Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib
04.12.2013 [08:47]
Dekabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar cari məsələlərlə bağlı çıxışlar ediblər. Onlar noyabrın 29-da Vilnüsdə III “Şərq tərəfdaşlığı” Sammiti çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanmasını ölkəmizin xarici siyasətinin növbəti uğuru kimi qiymətləndiriblər.
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar, Vergi, Cinayət, Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunaraq qəbul edilib. Bildirilib ki, İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda 2013-cü il aprelin 19-da edilmiş dəyişikliklərin tələbindən irəli gəlir. Dəyişikliklərə əsasən 15 yaşına çatmış vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat cərimə olunur. Eyni zamanda, dəyişikliklərə uyğun olaraq vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasına, habelə qeydiyyata alınmada süründürməçiliyə yol verilməsinə görə 70 manatdan 90 manatadək cərimə müəyyən edilib.
İnzibati Xətalar Məcəlləsində edilmiş daha bir dəyişikliyə əsasən isə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi nəticəsində əhalinin rahatlığının pozulmasına və haqlı narazılıqlarına səbəb olduğundan Məcəlləyə 155.2-1 və 155.2-2-ci maddələri əlavə edilib.
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan 155.7-ci maddədə, avtoxuliqanlığa görə məsuliyyət nəzərdə tutan 296-1-ci maddədə sanksiyaların yetərli olmaması səbəbindən bu maddələrdə cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur. Təklif edilən dəyişikliklər mövcud olan boşluqların aradan qaldırılması və sanksiyaların yetərli olmaması səbəbindən edilir.
Vurğulanıb ki, Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq isə ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən əlavə dəyər vergisi tutulmur.
Deputatlar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “İcra haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər.
“Təhsil haqqında” Azərbaycan Respublikası qanununda edilmiş dəyişikliklərə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bundan başqa, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” və “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihələri də birinci oxunuşda qəbul olunub.
Səkkiz maddədən ibarət olan “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına fərdi identifikasiya kartının verilməsi, habelə dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

