Yeni Azərbaycan Partiyası: güclü, mütəşəkkil siyasi qüvvə
21.11.2013 [09:41]
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, partiya fəaliyyətini siyasi mübarizədən daha çox Azərbaycanın inkişafına yönəldib
Nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 21 il ötür. Ötən hər günün hesabat xarakteri daşıdığını qəbul etsək, 21 ilin partiyanın həyatında hansı mühüm hadisələrlə yadda qaldığının təhlilinin nə qədər zərurət olduğunu aydın dərk etmək olar. Təbii ki, hansısa bir hadisənin baş verməsi üçün bir zərurət, əsas olmalıdır. YAP-ın yaradıldığı dövrə qısaca nəzər salsaq, bu zərurət özünü qabarıq şəkildə büruzə verər.
Azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək xalqımızın ən böyük arzusu olub. XX əsrin əvvəllərində bu istəyinə qovuşan xalqımızın sevinci məlum səbəblərdən uzun sürməsə də, bu, onların azad, müstəqil yaşamaq arzusunu məhv etmədi, əksinə daha da alovlandırdı. XX əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə nail oldu. Lakin ilk illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. YAP-ın yaradılmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları idi. Bu fikirlər ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının Ulu öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində də öz əksini tapıb. Müraciətdə bu inam ifadə olunmuşdur ki, yeni qüvvələrin öncülü, aparıcısı görkəmli siyasi xadim Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.
Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında isə partiyanın gələcəyinə inamını belə ifadə etmişdir: “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”
YAP-ın təsis konfransının keçirildiyi vaxtdan - 1992-ci il 21 noyabr tarixindən bu günə qədər keçilən yola nəzər salsaq bu inamın əsaslılığı təsdiqini tapar. Ulu öndər Heydər Əliyevin YAP-ın II Qurultayında söylədiyi “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Biz partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət - sizin hamınıza məlum olan vəziyyət bizim hamımızı düşündürürdü. Ona görə də, bir tərəfdən, biz hesab edirik ki, partiyanı yaradaraq biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, sadəcə, ölkənin belə ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətirib çıxardı” fikirləri də partiyanın yaranma zərurətinə aydınlıq gətirməklə yanaşı, sonrakı dövrün əsas istiqamətlərinin müəyyənləşdirilməsinə bələdçilik etdi.
YAP-ın ötən 21 ildə keçdiyi yol, əldə etdiyi uğurlar bir-birindən əhəmiyyətli olmaqla yanaşı, gələcək barədə də aydın təsəvvür yaradır.
Artıq Azərbaycan müstəqilliyinin 22 ilini arxada qoydu. Tarixi müstəqil Azərbaycanın tarixi kimi təsdiqlənən YAP-ın yaradılmasının 21 ili tamam olur. Azərbaycanın müstəqillik tarixinin 21 ilinə bələdçilik edən partiya bu dövr ərzində çətin, eyni zamanda, şərəfli yol keçib.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra partiyanın həyatında yeni dövrün əsası qoyuldu. YAP iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyətinin YAP-ın üzvləri olduğu nəzərə alınaraq YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. Partiyanın 21 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfansını keçirən partiyanın bu gün sıralarında 600 mindən artıq üzvün birləşməsi də deyilənlərin təsdiqidir. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündə bildirmişdir: “Bu gün və gələcəkdə bizimlə rəqabət aparmaq iqtidarında olan qüvvə yoxdur. Amma bu o demək deyil ki, biz arxayınlaşaq və fəaliyyətimizi bir az zəiflədək. Əksinə, bizim fəaliyyətimiz siyasi mübarizədən daha çox Azərbaycanın inkişafına yönəlibdir. Biz siyasi mübarizə məsələlərini çoxdan həll etmişik. Bu baxımdan Mən gələcəkdə heç bir problem görmürəm. Bizim fəaliyyətimiz, fəal olmağımız, bütövlükdə, Azərbaycanın inkişafına yönəlibdir... Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Əlbəttə, insanlar daha da tələbkar olmalıdır, daha da səmərəli işləməli və bu yüksək adı çox şərəflə daşımalıdırlar”.
Bu fikir də xüsusi qeyd edilmişdir ki, nəinki Azərbaycanda, qonşu ölkələrdə də YAP kimi güclü, mütəşəkkil qüvvə yoxdur. Partiyanın sıralarında birləşən üzvlərin 40 faizini gənclərin təşkil etməsi də Azərbaycan gəncləri arasında YAP-ın nüfuzunun sübutudur. Azərbaycan gənclər ölkəsidir. Gənclərin böyük əksəriyyətinin siyasi fəaliyyətini bu partiya ilə bağlaması onun gələcəyinə, həyata keçirdiyi siyasətə inamının təsdiqidir. Bu gün Azərbaycanda ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində Azərbaycan gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. Çünki bu illər ərzində YAP birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanları yaradıb. 2009-cu ilin dekabrında ölkədə keçirilən bələdiyyə seçkilərində YAP gənclərin seçkilərdə yaxından iştirak etməsi təşəbbüsünü irəli sürdü və bunun da çox müsbət nəticəsi oldu. 2004-cü il bələdiyyə seçkilərində gənclər bələdiyyələrin tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərində isə onların təmsilçilik faizləri 27 faizə çatdı. Bu rəqəm hər zaman önə çəkilir ki, gənclərin bələdiyyələrdə iştirak səviyyəsi bələdiyyə təcrübəsi əsasında 10 dəfə artıb. Parlamentdə də gənclərin təmsilçilik faizləri artıb. Bu, gənclərimizin ictimai fəallığının artmasında irəli gəlir. Qazanılan uğurlarda gənclərin əhəmiyyətli rolu ölkə rəhbərliyi və YAP tərəfindən yüksək qiymətləndirilir. 2011-ci ildə dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin ad günü ərəfəsində YAP Gənclər Birliyinin yeni ofisinin istifadəyə verilməsi də bu diqqət və qayğının təzahürüdür. Azərbaycan gələcəyi gənclərə məxsusdur. Gənclər fəallıqlarını artırmaqla böyük uğurlara imza atan Azərbaycanın daha inamla irəliləməsinə, bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsinə öz töhfəsini verə bilərlər. Bu fikirdə hər zaman qeyd edilir ki, gəncliyə böyük önəm verməklə əslində partiyanın gələcək gücünün, qüdrətinin əsasları, bünövrəsi daha da möhkəmləndirilir.
Bu gün Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında yüksək səviyyədə təmsil olunması, həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tribunalar əldə etməsi, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin təşkili üçün ideal məkan kimi dəyərləndirilməsi, ən əsası iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması düzgün təmələ əsaslanan siyasətin nəticəsidir. Sözsüz ki, bu uğurlarda YAP-ın rolu inkaredilməzdir. Partiyanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər davamlılığı ilə diqqət çəkir.
Partiyanın keçdiyi 21 illik şərəfli yol ən əsası xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən möhtərəm cənab İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir. 2003-2008-ci illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin 2008-ci il prezident seçkilərində, 2008-2013-cü illərdə gördüyü işlər isə cari ilin oktyabrında keçirilən prezident seçkilərində qələbəsini təmin etdi. Xalqımız 9 oktyabr prezident seçkilərində fəal iştirakı, möhtərəm İlham Əliyevə dəstəyi ilə bir daha bu reallığı təsdiqlədi ki, dövlətinin, xalqının gələcəyini düşünən, bunu hər addımında təsdiqləyən liderə sevgi, etimad, inam böyükdür. Hər bir vədini əməli işi ilə təsdiqləyən dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını həyata keçirilən siyasətin önündə saxlayır. Uğurların davamlılığını təmin etmək üçün atılan bir-birindən əhəmiyyətli addımlar da bunun təsdiqidir.
1993-2003-cü illəri ölkəmizdə sabitlik və inkişaf illəri kimi xarakterizə edən dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının V Qurultayında bu fikri də əsaslı şəkildə diqqətə çatdırdı ki, 2003-cü ildən sonra da Azərbaycanın uğurlu inkişafı davam etmişdir.
O da aydındır ki, qarşıdakı illər üçün hədəflər müəyyənləşdirilərkən ötən illərin uğurlarının təhlilinə böyük zərurət yaranır. Dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində yaşadığımız il daim əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və yüksək səviyyədə icrası uğurların davamlılığına böyük stimul verir.
Qeyd etdiyimiz kimi, uğurlu başlanğıc uğurların davamlılığı, yeni hədəflərin müəyyənləşdirilməsi üçün əsasdır. 20 il bundan öncə Azərbaycan xalqı ictimai-siyasi sabitliyin təmin olunmasını, ölkənin inkişafını arzulayırdısa, bu gün artıq inkişaf etmiş ölkələr sırasında birgə addımlamaq əsas hədəfimizdir.
Dövlət başçısı, YAP-ın Sədri möhtərəm İlham Əliyev partiyanın V Qurultayında ayrı-ayrı sahələr üzrə əldə olunan uğurları faktlar əsasında diqqətə çatdıraraq bu fikri böyük qətiyyət və inam hissi ilə qeyd etdi: “Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti öz çiynimdə aparım. Çalışmışam ki, Ulu öndərin siyasətinə layiq olum. Çalışmışam ki, Onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu öndərin görmək istədiyi kimi inkişaf edir, Onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir”.
Qeyd etdiyimiz kimi, məhz bu uğurlar, reallıqlar 9 oktyabr prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevin yenidən qələbəsini şərtləndirdi. 9 oktyabr prezident seçkilərini ölkəmizdə demokratik islahatların təntənəsi, xalqın liderinə inamının, etimadının təzahürü kimi dəyərləndirən beynəlxalq qurumların, dövlətlərin təmsilçiləri, müşahidə missiyaları böyük əminliklə bildirdilər ki, Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir.
Demokratiyanın inkişafını fəaliyyətinin əsas prinsipləri kimi daim diqqətdə saxlayan, “İqtisadi islahatlar siyasi, demokratik islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq” söyləyən dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev vurğulayır ki, insana azad, sərbəst düşünmək, hüquqlarını qazandıran dəyərlər mövcud olmadan iqtisadi və sosial inkişafdan danışmaq qeyri-mümkündür. İllərin təcrübəsi göstərir ki, Azərbaycanın demokratikləşmə strategiyası ölkəmizdə bu sahədə həyata keçirilən islahatların miqyasını genişləndirir, vətəndaş cəmiyyəti quruculuğu prosesinə öz töhfəsini verir. Demokratik prinsiplərə sadiqliyi ilə diqqət çəkən Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun, demokratik inkişafın təmin edilməsi möhtərəm İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.
Bir sözlə, bu gün YAP-ın hər bir üzvü, eyni zamanda, harda yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin daha da qürətli, zəngin, müasir dövlətə çevrilməsinə öz töhfəsini verməlidir. Böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

