/ / Mübariz Qurbanlı: Prezidentimizin Sərəncamı cümhuriyyət qurucularına olan böyük hörmət və ehtiramın ifadəsidir
Mübariz Qurbanlı: Prezidentimizin Sərəncamı cümhuriyyət qurucularına olan böyük hörmət və ehtiramın ifadəsidir
27.11.2013 [16:00]
«Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb, lakin müəyyən tarixi iz qoyub gedibdir.
Tarixi keçmişimizə böyük hörmət, tarixi keçmişimizdən ibrət dərsi almaq, onu gənc nəsillərə çatdırmaq Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə çox əhəmiyyətli yer tutub». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı xatırladıb ki, Ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin baniləri ilə bağlı dəyərli fikirlər bildirib və bununla əlaqədar mühüm qərarlar qəbul edib. Onun sözlərinə görə, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyli və digərləri barədə Heydər Əliyev dəfələrlə çıxışlarında onların fəaliyyətini təqdir edən fikirlər söyləyib.
«Xalq Cümhuriyyətinin 80 illik yubileyi Ulu öndərin zamanında Milli Məclisdə təntənəli şəkildə qeyd olunub. Eyni zamanda, Heydər Əliyev cümhuriyyət tarixinin öyrənilməsi ilə əlaqədar sərəncamlar imzalayıb, bu yöndə tapşırıqlar verib. Yəni, bizim tarixi keçmişimizə olan münasibətimiz dəyişməz qalır. Prezidentimiz cənab İlham Əliyev də tariximizə, tarixi ənənələrimizə, milli adət-ənənələrimizə, tarixi keçmişimizə, tarixi şəxsiyyətlərimizə çox böyük diqqətlə yanaşır və Onun verdiyi sərəncamlarda bu həmişə özünü göstərir. Prezident İlham Əliyev Xalq Cümhuriyətinin qurucularının tariximizdə yerini, onların adının əbədiləşdirilməsini öndə tutan qərarlar verib»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlı qeyd edib ki, Prezidentimizin M.Ə.Rəsulzadənin 130 illik yubileyi haqqında imzaladığı Sərəncam da tarixi keçmişimizə və cümhuriyyət tariximizə, həmin dövlətin qurucularına olan hörmət, izzət və ehtiramdan irəli gəlir. M.Ə.Rəsulzadə 1918-ci ildə müvəqqəti fəaliyyət göstərmiş Milli Şuranın sədri kimi o dövrdə Xalq Cümhuriyyətinin qurucuları sırasında çox önəmli yerlərdən birini tutur.
«M.Ə.Rəsulzadə cümhuriyyət dövründə olan hökumətdə müəyyən vəzifə tutmasa da, parlament fəaliyyətində, eyni zamanda cümhuriyyətin süqutundan sonra mühacirət həyatında Azərbaycan tarixinin, milli ideyaların yaşadılmasında mühüm fəaliyyəti olan şəxslərdən biridir. Yalnız M.Ə.Rəsulzadə deyil, həmçinin cümhuriyyətin digər liderləri də həmin dövlətin qurulmasında əhəmiyyətli rol oynayıb. Onların hər birinin xatirəsi xalqımız tərəfindən əziz tutulur. Prezidentimizin sərəncamı da həmin tarixi xidmətlərə verilən qiymətdir.
Bu sərəncamla əlaqədar radikal müxalifətin mətbuatında bəzi yazılara gəlincə, bunlar əsassızdır. Hesab edirəm ki, bu adamlar Ulu öndər Heydər Əliyevin cümhuriyyət tariximizə verdiyi qiyməti bir daha göz önünə gətirib, Prezident İlham Əliyevin də bu işləri ardıcıl həyata keçirdiyini görməlidirlər. Lakin nə yazıqlar ki, müxalifətin radikal qanadı və onun mətbuatı dedi-qodu yazılarla bu sərəncam haqda yanlış fikirlər səsləndirir. Prezidentimizin də, partiyamızın da siyasi xəttində tarixi keçmişimizə dərin hörmət və ehtiram olub və bundan sonra da olacaq. Ona görə də, hesab edirəm ki, bu sərəncam və bundan sonra digər cümhuriyyət qurucuları ilə bağlı veriləcək sərəncamlar tariximizə olan böyük hörmət və ehtiramın ifadəsidir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

