Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15.11.2013 [09:22]
Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Abişer ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Ali Məclisin Sədri Vasif Talıbov səfir Paskal Abişeri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək deyib ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin əsası 1992-ci ildə qoyulub. Bu gün ikitərəfli münasibətlər müxtəlif sahələr üzrə inkişaf etdirilir. Hər iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiya, eləcə də parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən 2001-2011-ci illərdə muxtar respublikada kəhrizlərin bərpası layihəsinin icra olunduğunu bildirib, bu zaman bir sıra görüşlərin keçirildiyini xatırladıb. Ali Məclisin Sədri əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, səfirə işlərində uğurlar arzulayıb.
Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən Paskal Abişer Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vətənində - Naxçıvanda ilk dəfə olduğunu və muxtar respublikada əldə edilən inkişafın məmnunluq doğurduğunu qeyd edib. Səfir Azərbaycan-İsveçrə əlaqələrinin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb, diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da genişləndirilməsinə çalışacağını bildirib.
Görüşdə əməkdaşlığın müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaq üç günlük səfəri müddətində Naxçıvan Muxtar Respublikasının təhsil və istehsal müəssisələri, qədim tarixi abidələri, görməli yerləri və turizm potensialı ilə tanış olacaq, bir sıra görüşlər keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

