Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar Bakı Ali Neft Məktəbində olub
24.10.2013 [08:57]
Oktyabrın 23-də Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar Bakı Ali Neft Məktəbində (BANM) olub.
AzərTAc xəbər verir ki, görüşdə çıxış edən BANM-nin rektoru Elmar Qasımov Prezident İlham Əliyevin uğurlu neft strategiyasından danışıb. Bildirilib ki, dünyada sənaye üsulu ilə ilk neft Azərbaycanda çıxarılıb və bu gün neft-qaz, kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat verən E.Qasımov qeyd edib ki, BANM Dövlət Neft Şirkətinin strukturunda fəaliyyət göstərir və bu ali məktəbin əsas məqsədi müasir standartlara cavab verən yüksək ixtisaslı kadrlar hazırlamaqdır.
Sonra hindistanlı qonağa məktəbin yaranma tarixi, gələcək planları və perspektivləri, həmçinin qısa zaman çərçivəsində əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Avropa standartlarına uyğun tədris prosesinin həyata keçirildiyi bu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub. Məktəbə yüksək təhsil göstəricilərinə malik tələbələrin qəbul olunduğunu vurğulayan rektor BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə uyğun kampusun istifadəyə veriləcəyini deyib.
Səfir Vinod Kumar Azərbaycan və Hindistan arasındakı tarixi əlaqələrdən danışaraq bildirib ki, bu gün Azərbaycan və Hindistan dövlətləri arasında ticarət, iqtisadi, elmi və texnoloji sahələrdə əməkdaşlıq uğurla inkişaf etməkdədir. BANM-nin fəaliyyətini yüksək qiymətləndirən V.Kumar gələcəkdə bu ali məktəb ilə Hindistanda mühəndis hazırlığı istiqamətində fəaliyyət göstərən universitetlər arasında əlaqələrin yaradılması, təcrübə və tələbə mübadiləsi istiqamətində əməkdaşlığın qurulması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Qonaq məktəbdəki tədris prosesi ilə yaxından tanış olub və tələbələrlə fikir mübadiləsi aparıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

