Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini davam etdirir

Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işini davam etdirir

05.12.2013 [09:27]

Dekabrın 4-də Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası öz işini davam etdirib.
AzərTAc xəbər verir ki, sessiya çərçivəsində günün birinci yarısında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas olub.
İclasda Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmaq üçün təqdim edilmiş nominasiyalar nəzərdən keçirilib. Komitənin məşvərət şurasının təhlili və tövsiyələri dinlənildikdən sonra Monqolustan hökumətinin təklif etdiyi kolleqrafiya (şaquli yazılmış hərflər) qovluğunun və Uqandanın Pakko xalqlarının adət-ənənəsinin UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salındığı elan edilib.
Monqolustan və Uqanda nümayəndələri bu qərara görə Komitəyə təşəkkürlərini bildiriblər.
Ə.Qarayev diqqətə çatdırıb ki, ümumiyyətlə, sessiyada bu günədək həmin siyahıya salınmaq üçün 11 nominasiyaya baxılıb, onlardan 4-ü qeydə alınıb.
İclasda məşvərətçi qurumun 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilib. Bildirilib ki, bütün sənədlər ümumi kriteriyaya uyğun olaraq qiymətləndirilir. Hesabat ətrafında rəylər və təkliflər irəli sürülüb. Qeyd olunub ki, təqdim edilmiş sənədlərdə fəaliyyətlər müəyyən edilməli, məqsəd aydın göstərilməlidir.
Sonra ən yaxşı müdafiə təcrübələrində qeydiyyata seçilmə üçün təkliflər nəzərdən keçirilib. Misir və İspaniya tərəfindən olunmuş bu təkliflər məşvərətçi qurumun tövsiyələri nəzərdən keçirildikdən sonra qəbul edilib.
Daha sonra beynəlxalq yardım üçün müraciətlər müzakirə olunub. İclasda Komitə tərəfindən bir müraciət nəzərdən keçirilib. Bu müraciətdə Pakistanın Buten xalq rəqsi üçün yardım edilməsi öz əksini tapıb. Məşvərətçi qurumun təhlili və nümayəndələrin təkliflərindən sonra layihə təsdiq edilib.
İclasın birinci hissəsi başa çatdıqdan sonra Qırğızıstan nümayəndə heyəti ilə Əbülfəs Qarayevin görüşü olub. Qonaqlar belə bir tədbirin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirib və xatirə hədiyyəsi təqdim ediblər.
Nahar fasiləsində qonaqlara milli mətbəx nümunələrimiz təqdim olunub.
Günün ikinci yarısında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin köməkçi qurumunun 2013-cü il üzrə fəaliyyətinə dair hesabatı dinlənilib və Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmalı olan nominasiyalar nəzərdən keçirilib.
Tədbirdə köməkçi qurumdan xanım Noriko Aykavanın məruzəsi dinlənilib.
Bildirilib ki, köməkçi qurum Komitənin 6 üzvündən (İspaniya, Çex Respublikası, Peru, Yaponiya, Nigeriya və Mərakeş) ibarətdir və Komitə tərəfindən reprezentativ siyahıya salınmalı olan 2013-cü il nominasiyalarının qiymətləndirilməsi tapşırığı ona həvalə edilib. Qurumun hesabatına bir sıra kəsişən məsələlərə dair 2013-cü il ərzindəki təcrübələrin təhlili və təqdim edilmiş elementlərin siyahıya salınmasına dair tövsiyələr daxildir. Diqqətə çatdırılıb ki, bu məsələ ilə bağlı üç növ tövsiyə təklif olunur: siyahıya salmaq, siyahıya salmamaq və ya əlavə məlumatların təmin edilməsi üçün təqdim edən ölkəyə müraciət etmək.
Məruzədən sonra Əlcəzair, Əlcəzair-Mali-Nigerin birgə təqdim etdikləri, həmçinin Avstriya, Banqladeş və digər ölkələrin Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmalı olan nominasiyaları müzakirə edilib.
Ümumilikdə 31 nominasiyanın nəzərdən keçirilməsi tutulub. Müvafiq proses növbəti gün davam edəcək.

Paylaş:
Baxılıb: 985 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31