18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Şəmkir rayonunda tədbir keçirilib
19.10.2013 [13:32]
18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ümummilli lider Heydər Əliyevin heykəli önünə əklil və tər gül dəstələri qoyub və Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysovun sözlərinə görə, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir: “Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu”.
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, XX yüzilliyin sonlarında Sovetlər İttifaqının süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi: “Lakin müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış müharibə, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb”.
Rayon Gənclər və idman idarəsinin rəisi Pərvin Gözəlov bildirib ki, 1993-cü il iyunun 15-də Azərbaycan ziyalılarının və xalqın təkidli dəvəti ilə Ulu öndərimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanın təhlükədə olan müstəqilliyi yenidən bərpa olundu və günü-gündən müstəqilliyimiz möhkəmləndi.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

