Azərbaycan mətbuatının hazırki inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır
28.11.2013 [09:37]
Prezident İlham Əliyev: Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim
Hər bir demokratik ölkənin əsas prioritetlərindən biri söz, fikir və özünüifadə azadlığının bərqərar olunması, insanların öz düşüncələrini yazılı və elektron mətbuatda sərbəst şəkildə paylaşa bilməsi, cəmiyyətin ayrı-ayrı institutları ilə ünsiyyətdə özünüifadə özgürlüyünün təmin olunmasıdır. Bu baxımdan, modern cəmiyyət quruculuğu yoluna qədəm qoyaraq hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması istiqamətində sistematik milli inkişaf strategiyası həyata keçirən dövlətlərdə mətbuatın inkişaf etdirilməsi xüsusi strateji önəm kəsb edən sahə səciyyəsi daşıyır.
Məmnuniyyətlə qeyd etmək lazımdır ki, ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda tətbiq edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Ümumiyyətlə, Azərbaycan mətbuatının inkişafının əsasında duran təməl faktor dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsidir. Məlum olduğu kimi, bu siyasətin əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq mətbuat üzərində mövcud olan senzuranı ləğv edən dövlət başçısı kimi xatırlanır. Belə ki, 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. Həmin Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.
1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu.
Eyni zamanda, 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqamı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları donduruldu. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Eyni zamanda, bütün bunların fonunda Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” seçilməsi bir daha onu göstərdi ki, milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər jurnalistlərin gerçək hamisi və dostudur.
Məlum olduğu kimi, cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı siyasəti davam etdirilir. Belə ki, mətbuat ictimaiyyətində mövcud olan bəzi neqativ halların aradan qaldırılmasından sonra mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən bir sıra tədbirlər görülüb və hazırda da görülməkdədir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi əsas oldu. Eyni zamanda kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Yuxarıda qeyd etdiyimiz kimi, bu borcların ödənilməsi prosesi Ulu öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz cənab Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Buna paralel olaraq jurnalistlərin peşə nüfuzunun artırılması üçün, həmçinin, jurnalist-məmur, jurnalist-vətəndaş çəkişmələrinə hüquqi müstəvidə son qoyulması üçün müxtəlif tədbirlər görüldü. Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları aradan qalxdı. Yəni, sözügedən çəkişmələr tədricən bitməyə başladı və nəticə etibarilə özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin sayı artdı. Bu da mövcud meyillərin müsbətə doğru irəliləməsinə xüsusi töhfə və təkan verdi.
Eyni zamanda, 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Əksər ekspertlərin də vurğuladıqları kimi, Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan büdcə Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını sadaladığımız neqativ tendensiyalardan müəyyən mənada ayırdı. Çünki Konsepsiyada əksini tapan şərtlər istər-istəməz jurnalistikanın özünün həqiqi məcrasına yönəlməsini və nəticə etibarilə qeyri-ənənəvi məcrasından uzaqlaşmasını tələb edirdi. Məsələn, Mətbuat Şurasının Reket Jurnalistika ilə Mübarizə Komissiyasının siyahısına düşmüş qəzetlər artıq maddi vəsaitlərdən faydalana bilmirlər. Bu, jurnalistlərin mətbuata yeni yanaşmasını və baxışını formalaşdırıb. Nəticə etibarilə bütün bunlar jurnalistikada mənəvi atributların və dəyərlərin yenidən bərqərar olunmasını şərtləndirdi. Beləliklə, sadaladığımız tədbirlər və müsbət meyillər Azərbaycan mətbuatının inkişafı prosesinə önəmli töhfələr bəxş edən əlamətdar tarixi hadisələr oldu.
Bundan başqa, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxarıb. Bu kontekstdə Azərbaycan dünyada analoqu olmayan bir hadisəyə ev sahibliyi etdi. Belə ki, 2013-cü il iyulun 22-də - Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın açılışı oldu. Bununla yanaşı, elə həmin gün jurnalistlər üçün yeni binanın təməli atıldı.
Yeri gəlmişkən, sadaladığımız amillərin qanunauyğun nəticəsi kimi, həm iqtidar, həm də müxalifət cəbhəsindəki mətbuat nümayəndələrinin mütləq əksəriyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti dəfə “Jurnalistlərin dostu” seçilməsinə səs verdi. Bu münasibətlə noyabrın 24-də media nümayəndələrinin iştirakı ilə mərasim keçirilib. Məlumat üçün qeyd edək ki, “Jurnalistlərin dostu” mükafatı 1997-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis edilib. Mükafatın təsis olunmasında məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə, dövlət məmurlarının, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.
Mükafatın qalibi media qurumları arasında keçirilən rəy sorğusunun nəticələrinə əsasən müəyyənləşir. “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2013-cü ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzetinin, 6 jurnalın, 11 informasiya agentliyinin, 12 xəbər portalının, 7 telekanalın, 4 radionun və 11 jurnalist təşkilatının rəyləri öyrənilib. Sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 89 faiz səslə qalib gəlib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu, öz növbəsində mətbuat təmsilçilərinin qəbul etdiyi ən obyektiv, doğru qərardır . Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan mətbuatı obyektiv və qərəzsiz düşünməyi bacarır və Prezident İlham Əliyevin onlara göstərdiyi yüksək diqqət və qayğını anlayaraq qiymətləndirə bilir.
Bütün bu reallıqları nəzərə alaraq vurğulamaq yerinə düşər ki, bundan sonra Azərbaycanın sürətli tərəqqisinin fonunda medianın da inkişafı davam edəcək. Noyabrın 24-də jurnalistlərlə görüşündə Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib: “Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır”.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

