Vaşinqtonda Azərbaycanın inkişafı və regiondakı rolunun vacibliyi müzakirə edildi
15.11.2013 [11:18]
Noyabrın 14-də Azərbaycanın ABŞ-dakı səfirliyində Xarici Siyasət üzrə Gənc Mütəxəssislər Qrupu ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən səfir Elin Süleymanov Azərbaycanın dövlətçilik ənənələrindən, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk parlamentin, qadınlara seçki hüququnun verilməsindən danışmışdır. Müstəqilliyinin bərpasından keçən 22 il ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da gücləndiyini bildirən səfir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinin buna bariz nümunə olduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, Azərbaycan çox uğurlu enerji diplomatiyası həyata keçirir. E.Süleymanov ölkəmizin etibarlı müttəfiq kimi xarakterizə edilməsində ölkə rəhbərliyinin götürdüyü öhdəliklərə sadiqliyinin əsas rol oynadığını vurğulamış və hazırda gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində məlumat vermişdir.
Azərbaycanın coğrafi reallıqlarının ölkənin xarici siyasət istiqamətlərinin formalaşmasında həlledici amil olduğunu vurğulayan səfir bu xüsusda Azərbaycanın Rusiya və İranla həmsərhəd olan yeganə dövlət olması faktının nəzərə alınmasının zəruriliyini qeyd etmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş praqmatik xarici siyasət kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın öz qonşuları, xüsusilə Türkiyə və Gürcüstanla nümunəvi münasibətləri vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional inteqrasiya üçün əsas maneədir. Münaqişənin ədalətli həlli və fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər barəsində məlumat verilmişdir.
Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq üçün əlverişli platforma olduğunu bildirən səfir ölkəmizdə tarixən formalaşmış milli və etnik azlıqlar arasında dost münasibətlərdən və tolerantlığın xalqımızın fəxr ediləsi cəhətlərindən biri olduğunu vurğulamışdır.
Qeyd edək ki, 2004-cü ildə təsis edilmiş Xarici Siyasət üzrə Gənc Mütəxəssislər Qrupunun London və Brüsseldə də ofisləri fəaliyyət göstərir.
Qrupun üzvləri sırasında ABŞ-ın müxtəlif dövlət orqanlarında, eləcə də konqresmenlərin ofislərində çalışan gənclər daxildir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

