Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatıb
02.11.2013 [11:02]
Forumun Bəyannaməsi qəbul olunub
Noyabrın 1-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işini “dəyirmi masa”larda davam etdirib.
AzərTAc xəbər verir ki, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə” mövzularında keçirilmiş “dəyirmi masa”larda səmərəli, məzmunlu və maraqlı diskussiyalar aparılıb.
Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan olan Bakı Beynəlxalq Humanitar Forumunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir. Forumda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla çoxsaylı nümayəndələr iştirak ediblər.
AzərTAc Forumun ikinci iş gününün gedişini “dəyirmi masa”lar üzrə şərh edir.
“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa”da sosial jurnalistikada yüksək texnologiyaların tətbiqi, müasir KİV-lər qarşısında çağırışların nəzərdən keçirilməsi məsələləri müzakirə edilib
Noyabrın 1-də “Kempinski Badamdar” otelində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”nın gündəliyindəki “Yeni texnologiyalar və müasir media”, “KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru”, “Ənənəvi jurnalistika və sosial şəbəkələr” mövzularının hər biri ayrıca paneldə müzakirə olunub.
Birinci paneldə müasir medianın yeni texnologiyaların tətbiq edilməsi üçün əlverişli zəmin olması məsələləri, ikincidə müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında qarşılıqlı anlaşmanın daha da aktuallaşdığı yeni minillikdə insanların bir-birini daha yaxşı tanımaları və başa düşmələri məsələsində, dözümlülüyün möhkəmlənməsində jurnalistikanın rolu, üçüncüdə isə ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələr müzakirə edilib.
“Dəyirmi masa”da dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media qurumlarının rəhbərləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
“Dəyirmi masa”nı AzərTAc-ın baş direktoru Aslan Aslanov açaraq qonaqları salamlayıb, onlara səmərəli iş, maraqlı diskussiyalar arzu edib.
Tədbirin gündəliyinə daxil edilmiş məsələlərin diapazonunun kifayət qədər geniş olduğunu söyləyən Aslan Aslanov burada sosial şəbəkələrin təkamülü dövründə texnoloji yeniliklərin, həmin şəbəkələrin ənənəvi jurnalistika ilə qarşılıqlı əlaqəsinin, KİV-lər prizmasından və onların fəal iştirakı ilə sivilizasiyalararası dialoq və bir sıra oxşar məsələlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Baş direktor deyib ki, bu problemlər bizim cəmiyyətlərdə ən çox müzakirə edilən məsələlərdəndir və cəmiyyətlər mətbuat işçilərindən həmin suallara cavab gözləyirlər.
“Bizim peşəmizdə yüksək texnologiyaların nailiyyətlərindən geri qalmamaq və gündəlik işimizdə onları vaxtında inteqrasiya etmək çox vacibdir”, - deyən Aslan Aslanov bildirib ki, texnoloji tərəqqi peşəkar fəaliyyətimizin xarakterinə güclü təsir göstərir. İnternet və yaxın vaxtlara qədər mövcud olmayan sosial şəbəkələr indi artıq gündəlik işimizin ayrılmaz atributuna çevrilib. Halbuki aramızdakı həmkarların çoxu öz peşəkar fəaliyyətinə başladığı illərdə informasiya teletayp və ağ-qara ekranlı televiziya vasitəsilə ötürülürdü. Ona görə də bu möhtəşəm transformasiyanın canlı şahidləri kimi bu trendin bizi haraya aparacağını, xəbər agentliklərinin aqibətinin necə olacağını, sosial jurnalistika ilə ciddi yarışda ənənəvi agentliklərin davam gətirib-gətirməyəcəyini öyrənmək çox maraqlıdır.
Aslan Aslanov deyib: “Təbii ki, bir gün ərzində bu zalda bütün məsələləri həll etmək çətin olar və əslində biz bu niyyətdə də deyilik. Lakin ümidvaram ki, bizim “dəyirmi masa”nın proqramını tərtib edərkən onun mövzusu kimi nəzərdə tutduğumuz məsələlər informasiya məkanının qloballaşması şəraitində medianın əsas aspektlərini əhatə edir və aktual məqamları üzə çıxarır”.
“Dəyirmi masa”nın birinci panelinə moderatorluq edən Rusiyanın İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini-şef redaktor Mixail Qusman müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb.
Ənənəvi xəbər sənayesi və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrə toxunan M.Qusman sosial şəbəkələrin cəmiyyətin bütün sahələrinə göstərdiyi təsirdən bəhs edib.
İTAR-TASS-ın baş direktorunun birinci müavini vurğulayıb ki, XXI əsr mediası keçmişdəki media ilə çox fərqlənir və sosial jurnalistika artıq sosial platforma yaratmaqdadır.
Sonra bölmə iclası məruzələrlə davam edib. Böyük Britaniyanın “Allting Ltd.” şirkətinin sədri, şair, dramaturq Devid Perri, ABŞ-ın Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katel, Türkiyənin Anadolu Agentliyinin baş direktoru və idarə heyətinin sədri Kamal Öztürk, Rumıniyanın AGERPRES Agentliyinin baş direktoru Aleksandru Giboy, Qazaxıstanın Kazinform Agentliyinin baş direktoru Dauren Diyarov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev yeni media və müasir çağırışlar, xəbər istehsalı sahəsində modern texnologiyaların tətbiqinin genişləndirilməsi, müasir mərhələdə informativ-kommunikativ texnologiyaların KİV-lərin imkanlarının artmasına təsiri və s. mövzularda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında maraqlı diskussiyalar olub. Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova məruzələrdə söylənən fikirlərə münasibət bildirib.
Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katelin sədrliyi ilə keçən ikinci paneldə ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokorun, AzərTAc-ın Baş direktoru Aslan Aslanovun, Argentina Milli Konqresinin Deputatlar Palatasının üzvü Yuliya Argentina Peryenin, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyevin, Moldovanın “Kişinyovskiy obozrevatel” qəzetinin baş redaktoru, “MLD Media” Araşdırmalar Mərkəzinin direktoru İrina Astaxovanın, Rusiyanın “Rossiya” televiziya kanalının nümayəndəsi Marina Kimin, Bakı Dövlət Universitetinin müəllimi Aynur Kərimovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyevin məruzələri dinlənilib.
Çıxışlarda sivilizasiyalararası dialoqun inkişafında, tolerantlığın, müxtəlif xalqlar, dinlər arasında qarşılıqlı anlaşmanın təbliğində kütləvi informasiya vasitələrinin rolundan bəhs edilib. Bildirilib ki, qloballaşma dövründə bəşəriyyətin qarşısında duran qlobal təhlükəsizlik təhdidlərinin sayı və miqyası artır. Bu təhdidlərin öhdəsindən gəlmək, ziddiyyətlərin, münaqişələrin qarşısını almaq üçün qlobal səviyyədə daha çox səy göstərmək lazımdır. Buna isə sivilizasiyalar arasında dialoq şəraitində nail olmaq mümkündür. Təbii ki, bu məsələlərdə kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür.
“Dialoq tolerantlığın açarıdır. Multikulturalizm dəyərlərinin tətbiq vasitəsi kimi KİV-lərin rolu” mövzusunda məruzə ilə çıxış edən Aslan Aslanov bildirib ki, qloballaşmaqda olan dünyada millətlərarası, konfessiyalararası ünsiyyət strategiyası insani münasibətlərin bu mürəkkəb sahəni ekstremizmə, irqçiliyə, şovinizmə və qarşıdurmaya zidd olaraq multikulturalizm və tolerantlıq əsasında tənzimləyən hüquqi, əxlaqi və sosial normalara əsaslanmalıdır. Bu halda əsas diqqət məhz multikulturalizmə yönəldilməlidir. Multikulturalizm həm ayrıca götürülmüş bir ölkədə, həm də bütövlükdə qloballaşan dünyada müxtəlif mədəniyyətlərin yanaşı mövcudluğuna şərait yaradılması deməkdir. Multikulturalizm təkcə etik doktrina deyil, həm də açıq cəmiyyət formalaşdırılmasına kömək etməyə çalışan ölkələr üçün səciyyəvi olan müəyyən siyasi proqram, dövlət siyasəti deməkdir. Beləliklə multikulturalizm və tolerantlıq bir-biri ilə sıx bağlı, lakin identik olmayan anlayışlardır.
Baş direktor deyib ki, Azərbaycan dövləti bütün dünyada məhz polietnik, çoxkonfessiyalı və tolerant bir ölkə kimi məşhurdur. Burada bütün dinlərin və milli azlıqların nümayəndələrinin hüquqlarının reallaşdırılması üçün çox gözəl şərait yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizim cəmiyyətdə multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirir.
Aslan Aslanov diqqətə çatdırıb ki, kütləvi informasiya vasitələri cəmiyyətdə ayrı-seçkiliyi, irqçiliyi və ksenofobiyanı deyil, multikulturalizmi, tolerantlıq ideyalarını, müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər arasında dialoqu təbliğ etməli, fəaliyyət göstərdikləri ölkələrdə tolerant şüurun formalaşmasına şərait yaratmalı, ekstremizmin və zorakılığın yayılmasına mane olmalıdır.
Rumıniyanın AGERPRES Agentliyinin baş direktoru Aleksandru Giboyun moderatorluğu ilə keçən üçüncü paneldə Ukraynanın “Uryadovıy Kuryer” qəzetinin baş redaktoru Sergey Braqa, Estoniyanın “Postimees” qəzetinin redaktoru Siqrid Kiyv, Rusiya Dövlət Sosial Universitetinin Minsk filialının professoru Kiril Şevçenko, Belçikada fəaliyyət göstərən Siyasət məsələləri üzrə Avropa Mərkəzinin analitiki və icraçı inzibatçısı Amanda Paul, Bakı Slavyan Universitetinin müəllimi Səbinə İzzətli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva məruzələrlə çıxış ediblər.
Məruzələrdə sosial şəbəkələrin müasir cəmiyyətin transformasiyasında rolu və onun dünya miqyasında siyasi proseslərə təsiri, cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilmiş internet və sosial şəbəkə ilə medianın gələcəyinin necə olacağı, informasiya agentliklərinin bu sektorda başlıca rolunu nə dərəcədə qoruyub saxlaya biləcəyi məsələlərinə diqqət yetirilib.
Diskussiyalarla davam edən paneldə multimedia texnologiyalarının müasir dövrdə gündəlik reallıqlarımızdan birinə çevrildiyi bildirilib.
Çıxış edən digər natiqlər Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb, Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.
“Dəyirmi masa” boyu AzərTAc-ın “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində çəkilmiş videomateriallar nümayiş etdirilib.
Sonda Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

