KİV-lə icra strukturları arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir
06.11.2013 [09:51]
Binəqədi rayonunda “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib
Noyabrın 5-də Binəqədi rayon İcra Hakimiyyəti (RİH) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə müxtəlif media orqanlarının rəhbərləri və digər təmsilçiləri, eləcə də, Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Konfransı giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov media orqanları ilə rayon icra strukturlarının əməkdaşlığının əhəmiyyətindən danışıb.
Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, rayon icra hakimiyyətləri ilə keçirilən bu qəbildən olan tədbirlər artıq ənənəvi xarakter alıb. Bu da nəticə etibarilə media və icra strukturları arasında qarşılıqlı əməkdaşlığı dinamik şəkildə inkişaf etdirərək, genişləndirir.
Konfransda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışaraq yerli icra hakimiyyəti orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Ə.Amaşov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətindən də geniş bəhs edib. Onun sözlərinə görə, Fond təkcə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına yox, digər icra strukturları ilə də birlikdə işləyərək medianın və media təmsilçilərinin maddi rifah halının yüksəldilməsi məqsədilə mühüm addımlar atır. Bu qəbildən olan tədbirlərin davamlı hal almasının zəruriliyini də qeyd edən Ə.Amaşov bildirib ki, Azərbaycanda mətbuatın inkişafı istiqamətində dövlət tərəfindən də zəruri işlər görülür. O, qarşıdakı dövrdə medianın tam iqtisadi müstəqilliyinə nail olunmasının da əsas məqsəd olduğunu vurğulayıb.
Daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonda görülən geniş abadlıq-quruculuq işlərindən danışıb. X.İsgəndərov bildirib ki, rayon sakinləri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri dinlənilir və həmin məsələlərin həlli istiqamətində müvafiq addımlar atılır: “Rayonda problemlərin ardıcıl qaydada aradan qaldırılması üçün işlər görülür. İlk növbədə, sakinləri daha çox narahat edən problemlərin həlli istiqamətində addımlar atılır. Bəzi problemlər var ki, həmin məsələlər dövlət proqramına əsasən, tədricən həll ediləcək”.
X.İsgəndərov, eyni zamanda, rayon ərazisində görülən işlərin, eləcə də, problemlərin işıqlandırılması istiqamətində media ilə qarşılıqlı əməkdaşlığa maraqlı olduqlarını bildirib.
Media və icra strukturları arasında şəffaf əməkdaşlığa kölgə salan mətbu orqanlara, konkret halda reket jurnalistikasına toxunan V.Səfərli isə bu məsələnin media nümayəndələrini də narahat etdiyini diqqətə çatdırıb: “Reket jurnalistika medianın gördüyü işlərə də kölgə salır. Elə nəşrlər var ki, biz onların adlarını belə tanımırıq. Bu gün Azərbaycan Mətbuat Şurasında reket jurnalistika ilə mübarizə məqsədilə yaradılmış Komissiyada həmin mətbu orqanlarla bağlı şikayətlərə baxılır. Təbii ki, belə mətbu orqanlar KİVDF-nin bütün layihələrindən, qəzetlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə elan edilmiş müsabiqələrdən də kənarda qalır. Mən bir daha qeyd edirəm ki, həmin mətbu orqanların yazdıqlarının heç bir təsir dairəsi yoxdur. Həmin yazılar sifariş əsasında yazılır və şəbəkə formasında reket jurnalistlər tərəfindən bir-birinə ötürülür. Ona görə də, bu cür hallarla rastlaşanlar Azərbaycan Mətbuat Şurasında yaradılmış “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasına müracət etsinlər”.
“Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə isə konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda Komissiya 100-ə yaxın mətbu orqanın adını “qara siyahı”ya salıb: “Təbii ki, artıq adı reket mətbu orqanların arasında olan media orqanların bəziləri bu siyahıdan çıxarılır. Biz görürük ki, onlar fəaliyyətlərində ciddi dönüş yaradıblar və onların adını həmin siyahıdan çıxardırıq. Məqsədimiz də odur ki, Azərbaycanda fəaliyyət göstərən mətbu orqanlar jurnalistikanın adına xələl gətirən işlərlə məşğul olmasın, şəxsi mənfəətlərini güdərək müxtəlif vəzifəli şəxslərlə bağlı qərəzli məlumatlar dərc etməsinlər. Azərbaycandakı mətbu orqanlar peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olsunlar”.
Tədbir qarşılıqlı diskussiyarla davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22

