Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada “Azərbaycan - Uğurlu inkişaf modeli” mövzusunda konfrans keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada “Azərbaycan - Uğurlu inkişaf modeli” mövzusunda konfrans keçirilib

22.11.2013 [09:03]

Noyabrın 21-də Buxarestdəki Rumın-Amerikan Universitetində Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan - Uğurlu inkişaf modeli” mövzusunda konfrans keçirilib.
Konfransda Rumın-Amerikan Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, Azərbaycan səfirliyinin əməkdaşları, ARDNŞ-in Rumıniya nümayəndəliyinin təmsilçiləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının, Azərbaycan-Rumıniya Ticarət Palatasının üzvləri, Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun, Rumıniyada yaşayan Azərbaycan, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.
Tədbiri açan Rumın-Amerikan Universitetinin rektoru Ovidiu Folcut bu ali təhsil ocağına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, xüsusilə Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Rektor tədbir iştirakçılarına universitetdə fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzi barədə məlumat verib və tələbələri bu mərkəzlə sıx əlaqə qurmağa çağırıb.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, sürətli inkişafı barədə tədbir iştirakçılarına məlumat verib. O, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, qısa müddətdə ölkədə sabitliyin bərqərar olması, sürətli inkişaf proseslərinin başlanması ilə bağlı misilsiz xidmətləri haqqında interaktiv təqdimatla çıxış edib. İ.Hacıyev, həmçinin Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Gırbea “Azərbaycan rumın vətəndaşının gözü” ilə adlı interaktiv təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, ölkəmizin inkişafı, regionda lider dövlətə çevrilməsindən bəhs edib. Horia Garbea Azərbaycana səfəri ilə bağlı təəssüratlarını iştirakçılarla bölüşüb, Bakıda və Qubada çəkdiyi şəkilləri onlara göstərib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri haqqında danışıb.
Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov ölkəmizin xarici siyasətinin əsas istiqamətləri barədə məlumat verib.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr Qafqaz və Xəzər regionu ilə yanaşı, Avropanın da enerji xəritəsində böyük dəyişikliklərə səbəb olub. O bildirib ki, 1994-cü ildə müstəqil Azərbaycanın iqtisadi inkişafının əsas konsepsiyası hesab edilən “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz dünyanın ən böyük neft dövlətlərindən birinə çevrilib. O deyib ki, təbii qazın ixracı sahəsində aparıcı rola malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etməklə etibarlı tərəfdaş imicini qazanıb.
Sonda H.Kərimov Rumın-Amerikan Universitetində təhsil alan tələbələri ARDNŞ-in Rumıniyada həyata keçirdiyi layihələrdə iştiraka dəvət edib.
Universitetin professoru Florin Bonciu Azərbaycanın dinamik inkişafını başqa dövlətlərə nümunə kimi göstərib, dünyanı bürümüş iqtisadi böhran şəraitində ölkəmizin nailiyyətlər qazanmasının təqdirəlayiq olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31