/ / III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək Fransa nümayəndə heyəti Qusar və Quba rayonlarında olub
III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək Fransa nümayəndə heyəti Qusar və Quba rayonlarında olub
31.10.2013 [09:37]
Oktyabrın 31-də Azərbaycan paytaxtında işə başlayacaq III Bakı Beynəlxalq Humanitar Forumunda, eləcə də noyabrın 2-də Gəncə şəhərində açılacaq ikinci Gəncə Beynəlxalq üzüm və şərab festivalında iştirak edəcək Fransa nümayəndə heyəti Qusar və Quba rayonlarında olub.
AzərTAc xəbər verir ki, Fransanın Nior şəhərinin meri, Fransa - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Jenevie Qayanın rəhbərlik etdiyi nümayəndə heyəti Qusara səfəri çərçivəsində Bayraq meydanında, Heydər Əliyev Mərkəzində, rayon rəsm qalereyasında olub, “Qanlı dərə”də döyüşmüş Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Bundan sonra rayon mədəniyyət sarayında Fransa nümayəndə heyətinə yerli folklor nümunələri təqdim olunub.
Şəhərlə tanışlıqdan sonra Qusar Rayon İcra Hakimiyyətində fransalı qonaqlarla görüş keçirilib. Görüş çərçivəsində Qusar və Fransanın Mejev şəhərləri arasında dağ-xizək, qış turizmi, eləcə də mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair ilkin razılaşma əldə olunub. Bildirilib ki, Fransanın Mejev şəhəri təbii şəraitinə görə Qusara çox bənzəyir və orada da “Şahdağ” Qış-Yay Turizm Kompleksinə bənzər kompleks fəaliyyət göstərir.
Daha sonra Fransa nümayəndə heyəti “Şahdağ” Qış-Yay Turizm Kompleksində yaradılmış şəraitlə yaxından tanış olublar.
Qusardan sonra Fransa nümayəndə heyəti Qubaya gəlib. Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara Qubanın tarixi, mədəniyyəti, müasir inkişafı barədə ətraflı məlumat verilib. Fransalı qonaqlar bu günlərdə Qubada keçirilən Alma bayramı ilə maraqlandıqlarını, Fransanın Nior şəhərində də alma festivalına hazırlıq işləri görüldüyünü bildiriblər.
Görüşdə Azərbaycanın ayrı-ayrı şəhərləri ilə Fransa şəhərləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindən söz açılıb.
Sonda Quba və Fransanın Nior şəhərlərinin qardaşlaşmış şəhərlər olması barədə saziş imzalanıb.
Səfər çərçivəsində Fransa nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksində olub, həmçinin şəhərin görməli yerlərini gəzib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

