Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantıdır

Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının qarantıdır

28.11.2013 [09:30]

Ölkənin mətbuat ictimaiyyəti dövlət başçısının medianın inkişafına diqqət və qayğısını yüksək qiymətləndirir
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edərək bildirib ki, 1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev layiq görülüb. Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.
Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilib. Mətbuat Şurasının sədri bildirib ki, Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” elan olunması təsadüfi deyil. O deyib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi yüksək səviyyədə keçirilib, dövlətimizin başçısının sərəncamları ilə yüzlərlə media işçisi fəxri adlara layiq görülüb. Mütəmadi olaraq media işçiləri ilə görüşən Prezident İlham Əliyev jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində tarixi addımlar atıb, 156 mənzilli bina jurnalistlərin ixtiyarına verilib. Bu gün ölkə mediasının keyfiyyət dəyişiklikləri dövrünü yaşadığını deyən Mətbuat Şurasının sədri son illərin mühüm yeniliklərindən birinin də mediaya dövlət dəstəyinin artırılması ilə bağlı olduğunu bildirib.
Tədbirdə Prezident İlham Əliyev ölkəmizdə medianın durumu, inkişaf perspektivləri, demokratik cəmiyyət quruculuğunda bu sahənin əhəmiyyəti, informasiya təhlükəsizliyi və bu kimi digər məsələlər ətrafında geniş məzmunlu çıxış edib, jurnalistlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib.
Əlbəttə ki, bu görüş, o cümlədən, dövlətimizin başçısının medianın inkişafına diqqət və qayğısı ölkənin mətbuat ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bununla bağlı fikirlərini bizimlə bölüşən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət hesab edir ki, Prezident İlham Əliyevin noyabrın 24-də Zuğulbadakı iqamətgahında bir qrup jurnalisti qəbul etməsi Azərbaycanda doğrudan da, yeni bir gündəm yaratdı: “Görüş və onun təfərrüatları haqqında mediada ayrıntılı bilgi verildiyi üçün bunun üzərində dayanmaq istəməzdim. Amma çox istərdim ki, görüşlə bağlı təəssüratlarımı paylaşım. Hər halda Prezidentlə görüşün rəsmi tərəfilə bərabər insani tərəfləri də ayrıca qiymətləndirilməlidir. Diqqətimi çəkən ilk məqam Prezidentin onsuz da sıx olan gündəliyinə baxmayaraq, bu görüşü uyğun görməsi, Özü də istirahət edəcəyi halda bazar gününə salması oldu. Dövlət başçısı da bizim hər birimiz kimi bazar günü istirahət etmə haqqına sahibdir. Amma Özünün də dediyi kimi “Prezidentin iş rejimi normalaşdırılmır” və O, bayram-bazar demədən işləyir.
Dövlət başçısının istər ilk, istərsə də yekun çıxışında Azərbaycanın bir dövlət olaraq tarixinə sahiblənməyi, tarixi şəxsiyyətlərimizə dəyər verməyi qeyd etməsi də diqqətdən qaçmadı.
Özəl olaraq vurğulamaq istərdim ki, cənab Prezident Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadə, 1980-ci illərin sonunda başlayıb Azərbaycanı müstəqilliyə qovuşdurmuş xalq hərəkatı haqqında çox dəyərli fikirlərini bizimlə paylaşdı. Yəni, bir Prezident olaraq ölkəmiz, millətimiz haqqında və Azərbaycanın gələcəyi ilə bağlı strateji hədəflərə yönəlik fikirlərini media təmsilçilərilə açıq söhbətdə dilə gətirdi. Mən bir daha əmin oldum ki, dövlət başçısı Azərbaycanın milli, dövlətçilik maraqlarına sadiqdir, ölkədə yüksək standartlara uyğun vətəndaş cəmiyyətinin və siyasi sistemin oturuşmasında istəklidir.
Ümumilikdə isə belə bir qənaətə gəldim ki, Prezident İlham Əliyev medianın üzləşdiyi problemlərdən yetərincə xəbərdardır, həmin problemlərin həll edilməsi üçün dövlətin bütün imkanlarını səfərbər etməyə hazırdır və media azadlığını əngəlləmək istəyənlərə qarşı barışmazdır. O, həm də hər kəslə, hər mövzuda açıq söhbət etməyə hazırdır”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, dövlət başçısı İlham Əliyevin baş redaktorlarla görüşünü azad mətbuatın inkişafı istiqamətində növbəti addım kimi dəyərləndirmək lazımdır: “Öncə dövlət başçısı İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində səsləndirdiyi bu fikri xatırlatmaq istərdim - “Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir”. Yeni Azərbaycan Partiyasının V Qurultayında söylədiyi “Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti Öz çiynimdə aparım. Çalışmışam ki, Ulu öndərin siyasətinə sadiq olum. Çalışmışam ki, Onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu öndərin görmək istədiyi kimi inkişaf edir, Onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir” fikirləri artıq verilən vədin konkret əməli işdə təsdiqinin ümumiləşdirilmiş ifadəsidir. Təbii ki, bu fikirləri bir daha xatırlamağım səbəbsiz deyil. Bu gün Ulu öndər Heydər Əliyevin siyasəti hər bir sahədə uğurla davam etdirilir. Azad mətbuatın inkişafına diqqət və qayğı, jurnalistlərlə görüşüb onların problemləri ilə yaxından tanış olmaq kimi ənənələrin əsası da məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Cənab İlham Əliyevin ikinci dəfə “Jurnalistərin dostu” mükafatına layiq görülməsi bir daha bu reallığı ortaya qoydu ki, hüquqi dövləti azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü bildirən dövlət başçısının bu sahəyə diqqət və qayğısı davamlıdır və bu addımlar media ictimaiyyəti tərəfindən təqdir olunur.
Mətbuat əbəs yerə cəmiyyətin güzgüsü kimi dəyərləndirilmir. Hər bir dövrün reallıqlarını özündə əks etdirən mətbuat cəmiyyətin informasiya tələbatının ödənilməsində əsas funksiyanı yerinə yetirir. Dövlət başçısı İlham Əliyev bu tələbatın yüksək səviyyədə ödənilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Demokratik cəmiyyətin vacib amillərindən biri kimi azad mətbuatın inkişafına yönələn addımlar davamlıdır. 1998-ci ildə senzuranın ləğvi ilə yeni inkişaf mərhələsinə qədəm qoyan mətbuatımız ötən dövr ərzində dövlətin bu sahəyə diqqət və qayğısının nəticəsində daha da təkmilləşmiş, yeniləşmişdir. Dövlət başçısı İlham Əliyev görüşdə bir daha Azərbaycanın demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmadığını bildirərək, ölkədə söz və mətbuat azadlığının təmin olunduğunu, hazırda internet istifadəçilərinin sayının 70 faizi keçdiyini, media nümayəndələrinin məişət problemlərinin həllində Azərbaycanın öncül yerlərdə dayandığını bir daha diqqətə çatdırdı.
Təbii ki, hər bir görüş əldə olunan uğurların təhlili və qarşıya qoyulacaq vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimiz görüşdə mətbuatdan gözləntilərini diqqətə çatdıraraq, birgə səylərin göstərilməsinin vacibliyini bildirdi”.
“APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı isə hesab edir ki, Prezidentin mətbuat nümayəndələri ilə görüşü artıq ənənəyə çevrilib: “Prezidentlə jurnalistlər arasında son görüş də digərləri kimi medianın inkişafına təkan verəcək. Görüşdə bir çox problemlər qaldırıldı, dövlət başçısı həmin problemlərə dərhal reaksiya verdi, onların həlli istiqamətində göstərişləri oldu. Bu görüş həm də cəmiyyətdə mediaya diqqətin artmasına, məmurların da mətbuata daha açıq olmasına stimul verir.
Görüşdə Prezident İlham Əliyev Azərbaycan mediasının dövlətə qarşı aparılan “qara piar” kampaniyasına qarşı olan mövqeyini, Dağlıq Qarabağ problemi ilə bağlı yazdıqlarını dəstəklədi. Dövlət başçısı korrupsiyaya qarşı mübarizə, ölkədə aparılan islahatlar, sosial problemlərlə bağlı medianın yazdıqlarını dəstəklədiyini açıq bəyan etdi.
Bu görüş jurnalistlər arasında çox müsbət qarşılandı. Gələcəkdə də bu cür görüşlərin olmasını arzulayırıq”.
“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib ki, ölkədə mətbuatın inkişafına son illər göstərilən dövlət qayğısının təşkilatçısı, memarı və müəllifinin təbii ki, ölkə Prezidenti cənab İlham Əliyev olduğunu hər bir jurnalist bilir və bunun hər bir jurnalistin üzərinə böyük məsuliyyət qoyduğunu dərk edir: “Artıq bir neçə gündür ki, ölkə Prezidenti cənab İlham Əliyevlə Azərbaycanın aparıcı media kapitanlarının görüşü kütləvi informsiya vasitələrində geniş müzakirə mövzusuna çevrilib. Görüşdə iştirak edən hər kəs ölkə Prezidenti ilə görüşə böyük önəm verir, bunun ölkə mediasının inkişafına, azad sözün və mətbuatın daha da güclənməsinə səbəb olacağından söz açır. Prezident İlham Əliyevin son illər mətbuatla sıx təmaslar qurması hər şeydən öncə ölkə başçısının bu sahəyə xüsusi diqqət ayırması ilə bağlıdır. Əgər ölkə Prezidenti mətbuata qayğını diqqətdən kənarda saxlasaydı, çox güman ki, dövlətlə media arasında hazırkı isti münasibətlərin yaranması mümkün olmazdı.
Bu görüşün ölkəmizin ən yeni tarixində xüsusi izlər buraxacağına inanıram və bu hadisə ilə Azərbaycan jurnalistikasının yeni, daha şanlı bir səhifəsinin başlanğıcının qoyulduğuna əminəm”.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, bu görüşdə Azərbaycan Prezidenti mətbuatla bağlı bir çox məsələlərə dövlət səviyyəsində zəmanət verdi: “Yəni, bundan sonra Azərbaycan dövlətinin strategiyasında mətbuatın rolu, mətbuata dövlət dəstəyi necə olacaq, mətbuatın sosial məsuliyyəti hansı səviyyədə olmalıdır, Azərbaycanın ümummilli problemlərinin həllində media hansı rolu oynamalıdır, Qarabağ uğrunda apardığımız bu mübarizədə ermənilərin informasiya blokadasını yarmaq, ona qalib gəlmək üçün medianın üzərinə hansı vəzifələr düşür və bu kimi digər vacib məsələlərlə bağlı Prezidentin çıxışında və verilən təkliflərdə cəmiyyətimiz, eləcə də, xarici dövlətlər üçün çox böyük mesajlar var.
Bir sözlə, media hökumətin siyasətini dəstəkləyir, hökumət medianın inkişafını dəstəkləyir, medianın inkişafından meydana çıxan problemləri aradan qaldırır. Azərbaycan dövləti özü medianın himayədarı rolunda çıxış edir. Bu, azad mətbuatın inkişafına ən böyük təminatdır”.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova da görüşü olduqca yüksək qiymətləndirir: “Bu görüş cənab Prezidentin jurnalistlərə verdiyi çox böyük qiymətdən xəbər verir. Bu, həm də icra orqanlarına verilən bir mesajdır. Yəni, əgər cənab Prezident deyirsə ki, “mən sizin hər birinizi dinləməyə və sizinlə hər cür fikir mübadiləsinə hazıram” və hətta öz bazar gününü media nümayəndələri ilə görüşə ayırırsa, o zaman bu hər bir məmura örnək olmalıdır.
Bu görüşdə Azərbaycan Respublikasının Prezidenti bizim hər birimiz üçün gələcək yol xəritəmizi çəkdi, bizə gedəcəyimiz yolu göstərdi. Yol göstərdi ki, gələcək fəaliyyətimizdə hansı formada dövlətimizə, dövlətçiliyimizə xidmət edək. Özünün dostluğa daim sadiqliyini qeyd etdi və bildirdi ki, jurnalistlərin dostu olmaqdan böyük məmnunluq duyur.
Doğrudan da çox mötəbər bir görüş idi və cənab Prezident bunu da xüsusilə vurğuladı ki, hər zaman medianın problemlərini dinləməyə və bizə zaman ayırmağa hazırdır. Görüşdə iştirak edən hər kəs, iqtidar və ya müxalifət mediasından asılı olmayaraq, hamı bu görüşü çox yüksək qiymətləndirdi. Bu da onun göstəricisidir ki, media - dövlət milli məsələlərdə bir olmağı bacarır. Cənab Prezidentin biz jurnalistlərdən həmin görüşdə istədiyi də elə bu idi”.
Oktay

Paylaş:
Baxılıb: 1035 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31