/ / III “Şərq tərəfdaşlığı” sammiti Avropa İttifaqının Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu növbəti dəfə göstərdi
III “Şərq tərəfdaşlığı” sammiti Avropa İttifaqının Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu növbəti dəfə göstərdi
05.12.2013 [09:28]
Azərbaycanla Avropa İttifaqı arasında geniş sahəni əhatə edən dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir
Müasir beynəlxalq münasibətlər sisteminin suveren və nüfuzlu aktoru olan Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avroatlantik məkana inteqrasiya təşkil edir. Dövlətimiz məhz bu cür paritet inteqrasiyanın fonunda Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir. Məhz bu cür münasibətlərdən birini də Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri təşkil edir.
Ümumiyyətlə, Azərbaycanla Aİ arasındakı münasibətlər miqyasına görə regional, əhəmiyyətinə görə qlobal xarakter daşıyır. Müxtəlif proqramlar çərçivəsində davam etdirilən tərəfdaşlıq münasibətlərinin inkişafı tərəflərin strateji maraqlarına xidmət edir. Məhz bu kontekstdə son olaraq 28-29 noyabr tarixlərində Litvanın paytaxtı Vilnüsdə baş tutan Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” sammiti deyilənləri təsdiq edir. Xatırladaq ki, sammit çərçivəsində ölkəmiz ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle və Litvanın xarici işlər naziri Linas Linkyeviçyus imzalayıblar. Gələn il qüvvəyə minəcək saziş Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin inkişafı və dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutan Sazişin imzalanmasını Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdıran mühüm addım kimi qiymətləndirib. Bildirilib ki, “Şərq tərəfdaşlığı”na üzv ölkələr ilə imzalanacaq digər sənədlər də bu prosesə töhfəsini verəcək.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirməsi təsadüfi xarakter daşımır. Ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında geniş sahəni əhatə edən dərin tərəfdaşlıq münasibətləri mövcuddur və əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etməkdədir. Məhz bu cür qarşılıqlı etimad mühiti və dərin əməkdaşlığın fonunda İttifaq Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət kursunu təqdir etməkdədir.
Əminliklə qeyd etmək olar ki, müstəqil daxili və xarici siyasət kursuna malik olan, regional təhlükəsizliyin qarantı kimi çıxış edən, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan, ali demokratik dəyərlərin təşəkkül tapdığı bir dövlətlə-Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Avropa İttifaqı üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Nəticə etibarilə, ekspertlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Proqnoz vermək mümkündür ki, perspektivdə yeni əməkdaşlıq platformaları müəyyənləşdiriləcək və münasibətlərin əhatə dairəsi daha da genişlənəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

