Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın balanslaşdırılmış xarici siyasəti uğurlu nəticələr verir

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti uğurlu nəticələr verir

05.12.2013 [09:32]

Millət vəkilləri hesab edirlər ki, Vilnüs sammitinin yekunları ölkəmiz üçün müsbətdir
Məlum olduğu kimi, 28-29 noyabr tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində III “Şərq tərəfdaşlığı” sammiti keçirilib. Sammitdə Azərbaycan Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsinə dair saziş imzalayıb. Əksər siyasi ekspertlər isə hesab edirlər ki, Vilnüs sammitinin nəticələri ölkəmiz üçün uğurlu olub.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanması ilk növbədə dövlətimizin maraqlarına xidmət edir. Onun sözlərinə görə, Azərbaycanın Avropaya inteqrasiya prosesi təkcə bu qurumda yer alan digər dövlətlərin maraqlarından, istəklərindən irəli gələn məsələ deyil, eyni zamanda, dövlətimizin maraqlarından irəli gəlir. Millət vəkili deyib ki, Avropada təhsil alan tələbələrin, iş adamlarının, eləcə də, jurnalistlərin Avropaya gediş-gəlişlərində şərtlər yüngülləşdiriləcək: “Rusiyanın təsirində olan Ermənistanın, Ukraynanın və digərlərinin qərarı onu göstərir ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında tutduğu mövqe son dərəcə dəqiq, dövlətimizin milli maraqlarına tam cavab verən mövqedir. Azərbaycan digər dövlətlərin üzləşdiyi problemlərlə üzləşmədi. Nə Qərbdə, nə də Şərqdə bununla bağlı Azərbaycana heç kim irad tuta bilmədi. Bütün bunlar cənab Prezidentin apardığı düzgün siyasətin nəticəsidir. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, beynəlxalq qurumlar Azərbaycanı öz sıralarında görməyə nə qədər hazır olacaqsa və bu zaman dövlətimizin maraqları nə qədər nəzərə alınacaqsa, Azərbaycan da onlarla bir o qədər sıx əməkdaşlıq edəcək”.
Millət vəkili Zahid Oruc isə qeyd edib ki, Azərbaycanın balanslı xarici siyasət yürütməsi uğurlu nəticələr verir. Onun sözlərinə görə, bu strateji kursun bundan sonra da davam etdiriləcəyi şübhəsizdir. Millət vəkili qeyd edib ki, sammitin nəticələri milli maraqlarımıza uyğundur: “Məhz bu siyasət nəticəsində Azərbaycan böyük dövlətlərin çəkişmə meydanına çevrilmədi. Amma digər ölkələrdə hansı vəziyyətin olduğunu görürük. Bu ölkə çox ağır duruma düşüb. Qəribəsi isə odur ki, Ermənistan Avropa İttifaqını aldatsa da, bu ölkəyə qarşı hansısa sanksiyalar tətbiq olunmur”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə bu prosesin gələcəkdə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq sazişinin imzalanması ilə yekunlaşacağına ümidvar olduğunu deyib: “Bizim istəyimiz strategiyamızı davam etdirərək Avropa İttifaqı ilə tərəfdaşlıq, müttəfiqlik istiqamətində əməkdaşlıq etməkdir. Bizim Avropa İttifaqı ilə münasibətlərimiz çoxşaxəlidir. Bir neçə istiqaməti əhatə edir”.
A.Mollazadə bu istiqamətdə Rusiyanın Azərbaycana qarşı hansı mövqe nümayiş etdirəcəyindən də danışıb. Onun sözlərinə görə, Rusiya artıq bu münasibətləri başa düşür: “Rusiyanın bu istiqamətdə Azərbaycana təzyiq etmək şansı çox məhduddur. Azərbaycanın Rusiyadan iqtisadi nöqteyi-nəzərdən asılılığı yoxdur. Enerji sahəsində Azərbaycanın Rusiyadan asılılığı olmadığına görə Ukraynaya qarşı istifadə olunan amillər Azərbaycana qarşı istifadə oluna bilməz”.
Millət vəkili deyib ki, sammitdə imzalanmış sənədlər Azərbaycan gəncləri üçün də Avropanın qapılarını açıb və Avropanın təhsil sisteminə daha asan inteqrasiya etmək imkanı yaradıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 933 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31