Heydər Əliyevin əziz xatirəsi Təbrizdə də ehtiramla anılıb
13.12.2013 [09:31]
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunda Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə Ulu öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.
İranın Şərqi Azərbaycan valiliyi aparatının rəhbərinin, vilayətin digər rəsmilərinin, Türkiyə Respublikasının Təbrizdəki baş konsulunun və konsulluğun əməkdaşlarının, Təbrizdə yaşayan Azərbaycan vətəndaşlarının və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə respublikamızın Təbrizdəki baş konsulu Əli Əlizadə aşıb. O, Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına müfəssəl məlumat verib, xalqımızın xilaskar oğlunun ölkəmiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında rolundan bəhs edən baş konsul bildirib ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması, Ermənistanın təcavüzkar siyasətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, bir sıra beynəlxalq və regional iqtisadi layihələrin gerçəkləşməsi və digər bu kimi nailiyyətlər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkədə ictimai-siyasi sabitlik əzmlə qorunur, xalqının güzəranı günbəgün yaxşılaşır. Odur ki, qədirbilən Azərbaycan xalqı öz müdrik oğlunun adını həmişə uca tutur, əziz xatirəsini ehtiramla yad edir. Heydər Əliyevin işıqlı xatirəsi təkcə Azərbaycanda deyil, bir çox xarici ölkələrdə, həmçinin dost və qonşu İran İslam Respublikasında, eləcə də Təbriz şəhərində daim ehtiramla, böyük rəğbətlə anılır.
Mərasimdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film və fotosərgi nümayiş olunub, həmçinin Ulu öndərin xidmətlərini və Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən kitablar, jurnallar və digər əyani vəsaitlər sərgilənib və iştirakçılara paylanıb, ehsan süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

