Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

31.10.2013 [09:46]

III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
Akkan Suver jurnalistlərə müsahibəsində deyib ki, 15 il əvvəl Türkiyə Cümhuriyyətinin yaradılmasının 75-ci ildönümü ilə əlaqədar Ankarada keçirilmiş tədbirlərdə iştirak edən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Mərmərə Qrupu Vəqfini də ziyarət edib. Həmin vaxt Ulu öndər Heydər Əliyev Vəqfin Rəyasət Heyəti tərəfindən fəxri sədr seçilib.
Akkan Suver III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirib.

Paylaş:
Baxılıb: 996 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31