Birinci vitse-prezidentdən sərrast cavab
17.02.2026 [10:50]
Yeni dünya nizamı yaranır. Dünyanın geosiyasi xəritəsində sərhədlər müəyyənləşdirilir. Hər kəsin yeri fərqlidir - kimisi düz mərkəzdə, proseslərin nüvəsində yer alır, kim(lər) də küncə qoyulur. Yəni bütün proseslərdən uzaqlarda, müşahidə postunda, başqa sözlə, kənarında, haradasa künc-bucaqda. Bütün bunları müəyyənləşdirən meyar isə peşəkarlıq səviyyəsidir. Ölkə rəhbəri Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi çoxvektorlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dövləti bu gün superdövlətlərlə eyni masada yer alır. Masanın tam mərkəzində. Haradan ki, müasir dünya üçün yeni qərarlar qəbul edilir; harada ki, dünya gücləri əyləşir. Son bir neçə ay ərzində şahidlik etdiyimiz proseslər və qarşıdakı perspektivlər bütün bunların ən aydın nümunəsidir, küncdəkilər (küncə qoyulanlar) üçün isə sübutu da hesab oluna bilər.
Dövlətimizin bu uğurlarını həzm edə bilməyən qüvvələr isə hər vəchlə öz çirkin qaraxayaxma kampaniyalarına davam edirlər. Bu günə qədər dəfələrlə onlara ən müxtəlif cavablar verilib. Lakin sonuncu cavab xaricdən maliyyələşən antimilli ünsürlərə həm də bir dərs oldu. Söhbət Münhen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq, təxribat cəhdlərini davam etdirən Emin Hüseynovun sual vermək üçün müraciətinə Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın cavabından gedir. Həmin kadrları izləməyənlər üçün qısa bir xatırlatma etməkdə fayda var. Belə ki, sözügedən video Emin Hüseynovun konfrans zalından çıxan Mehriban xanım Əliyevaya “Azərbaycanda demokratiya ilə bağlı” sual vermək istədiyini bildirməsi ilə başlayır. Mehriban Əliyeva isə ayaq saxlayaraq, “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram” - deyə, yoluna davam edib.
Təxminən yarım dəqiqəlik bir video əslində bir neçə yüz səhifəlik siyasi dərslik hesab oluna bilər. Birinci ona görə ki, Azərbaycan dövləti ona qarşı yönələn heç bir təxribatın qarşısında cavabsız qalacaq qədər gücsüz deyildir. Başqa sözlə, dövlətin bütün sahələrdə silah-sursatı kifayət qədərdir. Digər bir məqam hörmətli Mehriban xanımın timsalında Azərbaycan qadının mərhəmətinin, kübarlığının, incəliyinin təcəssümüdür. Mehriban xanım antimilli fəaliyyətlə məşğul olan Emin Hüseynova çox sakit, kübar bir şəkildə ağır bir dərs verir. Həm də Hüseynovu küncə qoyur, özü də tək ayağı üzərində dayanması şərti ilə. Mehriban xanım eminkimilərin nə vaxtsa dövlətinə layiqli vətəndaş olmalarına da haradasa inanır, başqa sözlə, onların islah olmaları üçün də mesaj verir. Eminə cansağlığı arzulamağı da unutmayan Mehriban xanımın bu ifadələri bütün antimilli ünsürlər üçün çağırış da hesab oluna bilər. Yəni sizin etdiyiniz bütün cinayətlər, çirkli əməllər bir müddət sonra əfv də oluna bilər. Çünki Azərbaycan dövləti humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini hər zaman nümayiş etdirir və həmrəyliyin gücləndirilməsinə yönəlik mühüm addımlar atır. Yetər ki, bu dırnaqarası niyyətlərdən əl çəkin.
Əks halda, Eminin timsalında bütün antimilli ünsürlər küncdə qalacaqlar, özü də tək ayaq üzərində.
Nicat Dilqəmli
Qısa arayış: Haqqında danışılan Emin Hüseynov Soros Fondunun vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və ayrılan külli miqdarda vəsaiti talaması üzə çıxandan sonra ölkədən qaçmışdı. O, ölkədən qaçarkən qadın paltarından istifadə etmişdi. E.Hüseynov hazırda da antimilli fəaliyyətini davam etdirir. Hətta 44 günlük savaşda “novarçı” donuna girərək, erməni işğalının davam etməsi üçün təbliğat aparırdı. “Erməni hüquqlarının müdafiəçisi” kimi tanınan Emin Hüseynov erməni diaspor təşkilatlarının maliyələşdirdiyi qurumlardan qrant alır. Emin Hüseynov Mehman Hüseynovun böyük qardaşıdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17

