/ / Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə keçiriləcək “Eco Picture Diary -2013” Beynəlxalq ekoloji layihəsinin təqdimatı olub
Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə keçiriləcək “Eco Picture Diary -2013” Beynəlxalq ekoloji layihəsinin təqdimatı olub
02.11.2013 [10:58]
Azərbaycanda ilk dəfə olaraq məktəblilər arasında “Eco Picture Diary- 2013” (“Eko Rəsm Gündəliyi -2013”) Beynəlxalq müsabiqəsi elan edilib.
AzərTAc xəbər verir ki, noyabrın 1-də Heydər Əliyev Mərkəzində layihənin təqdimatı keçirilib.
Təqdimat mərasimində 314 ümumtəhsil məktəbi təmsil olunub.
Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru Vüqar Məmmədov məlumat verib ki, “Eco Picture Diary” Beynəlxalq müsabiqəsi 2008-ci ildən keçirilir. Ötən il yarışmada 51 ölkədən 300 min məktəbli iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu il ilk dəfə olaraq Azərbaycan da müsabiqəyə qoşulacaq.
Müsabiqənin milli mərhələsi İDEA tərəfindən UNESCO-nun himayəsi altında, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin (PMCIS) dəstəyi ilə təşkil olunur.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, Bakı və Gəncə şəhərlərini əhatə edəcək müsabiqənin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, flora və faunaya qayğının aşılanması, ətraf mühit və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşmasıdır.
Nazir müavini hazırda ekoloji problemlərin dünyada aktual olduğu bir dövrdə belə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva uşaqların şüurunda ətraf mühitə münasibəti formalaşdırmaq üçün onların maarifləndirilməsinə kiçik yaşdan başlanılmasının əhəmiyyətini qeyd edib.
İDEA-nın layihə direktoru Anara İsmayılova layihəyə hazırlığın bir neçə ay bundan əvvəl başlandığını diqqətə çatdırıb. O, layihənin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən və şagirdlərin ətraf mühitə münasibətinin düzgün formalaşdırılmasında rolundan danışıb.
“Panasonic Marketinq” MDB-nin meneceri Alisa Lavrentiyeva müsabiqə haqqında məlumat verib.
Bildirilib ki, müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaşlar arası) və orta (12-15 yaşlar arası) yaş qruplarını təmsil edən şagirdləri iştirak edə bilərlər. İştirakçılar yarışma üçün hazırlanan xüsusi “Eko Gündəlik”də ekologiyaya dair rəsm və onun ideyasının qısa təsvirini əks etdirməlidirlər. Azərbaycan üçün 5000 “Eko Gündəlik” hazırlanıb. Bakı və Gəncə şəhərlərində müəllimlər vasitəsilə paylanılacaq “Eko Gündəlik”lər noyabrın 15-dək təhvil verilməlidir. Təqdim edilən “Eko Gündəlik”lər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
İDEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlilikləri, UNESCO, PMCİS, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti final mərhələsinə vəsiqə qazanan 20 iştirakçı arasından bir nəfər milli qalibi müəyyən edəcək.
Müsabiqənin qalibi dekabrın 1-dək elan olunacaq. Milli qalibin “Eko Gündəliyi” layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bütün ölkələrin milli qalibləri arasından seçiləcək 6 ən yaxşı finalçı bu ilin dekabrında Parisdə beynəlxalq müsabiqənin nəticələrinin elan olunması mərasimində iştirak edəcək.
Müsabiqənin şərtləri barədə ətraflı məlumatı İDEA-nın internet səhifəsindən (www.ideacampaign.org) əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

