Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qroznıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” III Azərbaycan-Rusiya Forumu keçirilir

Qroznıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” III Azərbaycan-Rusiya Forumu keçirilir

28.11.2013 [09:27]

Rusiya Federasiyasının Çeçenistan Respublikasında “Yeni nəsil: sərhədsiz məsuliyyət” III Azərbaycan-Rusiya Forumu keçirilir. Azərbaycan forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə təmsil olunur.
Noyabrın 27-də tədbir iştirakçıları Çeçenistan Respublikasının birinci Prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırov adına xatirə kompleksini ziyarət edib, gül dəstələri qoyublar.
Açılış mərasimindən sonra “Rusiya-Azərbaycan gənclərinin əməkdaşlığı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda geniş iclas keçirilib.
Tədbirdə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov və Rusiya Gənclərin İşləri üzrə Federal Agentliyinin rəhbəri Sergey Belokonyevin forum iştirakçılarına təbrik məktubu oxunub.
İclasda Çeçenistan parlamentinin sədri Dukuvaxa Abdurrahmanov, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış ediblər.
İntiqam Babayev bildirib ki, Azərbaycan da, Rusiya da çoxmillətli ölkələrdir. O deyib: “Məlum olduğu kimi, Azərbaycan-Rusiya sərhədi Qafqazdan keçir. Biz gənclərimizə görə məsuliyyət daşımalıyıq və bu məsuliyyəti “bizimkilər” və “sizinkilərə” ayırmaq olmaz”.
Görüş iştirakçıları Azərbaycan və Rusiya gənclər təşkilatının qarşılıqlı fəaliyyəti, iki ölkə arasında gənclər siyasəti, gənclər mühitində mədəniyyətlərarası dialoq və digər mövzuları müzakirə ediblər.
Noyabrın 28-də öz işini davam etdirəcək forum çərçivəsində dəyirmi masalar keçiriləcək, iştirakçılar Qroznıya ekskursiyaya çıxacaq, iki ölkənin gənc musiqiçilərinin çıxışlarını dinləyəcəklər.
Qeyd edək ki, əvvəlki iki forum Azərbaycanda keçirilib.

Paylaş:
Baxılıb: 979 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31