/ / “Azərbaycanda internetin bu günü və sabahı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
“Azərbaycanda internetin bu günü və sabahı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
07.12.2013 [09:03]
Dekabrın 6-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Azərbaycanda internetin bu günü və sabahı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AzərTAc xəbər verir ki, XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi (“BakuTel-2013”) çərçivəsində keçirilən tədbiri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu təşkil ediblər.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə rabitə və informasiya texnologiyaları işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin “BakuTel-2013” çərçivəsində keçirildiyini qeyd edən A.Əlizadə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi son nailiyyətlərin nümayiş olunduğunu bildirib.
Alim “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində ölkəmizdə həyata keçirilən bir sıra mühüm işlərdə AMEA-nın yaxından iştirak etdiyini söyləyib, Azərbaycanda internetin formalaşması, inkişaf mərhələləri, müasir vəziyyəti və perspektivlərinə həsr edilən konfransın yekunlaşmaqda olan “İnformasiya-kommunikasiya texnologiyaları ili” üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən olduğunu vurğulayıb.
Ölkədə informasiya cəmiyyəti, elektron dövlət quruculuğu proseslərinin uğurla həyata keçirildiyini qeyd edən AMEA-nın prezidenti bu tərəqqi sayəsində internetin dinamik inkişaf etdiyini, istifadəçilərin sayının sürətlə artdığını vurğulayıb. A.Əlizadə deyib: “Hazırda Azərbaycan internetin, bütövlükdə, İKT sektorunun inkişaf tempinə görə dünya ölkələri arasında ön sıralardan birini tutur. Müxtəlif nüfuzlu beynəlxalq təşkilatların son hesabatları da ölkəmizin bu nailiyyətlərini təsdiq edir. Bütün bunlar ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqinin, internet infrastrukturunun inkişafının, internet azadlıqlarının yüksək səviyyədə təmin olunmasının göstəricisidir”.
Akademik diqqətə çatdırıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında internet infrastrukturunun davamlı inkişafı, informasiya cəmiyyəti quruculuğunun yüksək səviyyədə aparılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi öz əksini tapıb. Azərbaycan internet şəbəkəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, kibercinayətkarlıqla milli və beynəlxalq miqyasda daha səmərəli mübarizə aparılması, elektron kommersiyanın etibarlı fəaliyyəti, kiberməkanda insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi istiqamətində müvafiq beynəlxalq təşkilatlarla, dünya ölkələri ilə intensiv və səmərəli əməkdaşlıq edir.
Çıxışının sonunda A.Əlizadə konfransın alim və mütəxəssislərin bu sahədə elmi nailiyyətlərinin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması, fikir və şərhlərinin ifadəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov “İnternet və dövlət siyasəti” mövzusunda çıxış edib. Ə.Abbasov dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinin son illər bu sahədə yüksək tərəqqinin göstəricisi olduğunu diqqətə çatdırıb. Nazir İKT xidmətlərinin genişləndirilməsinin, informasiya və bilik bazarının formalaşdırılmasının və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd edib. O, ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli və genişzolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramlarının, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Cəmiyyətin daha şəffaf, daha asan idarə olunmasında “Elektron hökumət” portalının xidmətlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artırılmasının vacibliyini vurğulayan Ə.Abbasov RİTN yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılmasının əhəmiyyətini qeyd edib. Nazir elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılması baxımından agentliyin strateji qurum olduğunu bildirib. Ə.Abbasov 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, kiberçinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacağını bildirib. O, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə çatmaq üçün İKT mütəxəssislərinin üzərinə yeni və məsuliyyətli vəzifələrin qoyulduğunu qeyd edib.
İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev “Azərbaycanda internetin formalaşması mərhələləri və inkişaf perspektivləri” mövzusunda məruzə edib. R.Əliquliyev internetin 44 ildə keçdiyi sürətli inkişaf yolunun bir çox təzadlarla, siyasi-ideoloji qarşıdurmalarla, mental dəyərlərin itirilməsi qorxusundan irəli gələn təzyiqlərlə müşahidə olduğunu bildirib. O deyib: “Bütün bunlara baxmayaraq, internet dünyada vüsət almaqla, müxtəlif fəaliyyət sahələrinə getdikcə daha dərindən nüfuz edir, insanların həyat tərzinin ayrılmaz hissəsinə çevrilir”.
İnstitutun direktoru qeyd edib ki, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsi ölkənin gələcək inkişafını səciyyələndirən vacib amillərdəndir. Bu gün internetin aktual elmi problemlərinin həlli alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyub.
İnstitutda internetin inkişaf perspektivlərinin araşdırıldığını deyən professor qlobal şəbəkənin “Əşyaların interneti”, “Kosmik internet”, “Tibbi internet”, “Biometrik internet” kimi yeni istiqamətlərinin öyrənildiyini bildirib. Natiq bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edib, müxtəlif nüfuzlu beynəlxalq reytinq agentliklərinin son hesabatlarında ölkəmizin nailiyyətlərinin əks olunduğunu nəzərə çatdırıb. Alim qeyd edib ki, qabaqcıl informasiya texnologiyaları sahəsində innovativ ideyaların tətbiqi, yeni proqram təminatlarının yaradılması yaxın gələcəkdə cəmiyyətdə əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanlarından bəhs edib.
Konfransda informasiya texnologiyaları üzrə aparıcı mütəxəssislərin, alimlərin çıxışları dinlənilib. Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında onun imkanları, sosial medianın problemləri, internetin inkişafı naminə dövlət-biznes-vətəndaş cəmiyyətinin birgə səyləri, internet və informasiya texnologiyalarının hüquq elmi və təhsilinin inkişafına təsiri, Azərbaycanda internetskopiya problemlərinə dair müzakirələr və fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

