Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Azərbaycanda heç vaxt sosial partlayış ola bilməz

Siyavuş Novruzov: Azərbaycanda heç vaxt sosial partlayış ola bilməz

05.12.2013 [09:28]

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Tarif Şurası tərəfindən qiymətlərin artırılmasını tənzimləmə kimi qiymətləndirib.
Siyavuş Novruzov APA-ya açıqlamasında qərarla rabitə tariflərinin xeyli aşağı salındığını da xatırladıb: “Azərbaycan vətəndaşları ən çox rabitə sistemindən istifadə edir ki, onların da qiyməti aşağı salınıb. Yanacağın qiyməti ilə bağlı olanlar isə sırf tənzimləmə məsələsidir. Buna baxmayaraq, sərnişin daşımalarında və digər nəqliyyat sistemində də qiymətlər artmayacaq. Yəni Tarif Şurasının bu qərarının vətəndaşa, insanlara heç bir ciddi təsiri olmayacaq”.
Millət vəkili qeyd edib ki, bazarlarda baş verə biləcək süni qiymət artımı dövlətin ayrı-ayrı strukturları tərəfindən nəzarətdədir: “Büdcənin müzakirəsində də bildirildi ki, bu qiymət artımı müəyyən standartlara uyğunlaşdırılmalıdır. Çünki bizi əhatə edən dövlətlər, qurumlar var. Əgər biz öz bazarımızı qorumasaq, bizdə olan məhsullar tamamilə başqa yerlərə başqa qiymətlərlə daşınmağa başlanacaq”.
S.Novruzovun sözlərinə görə, əhalinin gəlirləri də dövlətin diqqət mərkəzindədir: “Prezidentin sərəncamları ilə mütəmadi olaraq müxtəlif peşə sahiblərinin əmək haqları artırılır”.
S.Novruzov sosial şəbəkələrdə qiymət artımı ilə bağlı şəhərin mərkəzində aksiyanın keçirilməsi, sosial narazılıqların ifadə olunması ilə bağlı çağırışlara da toxunub: “Azərbaycanda heç vaxt sosial partlayış, sosial narazılıq ola bilməz. Çünki Azərbaycan dövlət büdcəsi sosial yönümlüdür”.

Paylaş:
Baxılıb: 975 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31