Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müharibə və əmək veteranları Heydər Əliyev Mərkəzində olublar

Müharibə və əmək veteranları Heydər Əliyev Mərkəzində olublar

17.12.2013 [09:54]

Müharibə və əmək veteranlarından ibarət nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub.
AzərTAc xəbər verir ki, müharibə və əmək veteranları əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Veteranlara muzey barədə, burada Ümummilli lider Heydər Əliyev və Azərbaycan haqqında toplanmış foto və video materiallar, müxtəlif eksponatlar haqqında məlumat verilib.
Bildirilib ki, 2013-cü ilin mayından fəaliyyət göstərən Heydər Əliyev Muzeyində Ümummilli liderin həyatı və Azərbaycanın müxtəlif dövrlərini əks etdirən foto-video materiallar, nadir eksponatlar sərgilənir. Buradakı hər bir eksponat Heydər Əliyev irsinin və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Veteranlara Muzeydə Ulu öndər Heydər Əliyevin uşaqlığı, orta və ali məktəbdə təhsil aldığı illər, sovetlər dönəmindəki siyasi fəaliyyəti və müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edən bölmələr, eləcə də burada nümayiş olunan media arxiv haqqında məlumat verilib. Qeyd edilib ki, Muzey uşaqdan böyüyə hər kəsin-yerli sakinlərin və qonaqların böyük marağına səbəb olur.
Veteranlar Muzeydə Azərbaycan tarixi və Ümummilli lider Heydər Əliyevin xatirəsinin yaşadılmasının gələcək nəsillər üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
Qonaqlar daha sonra Heydər Əliyev Mərkəzi, buradakı sərgi zalları ilə də tanış olublar.

Paylaş:
Baxılıb: 995 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31