Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “İsa Qəmbər və Əli Kərimli sədrlikdən istefa verməsə, AXCP və “Müsavat” dağılacaq”

“İsa Qəmbər və Əli Kərimli sədrlikdən istefa verməsə, AXCP və “Müsavat” dağılacaq”

19.11.2013 [09:17]

“Milli şura” ona görə anormal qurumdur ki, buradakı hər bir siyasi partiya xalq tərəfindən heç bir dəstəyi olmadığı halda, hərəsi özü üçün bu qurumda divident axtarır, vəzifə tutmaq istəyir”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, məhz bu səbəbdən indi “Müsavat”da partiyaya yeni sədrin seçilməsi məsələsi, AXCP-də isə Əli Kərimliyə qarşı narazı qüvvələr meydana gəlib: “Ona görə də bu partiya sədrləri partiyadan uzaqlaşdırılacaqları təqdirdə “Milli şura”da özlərinə vəzifə tutmaq istəyirlər. Daha dəqiqi, partiya sədrliyi əvəzinə “Milli şura”da sədrlik postunu ələ keçirmək üçün mübarizə aparırlar. Bu baxımdan ortaya atıblar ki, Rüstəm İbrahimbəyov burada yoxdur, həmsədrlik postu təsis olunmalıdır”.
“Milli şura”da hazırda ciddi qarşıdurma olduğunu deyən S.Novruzov Arif Hacılının R.İbrahimbəyov və digər ziyalılar haqqında fikirlərini xatırladıb: “Ziyalıların böyük əksəriyyəti bu prosesə qoşulmadılar, Cəmil Həsənlinin namizədliyini dəstəkləmədilər. Hətta mitinqlərdə çıxışlardan imtina ediblər. Çünki onlar bilirdilər ki, bu, bir oyundur”.
YAP İcra katibinin müavini ona da deyib ki, belə davam etsə, “Müsavat” və AXCP sədrləri istefa verməsələr, bu partiyalar qısa müddətdə dağılacaq: “O partiyaların rəhbərləri partiyanın qeydinə qalırlarsa, şəxsi mənafelərini partiyadan az da olsa, üstün tutmurlarsa, onlar o postdan uzaqlaşmalıdırlar ki, partiyalara indiki şəraitdə yaşamaq üçün yeni nəfəs gəlsin. 20 ildən artıqdır, sədrdirlər və partiyalarına şəxsi obyekt kimi baxırlar, partiyanı şəxsi gəlir mənbəyinə çeviriblər. Ona görə də partiyaların dağılmağını istəmirlərsə, artıq buradan gəlir mənbəyi kimi istifadə etməkdən əl çəkib istefa verməlidirlər. Partiyaların yaşaması üçün ora eyni qüvvələr gəlməlidir. Ondan sonra bəlkə bu tənəzzüldən xilas ola bilələr”.

Paylaş:
Baxılıb: 1061 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31