Ölkəmizdə kompleks tədbirlərin həyata keçirilməsi inkişafı daha da sürətləndirir
24.10.2013 [08:59]
Dağıdıcıların ölkədə qarşıdurma yaratmaq cəhdləri qul psixologiyalarından qaynaqlanır
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SİA-nın suallarını cavablandırıb.
- Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə kadr islahatları həyata keçirildi. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Əvvəla mən yeni və yenidən təyin olunan hökumət üzvlərini ürəkdən təbrik edir, onlara işlərində uğurlar, şəxsi həyatlarında cansağlığı arzulayıram. Ölkəmiz son on ildə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında biri-birindən əhəmiyyətli uğurlara imza atıb. Uğurları şərtləndirən amilləri qeyd edərkən, təbii ki, ilk növbədə düşünülmüş siyasət və onun xalq tərəfindən dəstəklənməsi önə çəkilir. Ölkəmizdə kompleks tədbirlərin həyata keçirilməsi inkişafı daha da sürətləndirir, yeni-yeni hədəflərə yol açır.
Möhtərəm İlham Əliyev andiçmə mərasimində Azərbaycanın son on ildə qazandığı uğurları əsaslı şəkildə diqqətə çatdıraraq, bu inamı ifadə etmişdir ki, gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilir. Azərbaycanın daha da qüdrətlənməsi, möhkəmlənməsi, xalqın sosial rifah halının yaxşılaşdırılması dövlətimizin siyasətinin əsasıdır. Prezident İlham Əliyevin Sərəncamı əsasında həyata keçirilən kadr islahatları da ölkəmizin inkişafına yönəlmiş, xalqın maraqlarını əks etdirən addımlardandır.
- Cəmil Həsənlinin Avropada keçirdiyi görüşlər və onun Bakıya qayıtdıqdan sonra qarşıdurmalar yaratmaq haqqında fikirlər səsləndirməsinə münasibətinizi bilmək istərdik...
- Bir məqamı xüsusi qeyd etməliyəm ki, dağıdıcı müxalifətin qul psixologiyası onları hər addımı atmağa sövq edir. Seçkilər başa çatan kimi bu ünsürlərin yarandığı gündən dağılması qaçılmaz olan, amma ictimai diqqəti yayındırmaq üçün “müxalifətin 20 ildə ən böyük birliyi” kimi təqdim etdiyi “Milli şura”nın namizədi Cəmil Həsənlinin Avropaya üz tutması bir çox məqamlara aydınlıq gətirdi. Görünür, xarici dayıları qarşısında hesabat vermək və onlardan yeni tapşırıqlar almaq vəzifəsi bu dəfə də C.Həsənlinin öhdəsinə düşmüşdür. Yarandığı gündən “Milli şura”da cərəyan edən proseslərə diqqət yetirdikdə üzvlərin bir-birinin ardınca Avropa və Qərb ölkələrinə üz tutduqlarının şahidi oluruq. Hər dəfə də geri dönəndə “küçə taktikası” günün əsas müzakirə mövzusuna çevrilir. Bir müddət öncə “Milli şura”nın növbəti mitinqinin nə zaman keçirilməsi məsələsi müzakirə olunanda qurumun üzləri bilməyərəkdən həqiqəti deməklə sifarişçilərin kim olduğuna işıq saldılar. Mitinqlərin vaxtının C.Həsənli Avropadan qayıtdıqdan sonra dəqiq müəyyənləşəcəyi bildirildisə də, bu artıq onun hansı ssenari əsasında geri dönəcəyinə işarə idi.
Dağıdıcılar xarici ermənipərəst, anti-azərbaycan qüvvələrin sifarişi əsasında ölkədə ictimai-siyasi durumu gərginləşdirməyə cəhdlər göstərsələr də, bunun mümkünsüzlüyünün daim şahidi olublar. Çünki hər bir aksiya bu ünsürlərin hansı sosial bazaya və nüfuza malik olduqlarının göstəricisi olmaqla yanaşı, ictimai fikirdə yaratdıqları siyasi qul imiclərini daha da möhkəmləndirib.
Azərbaycan demokratik ölkədir. Vətəndaşların sərbəst toplaşmaq hüquqları yüksək səviyyədə təmin olunur. Bütün siyasi partiyalara, qurumlara aksiyalar, mitinqlər təşkil etmək üçün zəruri yerlər ayrılıb. Amma bir əsas məqamı unutmayaq ki, mitinqlərin keçirilməsi üçün əsas olmalıdır. Bu gün cəmil həsənlilər qarşıdurma yaratmaq üçün xalqı hansı çağırışlarla küçələrə səsləyə bilər? 9 oktybar prezident seçkiləri Azərbaycanda demokratik inkişafın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Məğlubiyyətləri ilə barışmamaq dağıdıcılara xas olan xüsusiyyətlərdəndir. Əgər bu ünsürlərdə cəsarət olsaydı, bütün fəaliyyətləri boyu istər ölkədə keçirilən seçkilərdə, istərsə də özlərinin xarici dayılarının diktəsi əsasında təşkil etdikləri aksiyalarda biabırçı məğlubiyyətlərinin əsil səbəbini açıqlayar, bundan dərs alaraq, siyasi meydandan uzaqlaşardılar. Dünya təcrübəsində mövcud olan bu reallıq dağıdıcıların özlərinə də çox yaxşı bəllidir ki, bir partiya ölkədə keçirilən seçki proseslərində bir neçə dəfə məğlubiyyətə uğrayırsa, artıq siyasi səhnədən uzaqlaşır. Bu gün ermənipərəst, anti-azərbaycan qüvvələrin sifarişi əsasında ölkədə qarşıdurma yaratmaq çağırışları edən cəmil həsənlilər bu reallığı da dərk etməlidirlər ki, dağıdıcıların “siyasi meydanı” Azərbaycanın uğurları fonunda daralıb. Azərbaycan xalqının iradəsini əks etdirən 9 okyabr prezident seçkiləri bunun bir daha təsdiqi oldu. “Avropa görüşləri” ilə müxalifət mətbuatının “ulduzuna” çevrilən Cəmil Həsənli kimilərin özünə təsəllidən başqa bir şey olmayan fikirləri ictimai rəyə təsir göstərmək imkanında deyil.
Azərbaycan hüquqi dövlətdir. Cəmiyyət qanunlarla idarə olunur. Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Ölkədə sabitliyi pozub, qarşıdurma yaratmağa çalışanlar unutmamlıdırlar ki, bu kimi addımları ilə şəxsi ambisiyalarının girovuna çevrildiklərini daha qabarıq şəkildə büruzə verirlər. Dağıdıcıların siyasi korluğu da qul psixologiyalarından qaynaqlanır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

