Tbilisidə 10-cu Cənubi Qafqaz media konfransı keçirilib
13.11.2013 [09:23]
Noyabrın 11-də Gürcüstanın paytaxtı Tbilisidə “Cənubi Qafqaz media konfransının 10 illiyi - kütləvi informasiya vasitələrinin azadlığı haqqında ATƏT-in öhdəliklərinin dərk edilməsi” mövzusunda konfrans işə başlayıb.
İkigünlük konfransı ATƏT-in media azadlığı üzrə nümayəndəsinin ofisinin direktoru Andrey Rixter açıb.
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç konfransın Cənubi Qafqaz ölkələrində kütləvi informasiya vasitələrinin azadlığı, bu istiqamətdə son 10 ildə qanunvericilikdə və təcrübədə həyata keçirilən dəyişikliklər ətrafında fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan yaradacağını bildirib, regionun mass-mediasında irəliləyişin hiss olunmasından məmnunluğunu vurğulayıb.
Azərbaycan Respublikasından geniş tərkibdə nümayəndə heyəti konfransda iştirak edib. Müzakirə olunan məsələlərlə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, ATƏT-in media azadlığı ofisinin təşkilatçılığı ilə keçirilmiş bu tədbir yubiley konfransıdır. Bütün konfranslarda Azərbaycan nümayəndə heyəti iştirak edərək, ölkədə kütləvi informasiya vasitələrinin, söz və məlumat azadlığının, fikir plüralizminin vəziyyəti barədə həqiqətləri iştirakçıların diqqətinə çatdırır. Bu konfransı Cənubi Qafqaz ölkələrində kütləvi informasiya vasitələrinin inkişafı, onların problemlərinin həlli ilə bağlı səmərəli platforma hesab etmək olar.
Vüqar Əliyev bildirib ki, bu tədbir Cənubi Qafqaz respublikalarının bu sahədə üzərlərinə götürdükləri öhdəliklərin icra vəziyyəti barədə bir növ hesabat xarakteri daşıyır: “Biz iştirakçılara ötən 10 ildə Azərbaycanın söz və məlumat azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində keçdiyi yol barədə ətraflı məlumat verdik. Bildirdik ki, Azərbaycan Respublikası Konstitusiyasında informasiyanın əldə olunması, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, senzuranın yolverilməzliyi ilə bağlı prinsipial müddəalar öz əksini tapıb və zaman keçdikcə bu müddəaların həyata keçirilməsi istiqamətində uğurlu addımlar atılıb”.
Prezident Administrasiyasının rəsmisi deyib ki, 1998-ci ildə Azərbaycanda senzura ləğv olunub, 2003-cü ildə jurnalistlər tərəfindən Mətbuat Şurasının yaradılması ölkəmizdə mətbuatın özünütənzimləmə prinsipinin tətbiqinə imkan verib. 2005-ci ildə isə demək olar ki, bütün Avropa məkanında və dünyada ən liberal qanunvericilik aktlarından olan informasiya əldə olunması haqqında çox mühüm bir Qanun qəbul edilib və onun tətbiqi ilə bağlı dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Sektor müdiri xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası təsdiq olunub və bu Konsepsiyadan irəli gələn müddəaların yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu Fond vasitəsilə Azərbaycan Hökuməti müstəqil medianın inkişafına, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına yardım edir.
Vüqar Əliyev deyib: “Biz Azərbaycan Prezidenti tərəfindən jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri xüsusi qeyd etdik və 2013-cü ildə Azərbaycanda 156 jurnalistin mənzillə təmin olunması, dövlətimizin başçısı tərəfindən 240 mənzilli yeni binanın təməlinin qoyulması barədə məlumat iştirakçıların böyük marağına səbəb oldu. Bütün bunlar bir daha onu təsdiq edir ki, Azərbaycan Respublikasında medianın inkişafı, onun müstəqilliyinin möhkəmləndirilməsi, söz və məlumat azadlığı, fundamental demokratik prinsiplərin tətbiqi sahəsində çox mühüm nailiyyətlərimiz vardır və konfrans iştirakçıları bu barədə də geniş məlumatlandırıldılar. Həmçinin biz ölkəmizdə jurnalistlərin təhlükəsizliyinin, onların məqsədyönlü fəaliyyətinin təmin edilməsi üçün zəruri şəraitin formalaşdırılması sahəsində Azərbaycan dövlətinin beynəlxalq konvensiyalar və qanunvericiliklə müəyyən edilmiş prinsipləri dayanmadan yerinə yetirməkdə israrlı olduğunu da diqqətə çatdırdıq. Konfrans iştirakçılarını Azərbaycanın demokratik inkişafına, respublikamızda liberal media mühitinin formalaşdığına, ölkəmizin üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirdiyinə əmin edə bildik”.
ATƏT-in KİV-lərin azadlığı məsələləri üzrə baş məsləhətçisi Juan Barata konfransın keçirilməsində məqsədin Cənubi Qafqaz ölkələri nümayəndələrinin görüşünü təşkil edib görülən işlərə, qarşıda duran vəzifələrə onların münasibətini öyrənmək olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, mövcud problemləri öyrənmək, bu problemlərin həlli yollarını müəyyənləşdirmək barədə fikir mübadiləsinin aparılması baxımından da konfrans mühüm əhəmiyyət kəsb edir.
Konfrans “Rəqəmli verilişə keçid” və “Ənənəvi və internet-media özünütənzimləmə məsələləri” mövzusunda ustad dərsləri ilə işini davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

