Yanacağın qiymətinin artımını zəruri edən səbəblər mövcuddur
06.12.2013 [09:10]
Cüzi qiymət artımı qeyri-neft sektorunun inkişafına xidmət göstərir
Xəbər verildiyi kimi, ölkəmizdə bir sıra neft məhsullarının topdan və pərakəndə satış qiymətlərində dəyişiklik edilib. Bu dəyişikliklə bağlı açıqlama verən Tarif Şurasının katibi İlkin Məcidov bildirib ki, ümumi istehlakda payı çox az olan Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzinlərinin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri də təsdiq olunub.
Qeyd edək ki, neft məhsulları üzrə istər əvvəlki, istərsə də hazırki tariflər nəinki Avropa, hətta əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Neft istehsalına görə dünyada 2-ci yerdə olan Rusiyada benzinin qiyməti Azərbaycanla müqayisədə daha yüksəkdir.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda neft məhsulları üzrə sonuncu tarif tənzimlənməsi 6 yanvar 2007-ci il tarixində həyata keçirilib. Həmin vaxt xam neftin dünya bazarlarında qiyməti 1 barrel üçün 57 ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 110 ABŞ dolları səviyyəsindədir. Bu dövrdə ölkəmizdə minik avtomobillərinin sayı 617 mindən 959 minədək artıb. Son 7 ildə avtomobil benzinləri üzrə ölkədaxili tələbat 800 min tondan 1,3 milyon tona, orta aylıq əməkhaqqı isə 215,8 manatdan 417 manatadək, Ümumi Daxili Məhsulun bir nəfərə düşən həcmi 3,3 min manatdan 5,9 min manatadək yüksəlib.
Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə neft məhsullarının aksiz dərəcələrinə dəyişiklik edilib və tarif artımından yaranan əlavə vəsaitin əsas hissəsi vergi şəklində büdcəyə daxil olacaq.
Təbii ki, bu gün ölkəmizdə yanacağın qiymətinin artımını zəruri edən amillər sırasında qeyri-neft sektorunun inkişafı da vurğulanmalıdır. Elə müsahibimiz olan ekspertlər də ölkəmizdə yanacağın qiymətinin artımının zəruri olduğunu bildiriblər.
Məsələn, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, yanacağın qiymətinin artımı populizmə söykənmir və cəmiyyətin inkişafına xidmət edir. Onun sözlərinə görə, bu dövlətin inkişafına xidmət edən, iqtisadiyyatı, cəmiyyəti sağaldan bir addımdır: “Təbii ki, cəmiyyətin sağaldılmasına istiqamətlənən addımlar atılanda bunun qısa zaman kəsiyində ağrılı olacağı düşünülür. Amma bu heç də belə deyil. Bu gün populizmə qapılan ölkələrin halı hər kəsə məlumdur. Avropanın vaxtilə inkişafına görə sayılan, seçilən dövlətləri bu gün iqtisadi böhranın məngəsindən çıxa bilmirlər. Azərbaycan dövləti isə hər zaman iqtisadiyyatın inkişafını, ölkənin, cəmiyyətin mənfəətini ən ümdə vəzifə hesab edir. Təbii ki, enerji daşıyıcılarının qiyməti dünya bazar qiymətinə mütənasib olmayanda, bu tendensiya ölkə iqtisadiyyatına öz mənfi təsirini göstərir. Yeri gəlmişkən, qiymət artımı həm də bu resurslardan daha qənaətlə və diqqətli istifadəyə yol açır. İkinci bir tərəfdən, qeyri-neft sektorunun inkişafı baxımından yanacağın qiymətinin artımı vacib və zəruri addım idi. Bu gün yanacağın qiymətinin artımı həm də insanların sosial müdafiəsinin daha yaxşı təmin olunmasına, müavinətlərin, əməkhaqlarının artırılmasına gətirib çıxaracaq. Çünki bu addım büdcə gəlirlərinin artmasına səbəb olur. Xüsusilə qeyd etməliyəm ki, bu qiymət artımı sosial layihələrin daha da çoxalmasına yardım göstərəcək. Bununla yanaşı, təbii ki, ölkədə digər məhsullarda süni qiymət artımına imkan verməməliyik”.
İqtisadçı ekspert Vüqar Bayramov da yanacağın qiymətinin artmasını zəruri edən bir sıra səbəblərin mövcud olduğunu dilə gətirib. Onun sözlərinə görə, burada ən əsas məsələ aşağı markalı yanacağın istehsalına dövlət tərəfindən subsidiyanın verilməsi idi. Bu isə dövlət büdcəsindən bu istiqamətdə vəsaitlərin xərclənməsinə səbəb olurdu: “Baxmayaraq ki, bu gün yanacağın qiymətinin artmasına münasibət birmənalı deyil, amma bütün hallarda, xüsusilə aşağı markalı yanacağın istehsalında subsidiyanın aradan qaldırılması üçün yanacağın qiymətinin artımı zəruri idi. Bu addımı atmaqla dövlət büdcəsindən bu istiqamətdə subsidiyaların azalmasına nail olmaq mümkün oldu”.
V.Bayramov bildirib ki, bununla yanaşı, qiymət artımını zəruri edən digər səbəb dünya bazarındakı neftin qiymətinin müntəzəm şəkildə artmasının fonunda Azərbaycanda yanacağın qiymətinin son 7 ildə stabil qalmasıdır. O baxımdan, qeyd edilməlidir ki, bu amil yanacağın qiymətinin artmasına gətirib çıxarmalı idi: “Eləcə də, nəzərə alınmalıdır ki, Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsində qeyri-neft sektorunun payının artırılması, ilk dəfə olaraq bu sektorun dövlət büdcəsindəki payının 35 faizə yüksəlməsi nəzərdə tutulur. Bu da büdcədə neft sektorunun payının 65 faizə qədər azalması deməkdir. Bu isə ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 2 dəfə artmasına səbəb olur. Bu baxımdan, dövlət büdcəsinə qeyri-neft sektorundan ödənişlərin proqnozlaşdırıldığı kimi təmin olunması üçün yanacağa tətbiq edilən rüsumlara yenidən baxılması və onun artırılması zəruri idi. Göründüyü kimi, yanacağın qiymətinin artmasında 3 zəruri faktor qiymətləndirilməlidir: Subsidiyaların aradan qaldırılması, dünya neft bazarında qiymətin artımının fonunda ölkəmizdə yanacağın qiymətinin 7 ildir sabit qalması, o cümlədən qeyri-neft sektorunun büdcədəki payının artırılması. Bütün neft istehsal edən ölkələrdə neftin orta qiyməti ilə benzinin qiymətinin arasında əlaqələr mövcuddur. Nəzərə alınmalıdır ki, bu ölkələr dünyada neft satışından gəlir əldə edirlər. O baxımdan, bu ölkədə qiymətlərin mütənasibliyinin qorunması baxımından qiymət artımı həm də əhəmiyyətlidir. Yanacağın qiymətinin artımı həm də pul-maliyyə siyasətində, qiymətlərin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. Bu həm də maliyyə sektoru üçün əhəmiyyətlidir ki, balanslaşdırılmamış pul kütləsi problemi yaranmasın”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

