/ / Mətbuat Şurası Moldova ombudsmanı Aureliya Qriqoriuya “Həqiqətə xidmətlərinə görə” mükafatını təqdim edib
Mətbuat Şurası Moldova ombudsmanı Aureliya Qriqoriuya “Həqiqətə xidmətlərinə görə” mükafatını təqdim edib
08.11.2013 [09:19]
Noyabrın 7-də Azərbaycan Mətbuat Şurasında Moldova ombudsmanı Aureliya Qriqoriu ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə çıxış edən Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, zaman-zaman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində problemlər yaşanıb. Xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılmasına ehtiyac duyulub. Dünyada ikili standartların hökm sürdüyü indiki şəraitdə də bu işin daha məqsədyönlü şəkildə həyata keçirilməsinə ehtiyac var.
V.Rəhimzadə deyib: “Sevindirici haldır ki, haqq işimizi dəstəkləyənlər arasında etibarlı dostlarımız da vardır. Bu gün biz onların şəxsində özünün qətiyyəti, peşəkarlığı ilə fərqlənən, Azərbaycan həqiqətlərini, Xocalı soyqırımı ilə bağlı dəhşətləri dünyaya bəyan edən bir şəxsi - Moldova ombudsmanı xanım Aureliya Qriqoriunu görməkdən məmnunuq. Onun Ermənistan parlamentindəki tarixi çıxışı hamımıza yaxşı məlumdur. Xanım Qriqoriu Azərbaycan həqiqətlərini cəsarətlə dilə gətirmişdir.
Mətbuat Şurasının İdarə Heyəti bütün bunları nəzərə alaraq Moldova ombudsmanını “Həqiqətə xidmətlərinə görə” mükafatı ilə təltif etmək qərarına gəlib”.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova rəhbərlik etdiyi qurumun Moldova ombudsmanı ilə qarşılıqlı əməkdaşlığından danışıb. O bildirib ki, hələ 1998-ci ildən əsası qoyulan səmərəli işbirliyi müxtəlif beynəlxalq toplantılarda iştirakdan, fundamental dəyərlər olan insan hüquq və azadlıqlarının müdafiəsinə yönələn təmaslardan keçib.
E.Süleymanova bildirib ki, Aureliya Qriqoriu həmişə özünün prinsipial mövqeyi ilə seçilib. O, çıxışlarında ombudsmanların təkcə öz ölkələrində deyil, dünyada insan hüquq və azadlıqlarına qiymət verməsinin vacibliyini real faktlarla əsaslandırıb. Onun Azərbaycan həqiqətlərinə yanaşma tərzi də bu mövqeyindən qaynaqlanıb. Məhz bu xüsusiyyətinə görə də Azərbaycanda hamının sevimlisinə çevrilib. A.Qriqoriunun iş prinsipi peşəkarlıq tələblərinin real insani dəyərlər müstəvisində uzlaşmasının bariz nümunəsidir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında bildirib ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu, müxtəlif beynəlxalq təşkilatların məsələyə münasibətdə birmənalı mövqe tutmadığı bir şəraitdə A.Qriqoriunun tərəddüdsüz obyektivliyi dünya ictimaiyyətinə ünvanlanmış son dərəcə tutarlı mesajdır. O, xanım Qriqoriunun ölkəmizə növbəti səfərlərinin Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərinə baş tutacağına əminliyini vurğulayıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev deyib ki, obyektivlik hər bir peşəkar qələm sahibinin ruhundan, daxili aləmindən irəli gəlir. A.Qriqoriu Ermənistan parlamentindəki çıxışında məhz həmin həqiqəti ifadə edib. Bu səbəbdən onun jurnalistlər üçün dəyəri daha böyükdür. Mətbuat Şurasının “Həqiqətə xidmətlərinə görə” mükafatının xanım Qriqoriuya təqdim edilməsi bütövlükdə maarifpərvər jurnalistikamızın ona ən xoş münasibətinin göstəricisidir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu həqiqətləri çatdırmaq bacarığını insanın malik olduğu ən böyük dəyər kimi qiymətləndirib. O deyib ki, sülhsevər, səmimi keyfiyyətlərə malik xalqımız A.Qriqoriunun bütövlükdə insanlıq qarşısındakı xidmətlərini böyük ruh yüksəkliyi ilə qarşılayıb. Hər bir azərbaycanlı Moldova ombudsmanının şəxsində özünə doğma insanını tapıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri İlham İsmayıl bildirib ki, bu görüş rəhbərlik etdiyi qurum ilə Moldova ombudsmanı arasında əməkdaşlıq memorandumunun imzalanması baxımından da əlamətdardır. Sazişin məhz jurnalistlərin iştirakı ilə imzalanması böyük ictimai mahiyyət daşıyır.
İ.İsmayıl deyib ki, memorandumda dünyanın müxtəlif bölgələrində Azərbaycan həqiqətlərinin təbliğini nəzərdə tutan toplantıların təşkili, prosesə qabaqcıl xarici ölkələrin ombudsman təsisatlarının cəlb edilməsinin yolları, digər prioritet hədəflər əksini tapır, geniş işbirliyinin konkret konturları açıqlanır.
Aureliya Qriqoriu çıxış edərək Dağlıq Qarabağ münaqişəsi barədə dünya birliyinin daha çox məlumat almasının vacibliyindən danışıb, ATXƏM ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini bildirib. Ermənistan parlamentindəki çıxışından sonrakı təzyiqlərlə üzləşərkən Azərbaycan ictimaiyyətindən son dərəcə böyük dəstək gördüyünü deyən xanım Qriqoriu bildirib ki, gələcəkdə reallaşdırılacaq birgə təşəbbüslər həm də insanlıq naminə aparılan mübarizəyə dəstəkdir.
Sonra A.Qriqoriuya Mətbuat Şurasının “Həqiqətə xidmətlərinə görə” mükafatı təqdim olunub. Moldova ombudsmanı təltifə görə Mətbuat Şurasına, ümumilikdə Azərbaycan jurnalistlərinə təşəkkürünü bildirib.
Daha sonra Moldova ombudsmanı Aureliya Qriqoriu ilə ATXƏM arasında əməkdaşlıq memorandumu imzalanıb.
Görüşdə digər çıxış edənlər moldovalı ombudsmanın fəaliyyətinin təkcə peşəkarlıq deyil, eyni zamanda, həssas insanlıq nümunəsi kimi örnək səciyyə daşıdığını vurğulayıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

