.2013 [13:32]
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə:
- İKT əsri olan müasir dünyamızda sosial şəbəkəyə qoşulmaqda hər bir vətəndaş sərbəstdir. Azərbaycan əhalisinin 65 faizinin internet istifadəçisi olması bir daha onu göstərir ki, ölkəmizdə söz, mətbuat və fikir azadlığı mövcuddur və hər kəs öz fikrini sərbəst ifadə etmək imkanına malikdir. Amma çox təəssüflər olsun ki, Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edən vətəndaşın öz fikrini, əqidəsini heç bir təsirə məruz qalmadan müstəqil ifadə etməsi imkanından qərəzli istifadə edənlər də mövcuddur. “Facebook” səhifələrində və bir sıra sosial şəbəkələrdə insanların istək və arzularına müvafiq debatlar və dialoqlar olduğu kimi, etik normalara cavab verməyən, daha ciddi desək təhqir, söyüş, təhdid, şəxsiyyətə toxunma hallarına yol verən naqislər də var. Bu fikrimi bəyan etməkdə məqsədim odur ki, bir saat öncə bilmişəm ki, mənim adıma saxta profil açılıb. Açılan bu saxta profildə siyasi əqidəmə və mövqeyimə uyğun olmayan münasibətlərin, rəylərin yer alması ən azı vətəndaşlıq hüquqlarımın pozulmasıdır. Belə saxtakarlığa əl atanlar ilk növbədə bilməlidirlər ki, bütün fəaliyyətim boyu müstəqil Azərbaycan dövlətinin memarı, Ulu öndər Heydər Əliyev ideyalarına həmişə sadiq olmuşam, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyirəm və bu ömrümün sonuna qədər belə də olacaq.
Baş redaktoru olduğum “İki sahil” qəzeti daim dövlətçiliyimizin inkişafına xidmət edir, Heydər Əliyev siyasətinin və ideyalarının ən böyük təbliğatçısıdır. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi siyasi, iqtisadi, demokratik proseslərdə vətəndaşlıq məsuliyyətimi aydın dərk edərək ön sıralarda gedən insanlar arasında olmuşam. Bir daha bəyan edirəm ki, mən bu mövqeyimə görə qürur hissi keçirirəm və ömrümün sonuna qədər belə də olacaq. Bu baxımdan mənim adıma saxta profil açıb siyasi mövqeyimə uyğun olmayan yalan, böhtan məlumatlar yayanlar vicdanları qarşısında cavab verməklə yanaşı, həm də Azərbaycanda dövlət səviyyəsində qorunan ali qanunlarımız qarşısında da cavab verməli olacaqlar. Qoy, bu saxta profil yaradanlar bilsinlər ki, belə çirkin, yaramaz əməlləri ilə mənim əqidəmə və mövqeyimə zərrə qədər də kölgə sala bilməzlər. Bir vətəndaş kimi öz hüquqlarımı qorumaq haqqımı aidiyyəti qurumlardan rica edirəm: “Mənimlə bağlı belə yaramaz əməllərlə məşğul olanlar haqqında ciddi tədbir görülsün və onların kimliyi geniş ictimaiyyətə açıqlansın”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

