/ / Əli Həsənov: Bəzi qəzetlər mövcud vəziyyəti obyektiv şəkildə təhlil etməli və öz fəaliyyətlərində dönüş yaratmalıdırlar
Əli Həsənov: Bəzi qəzetlər mövcud vəziyyəti obyektiv şəkildə təhlil etməli və öz fəaliyyətlərində dönüş yaratmalıdırlar
15.11.2013 [09:32]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azadlıq” və “Yeni Müsavat” qəzetləri ilə bağlı irəli sürülən iddialara münasibət bildirib.
Şöbə müdiri Trend-ə açıqlamasında deyib ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət cəmiyyətdə demokratik dəyərlərin, o cümlədən söz və məlumat azadlığının, liberal media mühitinin inkişafına xidmət edir və öz ardıcıllığı, prinsipiallığı ilə seçilir: “Azərbaycan dövləti uzun illərdir ki, heç bir fərq qoymadan kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının inkişafına hərtərəfli dəstək göstərir. Son 5 ildə isə bu dəstək daha sistemli xarakter almış, yardımların həcmi böyümüş, eyni zamanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün silsilə tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Buna görə də hakimiyyətin guya müstəqil medianı sıradan çıxarmaq niyyətində olması ilə bağlı irəli sürülən iddialar tam əsassızdır və heç bir tənqidə dözmür”.
Əli Həsənovun sözlərinə görə, hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da ictimai tələbat media orqanlarının reytinqini formalaşdıran əsas amildir: “Vətəndaşlar məlumat almaq üçün daha çox obyektiv və operativ informasiya daşıyıcısı olan, eyni zamanda, tərəfsiz, davranış qaydalarına riayət edən, ayrı-ayrı marginallaşmış siyasi qrupların, biznes subyektlərinin, müxtəlif xarici dairələrin maraqlarına deyil, bütövlükdə cəmiyyətin mənafeyinə xidmət edən kütləvi informasiya vasitələrinə üstünlük verirlər. Artıq yanlış və qərəzli informasiyalarla, reallıqdan uzaq mülahizələrlə cəmiyyəti çaşdırmaq istəyən, qalmaqal yaratmaqla tirajlarını artırmağa cəhd göstərən, təhqir və böhtanın adiləşdiyi media orqanları ictimai tələbat subyektləri kimi öz funksionallığını, oxucu auditoriyasını itirməkdədirlər. Təəssüf ki, bəzi müxalifət qəzetləri düşdükləri vəziyyətdən düzgün çıxış yolu tapmaq əvəzinə, diqqəti problemin mahiyyətindən yayındırmağa və məsələni siyasiləşdirməyə çalışırlar. Onların bu yolla öz maddi durumlarını düzəltmək cəhdləri hətta qısamüddətli perspektiv baxımından səmərəli hesab oluna bilməz. Yeganə çıxış yolu mövcud vəziyyəti ayıq başla, obyektiv şəkildə təhlil etmək və öz fəaliyyətlərində dönüş yaratmaqdan keçir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

