Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AMEA-nın prezidenti, akademik Akif Əlizadə mətbuat konfransı keçirib

AMEA-nın prezidenti, akademik Akif Əlizadə mətbuat konfransı keçirib

23.11.2013 [12:38]

Akademik Akif Əlizadə: Akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələri gücləndirmək və tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək məqsədi ilə AMEA-nın elmi müəssisələrinin strukturları yenilənir
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə mətbuat konfransı keçirib. Akif Əlizadə kadr hazırlığı, mövcud kadrların intellektual potensialının və akademiyanın fəaliyyətinin səmərəliliyinin daha da artırılması üçün müəyyən dəyişikliklərin edilməsi, gənc alimlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə toxunub. Akademik son zamanlar qurumda həyata keçirilmiş islahatlar, həmçinin, maddi-texniki bazanın gücləndirilməsi, innovasiya xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi, əməkdaşların mənzil və iş şəraitinin yaxşılaşdırılması, dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin qurulması yönündə atılan addımlar haqqında məlumat verib.
“Akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələri gücləndirmək və tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək məqsədi ilə AMEA-nın elmi müəssisələrinin strukturları yenilənir”, - deyən AMEA-nın prezidenti qeyd edib ki, akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həlli yollarının axtarılması məqsədi ilə AMEA Elmi Müəssisələrinin Direktorları Şurası yaradılıb.
Son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verildiyini, yüksəkixtisaslı gənc alim-mütəxəssislərin yetişdiyini deyən Akif Əlizadə əlavə edib ki, onların intellektual inkişafına nail olmaq üçün AMEA-nın institutlarında Gənc Alim və Mütəxəssislər şuraları yaradılır. Dekabra qədər institutlarda bu proses başa çatacaq və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası yaradılacaq.
A.Əlizadə gənc alimlərin təcrübə üçün Avropaya göndərildiyini diqqətə çatdıraraq qeyd edib ki, dünyada nüfuzlu elm-məlumat bazaları var: “İstəyirik ki, bu sahədə alimlərimizə təlimlər keçsinlər”.
İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması mühüm addımlardan biri kimi qiymətləndirilib və əldə olunan elmi nəticələrin tətbiqi istiqamətində aparılan islahatların davam etdiyi vurğulanıb. AMEA-nın biznes təşkilatları və QHT-lərlə birgə innovativ fəaliyyətinin formalaşdırıldığı, Təcrübə-Sənaye Zavodunun elmi-innovativ fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparıldığı diqqətə çatdırılıb.
Elmi tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasını əsas hədəflərdən hesab edən akademik Akif Əlizadə bununla bağlı “Thomson Reuters”in nümayəndələri ilə görüşündən söz açıb. Bildirilib ki, burada alimlərin qlobal elmi bazaya çıxış təcrübəsini artırmaq üçün xüsusi təlim, seminar və kursların təşkili nəzərdə tutulur. Hazırda ictimaiyyətlə əlaqələrin qurulmasının, AMEA-nın bütün institut və təşkilatlarında bu işə məsul şəxslərin təyin edilməsinin vacibliyi də vurğulanıb.
B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşin, “Schlumberger” şirkətinin Moskva ofisinin nümayəndə heyətinin rəhbəri Georgiy Karnauxov, Yaponiyanın “Tokyo Boeki Technology LTD” şirkətinin prezidenti Kazuey Uçida və Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakovla görüşlərindən bəhs edən akademik bu qurumlarla qarşılıqlı əməkdaşlığın inkişafı imkanlarının müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətdə görülən işlər elmi-innovativ fəaliyyətin təşkili sahəsində beynəlxalq təcrübədən faydalanmağa xidmət edir.
AMEA rəhbəri elmi kadr hazırlığının əhəmiyyətinə toxunub və “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülmüş 8 alimdən bəhs edərək onların böyük potensiala malik olduqlarını vurğulayıb: “Bu il Prezident İlham Əliyevin dəstəyi ilə 10-dan çox gənc tədqiqatçı Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndəriləcək, apardıqları tədqiqat işlərinin nəticələri elmi şuralarda müzakirəyə çıxarılacaq”.
Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri stimullaşdırmaq məqsədi ilə “Nizami Gəncəvi adına Qızıl medal”ın təsisi, əsasnaməsinin təsdiq olunması məqsədi ilə ölkə Prezidentinə müraciət ediləcəyini bildirən AMEA prezidenti bununla alimlərin elmi fəaliyyətinin stimullaşdırılacağını deyib.
AMEA əməkdaşlarının mənzil problemlərinin həlli, müasir tələblərə cavab verən səhiyyə, ticarət və istirahət mərkəzlərinin yaradılması məsələlərinə də toxunulub. Qeyd edilib ki, “Akademiya şəhərciyi”ndə Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin inşası, Kimya Problemləri, Fizika və Geologiya institutlarında aparılan əsaslı təmir bu ilin sonunda yekunlaşacaq.
Elmin inkişafını dəstəkləyən fərman və sərəncamların icra vəziyyəti ilə bağlı məlumat verən akademik Akif Əlizadə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın daha bir ilinin yekunlaşdığını və AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanacağını qeyd edib.
Sonda AMEA-nın 70 illiyinə hazırlıq işlərindən söhbət açan akademik Akif Əlizadə yubileyin təntənəli qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılacağını söyləyib. Azərbaycan alimlərinin I qurultayının keçiriləcəyini söyləyən AMEA rəhbəri bununla bağlı veb saytın hazırlanmasını, “Azərbaycan alimləri” adlı bələdçi kitabın və alimlərin peşə bayramının qeyd olunması üçün “Elm günü”nün təsis ediməsi ilə əlaqədar ölkə Prezidentinə müraciətin də hazırlanacağını deyib.
NURLAN

Paylaş:
Baxılıb: 1041 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31