Prezident İlham Əliyev jurnalistlərin ən etibarlı dostudur
27.11.2013 [09:40]
Prezident İlham Əliyev: Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim
Məlum olduğu kimi, Prezident İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Bu münasibətlə, noyabrın 24-də media nümayəndələrinin iştirakı ilə mərasim keçirilib. Məlumat üçün qeyd edək ki, “Jurnalistlərin dostu” mükafatı 1997-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis edilib. Mükafatın təsis olunmasında məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə, dövlət məmurlarının, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Mükafatın qalibi media qurumları arasında keçirilən rəy sorğusunun nəticələrinə əsasən müəyyənləşir. “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2013-cü ilin sentyabrında təşkil etdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyləri öyrənilib. Sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 89 faiz səslə qalib gəlib.
Beləliklə, Prezident İlham Əliyevin media nümayəndələri tərəfindən növbəti dəfə jurnalistlərin dostu seçilməsi Azərbaycanda azad medianın inkişafına göstərilən ardıcıl dövlət dəstəyinin bariz göstəricisidir. Xatırladaq ki, dövlət başçısı ilk dəfə 2010-cu ildə “Jurnalistlərin dostu” seçilmişdi. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev noyabrın 24-də keçirilən görüş zamanı səsləndirdiyi nitqində bu mükafatın azad mətbuatın inkişafı sahəsində gördüyü işlərə işarə etdiyini bildirərək bundan sonra da Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstək verəcəyini və ölkəmizin sürətli və uğurlu inkişafını təmin etməyə çalışacağını deyib: “Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanda bütün sahələrdə özünü göstərən sürətli inkişaf prosesi mətbuatdan da yan keçmir. Bildiyimiz kimi, ölkədə mətbuatın, ümumilikdə kütləvi informasiya vasitələrinin inkişafı diqqət mərkəzində olan məsələlərdəndir. İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə medianın fəaliyyətinə və inkişafına yaradılan şərait, göstərilən dövlət dəstəyi KİV-in cəmiyyətdəki yerini möhkəmləndirir.
O da həqiqətdir ki, müstəqil Azərbaycanda milli mətbuatın inkişafına dövlət tərəfindən maddi və mənəvi yöndə dəstəyin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Jurnalist əməyini hər zaman yüksək qiymətləndirən Ulu öndərin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə KİV üzərindəki senzura ləğv edilib. Ümummilli lider həmçinin, mətbuat orqanlarının maddi-texniki şəraitinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atıb. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatının qalibi olub.
Digər sahələrdə olduğu kimi, mətbuatın, ümumilikdə KİV-in inkişafı yönündə Ulu öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin də imzaladığı fərman və sərəncamlarla bu istiqamətdə təməli qoyulan işlər uğurla və ardıcıl şəkildə həyata keçirilir. Belə ki, dövlət başçısının Sərəncamına əsasən, 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları silinib. 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına ayrılıqda 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb.
Məlum olduğu kimi, milli mətbuatımızın 135 illik yubileyi bütün ölkədə bayram kimi qeyd olundu. Dövlət başçısının imzaladığı Sərəncama əsasən Bakıda və bütün bölgələrdə çoxsaylı tədbirlər həyata keçirildi, 100-dən çox media təmsilçisi “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, “Tərəqqi” medalına layiq görüldü. Yubiley zamanı, həmçinin, Mətbuat Şurasının yeni binasının açılışı oldu.
Prezident İlham Əliyevin 2010-cu il iyulun 22-də imzaladığı Sərəncama əsasən isə, Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə, Prezidentin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayrılıb. Prezidentin həmin gün imzaladığı digər bir Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə imzalanan Sərəncamın icrası yönündə görülən işlərin ilkin nəticəsi olaraq, 2013-cü il iyulun 22-də, Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın açılışı olub. Mərasimdə çıxış edən Prezident İlham Əliyev binanın ətrafında böyük bir kompleksin yaradılacağını bildirib: “İstisna etmirəm ki, gələcəkdə bu yerə “Jurnalistlər şəhərciyi” deyəcəklər”.
Qeyd edək ki, elə həmin gün dövlət başçısı Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün yeni çoxmənzilli yaşayış binasının təməlqoyma mərasimində iştirak edib. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı bu addımla jurnalistlərin dostu olduğunu bir daha təsdiq edən Prezident İlham Əliyev mediaya olan diqqət və qayğısı ilə jurnalistlərə böyük stimul verib.
Onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısının mediaya göstərdiyi qayğı yuxarıda sadalananlarla yekunlaşmır. Belə ki, KİV-in inkişafına maddi və mənəvi dəstəyin göstərilməsi baxımından dövlət başçısının 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq olunması əlamətdar hadisədir. Məhz bu Konsepsiyanın əsasında dövlət başçısının müvafiq Sərəncamı ilə 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Dövlətin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Fond mütəmadi olaraq həyata keçirdiyi irimiqyaslı layihələrlə Azərbaycanda KİV-in inkişafına yardım göstərir.
Qeyd edək ki, medianın inkişafına göstərilən maddi-mənəvi dəstək mətbuat işçilərinin fəaliyyətini stimullaşdırır. Bu baxımdan, KİVDF-nin hər il müxtəlif sahələr üzrə müvafiq dövlət orqanları ilə birlikdə və ayrıca təşkil etdiyi müsabiqələri, eləcə də, hər il KİV sahəsində öz məhsuldar və səmərəli fəaliyyəti ilə seçilən şəxslərin fəxri adlarla təltif olunmasını xüsusi qeyd etməliyik.
Onu da vurğulamaq lazımdır ki, ölkədə mətbuatın inkişafına dəstək hüquqi və praktik müstəvidə paralel şəkildə həyata keçirilir. Belə ki, KİV haqqında qanunun liberallaşdırılması, Avropa standartlarına uyğunlaşdırılması media qurumlarının sərbəst fəaliyyəti baxımından vacib nailiyyətlərdir.
Bundan əlavə, Azərbaycanda demokratik cəmiyyət quruculuğu prosesi azad medianın inkişafına şərait yaradan ən mühüm amillərdəndir. Noyabrın 24-də jurnalistlərlə görüşündə Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda demokratik cəmiyyət qurulur, bu məqsədlə iqtisadi, siyasi islahatlar aparılır: “Eyni zamanda, qeyd etməliyəm ki, demokratik inkişaf baxımından bu gün ölkəmiz heç bir ölkədən geridə qalmır. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir”.
Azərbaycanda rəhbərlik səviyyəsində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradənin olduğunu deyən Prezident İlham Əliyev demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolunun olduğunu qeyd edib. Dövlət başçısı siyasi mövqeyindən asılı olmayaraq jurnalistlərin ilk növbədə dövlətin maraqlarından çıxış etməli olduqlarını da vurğulayıb.
Bütövlükdə, Prezident İlham Əliyevin jurnalistlərlə görüşündə səsləndirdiyi fikirlər dövlətin mətbuata qayğısının davamlı və ardıcıl xarakter daşıdığını göstərdi. Bu, həm də dövlət başçısının Azərbaycan jurnalistlərinin ən etibarlı dostu olduğunu təsdiq etdi. Həmçinin, görüşdə dövlət başçısının səsləndirdiyi fikirlər bu siyasətin gələcəkdə də davam etdiriləcəyinə bir daha əminlik yaratdı: “Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam və hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

