Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
29.11.2013 [09:15]
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 ili tamam oldu. Bu münasibətlə Gəncə şəhər İcra Hakimiyyətində təntənəli iclas keçirilib. Tədbirdə YAP Gəncə şəhər təşkilatı İdarə Heyəti və Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya veteranları, partiyanın fəal üzvləri iştirak ediblər. Tədbir iştirakçıları öncə şəhərin baş meydanında ucaldılan Ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə gül-çiçəklər düzüb, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının 21 illiyi münasibətilə təbrik edib, partiya fəallarına siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, memarı Ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası ötən dövr ərzində şərəfli mübarizə yolu keçib və ümumxalq partiyası olaraq, qazanılan möhtəşəm qələbələrin öncülü olub.
Tədbirdə, həmçinin, partiya işində və rayonun ictimai siyasi həyatında fərqlənən fəallara, rayon təşkilatının 30 mininci üzvünə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Biz də həmin şəxslərin partiyamızla bağlı fikirlərini oxucularımıza çatdırırıq.
Seyidəliyev Nizami Yaqub oğlu, ADAU-nun professoru:
Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 600 min nəfərdən çox üzvü olan partiyamız ötən 21 ildə çətin və şərəfli yol keçib. Mən deyərdim ki, Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Bu gün YAP Gəncə şəhər təşkilatının 30 mindən çox üzvünün olması bunu bir daha təsdiq edir. Bu, həqiqətən də çox böyük bir nailiyyətdir.
Hər bir cəmiyyətin, dövlətin, eləcə də, siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir. Bilirsiniz ki, hazırda YAP sıralarında gənclərin təmsilçiliyi 40 faizə qədərdir. Eləcə də, gənclərin YAP Gəncə şəhər təşkilatına axını böyükdür. Əlbəttə ki, bizim gələcəyimiz yeni nəsil ilə əlaqədardır. Lakin biz yaşlı nəsillə gənc nəsil arasında yaxşı, möhkəm rabitə var. Partiyamızda bütün bu işlər dəqiqliklə nəzərə alınır və düzgün qurulub. Bu baxımdan, YAP Gəncə şəhər təşkilatının fəaliyyəti çox təqdirəlayiqdir. YAP Gəncə şəhər təşkilatı gəncliyin inkişafına xüsusi diqqət yetirir, onların bilik və bacarıqlarının artırılması ilə yanaşı, həmin potensialdan istifadə etmək üçün hər cür şərait yaradır. Həmçinin, biz veteran partiya üzvləri ilə onların mütəmadi görüşlərini təşkil edirlər. Məhz bu səbəbdəndir ki, Azərbaycanın intellektual gəncliyi öz siyasi taleyini partiyamızla bağlayaraq sıralarımıza qoşulurlar.
Abdullayev Məhəmməd Cəmil oğlu, 36 saylı məktəbin direktor müavini:
Mən 1993-cü il iyun ayından Yeni Azərbaycan Partiyası sıralarındayam. Bu 20 il ərzində Azərbaycanda təsəvvür edə bilməyəcəyimizdən də çox yüksək inkişafın şahidi olmuşam. Azərbaycanı ağır günlərindən qısa zamanda çıxarmağa nail olan Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın Avropada və o cümlədən, bütün dünyada tanınmasına nail olmuşdur. Bu gün ikinci böyük şəhərimiz olan Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi də bunu bir daha təsdiq edir.
Artıq bu uğurlardan sonra məsuliyyətimiz daha da artıb. Mən inanıram ki, Gəncə şəhəri bu adını layiqincə doğruldacaq.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının 21 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq, bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Buna isə gənclərin son illərdə əldə ətdiyi nailiyyətlər təkan verəcəkdir.
Ümumiyyətlə, Azərbaycan gənci çox qabiliyyətlidir. Məsələn, Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi bunu bir daha təsdiq edir. Bu, tək gəncəlilərin yox, bütün Azərbaycan xalqının qələbəsidir.
Məmmədova Əzizə İsmayıl qızı, GDU-nun tələbəsi, YAP Gəncə şəhər təşkilatının 30 mininci üzvü:
Mən Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakultəsində təhsil alıram. Tarixi çox sevirəm. Azərbaycanın tarixinə isə xüsusi marağım var. Mən tarixi keçmişimizi oxuduğum zaman daha yaxşı anlayır və bir daha şahidi oluram ki, Azərbaycanımızın bugünkü inkişafının əsasında Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti durur. Mən bunları bilərək bu ixtisası seçdim və arzum odur ki, Azərbaycanın tarixi keçmişini və Ulu öndər Heydər Əliyevin Azərbaycanımızın inkişafı naminə gördüyü işləri bütün ölkələrdə doğru istiqamətdə təbliğ edərək, ölkəmizə layiqli bir vətəndaş olum.
Mən böyük həvəslə YAP Gəncə şəhər təşkilatına gələrək, üzv olmaq üçün müraciət etdim. Qısa zaman sonra mənə zəng gəldi ki, siz Yeni Azərbaycan Partiyasının 30 mininci üzvü olmusunuz və sizi Yeni Azərbaycan Partiyasının 21 illiyi münasibətilə Gəncə şəhərində keçirilən tədbirə dəvət edirik. İnanın, həmin an sevincimin həddi-hüdudu yox idi. Böyük məmnuniyyətlə tədbirə gəldim və ilk uğuruma nail oldum. Əldə etdiyim bu uğur məni doğru istiqamətdə, doğru yolda addımlamağıma daha da böyük stimul verəcəyinə inandırdı.
Mən məktəbdən bu yana yaxşı qiymətlərlə oxuyaraq, bakalavr pilləsinə daxil oldum və hazırda Gəncə Dövlət Universitetində əyani şöbədə təhsilimi davam etdirirəm. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin biz gənclər üçün yaratdığı şəraitdən maksimum dərəcədə istifadə edirəm. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin tədbirlər proqramını yaxından izləyir, dərslərimdən qalan boş vaxtlarımı bu cür ictimai işlərə sərf edərək, özümü daha da inkişaf etdirirəm.
Gəncənin Avropa Gənclər Paytaxtı seçildiyini eşitdiyim zaman bir gənc kimi sevincimin həddi-hüdudu yox idi. Bu nailiyyət təkcə Gəncə sakinlərinin yox, bütün Azərbaycan xalqının, ən əsası da bütün Azərbaycan gəncliyinin nailiyyətidir.
Bu gündən iş biz gənclərin üstünə düşür. Təhsilimiz, savadımız və dünyagörüşümüzlə Azərbaycan Respublikasını dünya ölkələrində layiqincə təmsil etməli, Azərbaycan gənclərinin nəyə qadir olduğunu hamıya sübut etməliyik.
Bir gənc kimi mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gördüyü işləri və gənclər siyasətini yüksək dəyərləndirirəm. Gəncə şəhərində də gənclər üçün yaradılan imkanlar göz qabağındadır. Biz gənclərə isə yalnız bu imkanlardan istifadə etmək düşür. Hər bir gəncimizə bu imkanlardan əlverişli şəkildə istifadə etməyi və Azərbaycan Respublikasına layiqli bir vətəndaş olmağı arzu edirəm.
Rüstəmov Sabir Əsgər oğlu, 37 saylı məktəbin müəllimi:
600 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası ötən 21 ildə heç də asan yol keçməyib. Lakin bu yolda çətin olsa da, şərəfli tarix yaşayıb. Partiyamızın yaradıcısı, eyni zamanda, çağdaş Azərbaycanın memarı Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası öz bəhrəsini vermiş və bu strategiya nəticəsində dövlətimizin üçrəngli bayrağı dünyanın ən ali beynəlxalq qurumlarında dalğalanır. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dünyanın ən uca kürsülərindən çıxış edərək ölkəmizin maraqlarını müdafiə edir. Bu, Azərbaycan dövlətinin xalqı üçün apardığı məqsədyönlü siyasətin ifadəsidir. Eyni zamanda, bu, ölkəmizin inkişafının bariz nümunəsidir.
Partiyamızın sıralarında gənclərin böyük bir qüvvə kimi çıxış etməsi çox vacib bir göstəricidir. Sevindirici haldır ki, yüksək intellektli, bilik və bacarıqlı gənclər Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar. Bu gün partiya üzvlərinin 40 faizə qədərinin gənclərdən ibarət olması gələcək nailiyyətlərimizdən xəbər verir.
Gülər NƏCƏFOVA
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40

