ABŞ-ın hiddəti: Avropa, mən sənə demədimmi Azərbaycanı tənqid et?
26.10.2013 [12:28]
Avropa Parlamentinin ardınca AŞPA hədəfə götürüldü: seçkiləri müşahidə edən və müsbət rəy verən xarici ekspertlərə təzyiqlərə start verildi: hətta Azərbaycan Prezidentini inamlı qələbə münasibətilə təbrik edənlər belə hədəfə götürülür
Məlum olduğu kimi, 9 oktyabrda Azərbaycanda növbəti prezident seçkiləri keçirildi və dövlətimizin başçısı İlham Əliyev səslərin 84,54 faizini qazanaraq qalib gəldi. Bu, Azərbaycan xalqının ötən 10 ildə həyata keçirilən siyasi kursa və cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlara münasibətinin açıq ifadəsi və xalqımızın iradəsinin nümayişi idi. Əlbəttə ki, seçkilər müxtəlif müsbət məqamları ilə yadda qaldı. Hər şeydən əvvəl seçicilərin yüksək fəallıq göstərməsi (72,31 faiz) və hətta bir çox Avropa dövlətlərindən də yüksək seçici fəallığının qeydə alınması xalqımızın bu böyük əhəmiyyət kəsb edən kampaniyaya münasibətinin ifadəsidir. Eyni zamanda, Azərbaycan dövlətinin seçkilərin şəffaf, ədalətli keçirilməsi və xalqımızın iradəsini tam əks etdirməsi üçün gördüyü tədbirlər seçkilərin yüksək səviyyədə təşkilinə şərait yaratmaqla ölkəmizin demokratik dəyərlərə sadiqliyini ortaya qoydu. Təbiidir ki, nüfuzlu beynəlxalq təşkilatlar, çoxsaylı xarici müşahidə missiyaları, ekspertlər, yerli və xarici QHT-lər 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müsbət qiymətləndirdilər. Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, o cümlədən, xarici dövlətlərdən olan 1400-dən artıq müşahidəçinin vahid rəyi ondan ibarət oldu ki, seçkilər demokratik, şəffaf, ədalətli və obyektiv keçirilib.
Dövlət Departamentinin ABŞ-dan sürgün olunmuş “ədalət carçıları”...
Amma çox təəssüf ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının, bu qurumun parlament assambleyasının müşahidə qrupunun, habelə AŞPA-nın rəyinin əksinə olaraq bir qrup ATƏT-in uzunmüddətli müşahidəçiləri Azərbaycana qarşı müəyyən maraqlı dairələrin mövqeyini ifadə edən qərəzli “hesabatla” çıxış etdilər. Həmin “hesabatın” mürəkkəbi qurumamış ABŞ Dövlət Departamenti qeyri-obyektiv mövqe nümayiş etdirərək Azərbaycandakı seçkilərin guya beynəlxalq standartlara cavab vermədiyi barədə bəyanat yaydı. Baxmayaraq ki, ABŞ-dan olan onlarla nüfuzlu siyasətçi, bu ölkədə fəaliyyət göstərən təşkilatların nümayəndələri də seçkiləri müşahidə etmiş və bu proseslərlə bağlı müsbət rəyini ifadə etmişdi. Eyni zamanda, necə oldu ki, cəmi bir il öncə ABŞ-da keçirilən prezident seçkilərində obyektivliyə şübhə ilə yanaşıldığından və etimad göstərilmədiyindən bəzi ştatlarda seçki məntəqələrinə buraxılmayan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun müşahidəçiləri Dövlət Departamenti üçün birdən-birə ədalət tərəzisinə çevrildi?
ATƏT/DTİHB-nin reputasiyasına ağır zərbə
Görünən odur ki, bu seçkiləri gözdən salmaq, onun guya beynəlxalq standartlara cavab vermədiyi haqqında dünyada rəy formalaşdırmaq müəyyən xarici qüvvələrin maraq dairəsinə daxildir. “Milli şura” adlanan qondarma qurumun simasında Azərbaycan müxalifəti və erməni lobbisi ilə sıx əlaqədə olan bu dairələr beynəlxalq aləm tərəfindən seçkilərə verilən yüksək qiyməti həzm edə bilmir və indi də Avropa Parlamenti, Avropa Şurası, ATƏT Parlament Assambleyasına təzyiq göstərir, onların rəyini dəyişdirməyə çalışırlar. Çünki bu qüvvələr Azərbaycandakı seçkilərə verilən qiymətdən bərk narahat oldular, hətta şok keçirdilər. Onlar əmin idilər ki, “tapşırıqlarına” uyğun olaraq hamı bir səsdən Azərbaycanı hədəf götürərək ölkəmizi tənqid hədəfinə çevirəcəklər. Amma onların umduqları olmadı. Əksinə, bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkilini, aşkarlıq və şəffaflıq şəraitində keçdiyini, xalqımızın iradəsini tam əks etdiyini söylədilər. Yalnız seçkidən bir neçə gün sonra həmin maraqlı dairələr qəflət yuxusundan ayılıb artıq “qatarın getdiyinin” şahidi oldular.
Təcrübədə ilk dəfə idi ki, Avropanın birgə müşahidə missiyasının rəyi kəskin şəkildə haçalandı. AŞPA və Avropa Parlamentinin simasında iki nüfuzlu Avropa qurumu ayrıca tədbir keçirərək pozitiv bəyanat yaydı. ATƏT PA və bu qurumun qısamüddətli müşahidə missiyası ATƏT DTİHB-nin rəyi ilə razılaşmadıqlarını bəyan etdilər. Bu, həmin rəyin əsl müəlliflərinə qarşı çağırış və onların reputasiyasına ağır zərbə idi. Əsl məzhəkə də bundan sonra başladı.
AP-dən sonra indi də AŞPA-ya qərarını dəyişdirmək üçün təzyiqlər olunur
Bu qüvvələrin fövqündə duran ABŞ açıq şəkildə nüfuzlu Avropa təsisatlarına, ayrı-ayrı ölkələrə barmaq silkələmək yolunu tutdu. Nəticədə Avropa Parlamentində şou təşkil olundu və AP özü-özünü təkzib edəcək səviyyədə qeyri-səmimilik, qeyri-obyektivlik nümayiş etdirdi. Avropa Parlamentinin plenar sessiyasında “lazımi” qətnamə qəbul etdirdikdən sonra indi də Avropa Şurası ilə müvafiq “iş” aparılır. Təsadüfi deyil ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar Avropa Şurasının baş katibi Torbörn Yaqlanda müraciət ünvanlayıb və AŞPA müşahidə missiyasının rəyindən narahatlığını ifadə edərək ona bir daha bu məsələdə ABŞ-ın mövqeyini xatırladıb.
Nəticə də özünü çox gözlətmədi. Verilən məlumata görə, AŞPA Daimi Komitəsinin noyabrın 22-də Vyanada keçiriləcək iclasında Azərbaycandakı seçkilərin müzakirəyə çıxarılacağı gözlənilir.
Hədəfdə Avropanın və dünyanın bir sıra nüfuzlu siyasətçiləri də var
Paralel olaraq Azərbaycanda seçkiləri müşahidə edən 1000-dən artıq xarici ekspertə qarşı qarayaxma kampaniyasına start verilib. Onların ofisləri, evləri qarşısında etiraz aksiyaları təşkil olunur, elektron poçt ünvanlarına tənqid və təhqir dolu məktublar göndərilir, haqlarında mənfi rəy formalaşdırılır. Üstəlik, Azərbaycan Prezidentini inamlı qələbəsi münasibətilə təbrik edən bəzi nüfuzlu şəxslər də bu qüvvələrin hədəfinə çevrilir. Məsələn, guya Fransada yaşayan bir qrup azərbaycanlı mühacir tərəfindən Kann şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Bernard Broşana, Şabil şəhərinin meri, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının birinci vitse-prezidenti Patrik Gendrauda, həmin vilayətin Ali Şurasının prezidenti Andre Vilyeyə ünvanlanmış təzyiq xarakterli məktubu da bu qəbildəndir.
Bütün bunlar bir daha təsdiq edir ki, müxtəlif ölkələrdə demokratiyanın səviyyəsi müəyyən qüvvələrin maraqları prizmasından qiymətləndirilir. Artıq ikili standartlar yox, birbaşa təzyiq yolu tutulub.
Azərbaycan xalqının iradəsi anti-Azərbaycan qüvvələrin əlinin çatmayacağı zirvədir
Hadisələrin gedişi belə deməyə əsas verir ki, ATƏT, Avropa Parlamenti ABŞ-ın birbaşa təsiri altındadır və Vaşinqtondan gələn sifarişləri icra edirlər. Bununla razılaşmayanlar isə hədəfə götürülür və ləkələnirlər.
Ancaq həqiqət odur ki, anti-Azərbaycan qüvvələr ölkəmizin hüdudlarından kənarda kimlərinsə rəyini, mövqeyini dəyişə, onlara öz iradəsini qəbul etdirə bilər, ancaq Azərbaycan xalqının iradəsi onların əllərinin çatmayacağı zirvədir. Azərbaycanda 9 ölkənin dəstəyinə arxalanan siyasi qüvvələrin hakimiyyətə gəlmək ənənəsinə artıq çoxdan son qoyulub və bu qara səhifə həmişəlik qapadılıb.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

