Askar Aytmatov: Azərbaycan bütün sahələrdə böyük uğurlar qazanıb
18.12.2013 [09:14]
Hər şeydən əvvəl türk dünyasında, MDB-də və digər ölkələrdə Çingiz Aytmatov istedadının pərəstişkarlarına öz yazıçılarının xatirəsinə göstərdikləri sadiqliyə görə minnətdarlığımı bildirirəm.
Bu sözləri türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyi tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş dünya şöhrətli ədibin oğlu Askar Aytmatov AzərTAc-a müsahibəsində deyib.
Görkəmli yazıçının oğlu bildirib ki, Çingiz Aytmatovun Azərbaycanda ən oxunulan, sevimli yazıçılardan biri olmasından son dərəcə məmnunam: “Hədsiz dərəcədə sevinirəm ki, onun əsərlərini vətəni Qırğızıstandan sonra daha çox Azərbaycanda oxuyurlar. Deməli, Çingiz Aytmatov təkcə qırğızların deyil, həm də Azərbaycanın, ümumilikdə, türk dünyasının yazıçısıdır. Çox şadam ki, Bakıda onun 85 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilir. Bu mərasimdə Azərbaycanın görkəmli ziyalıları, yazıçıları, yaradıcı insanlar iştirak edəcəklər”.
Ölkəmizdə on il əvvəl olduğunu deyən Askar Aytmatov bu müddətdə Azərbaycanda inanılmaz dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. Bildirib ki, Bakı çox gözəlləşib və yeniləşib. Dəyişikliklər davam edir. Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, xalqın rifahının yüksəlməsi, beynəlxalq aləmdə böyük uğurlar qazanması türk dünyasının bir nümayəndəsi olaraq məni hədsiz sevindirir.
Qonaq vurğulayıb ki, oxşar tarixi və mədəni köklərə malik olan qırğız və Azərbaycan xalqları arasında əməkdaşlıq dövlət başçıları səviyyəsində yüksək səviyyədə davam etdirilir. Keçən il Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycanda rəsmi səfərdə olub. Bu səfərdən sonra iki qardaş xalq arasında əlaqələrin inkişafında yeni mərhələ başlanıb. Hazırda iqtisadi əlaqələrin daha da dərinləşməsi üçün ikitərəfli vacib layihələr üzərində iş gedir. Bir sözlə, əlaqələrimizi daha da genişləndirmək üçün potensial böyükdür. Hər iki ölkə türk dünyasının mühüm dövlətlərindən sayılır. Bütün bunlar tərəflər arasında əməkdaşlığı möhkəmləndirir.
Askar Aytmatov atasını xeyirxah, zəhmətkeş bir insan, hər şeydən əvvəl nümunəvi ailə başçısı kimi xatırladığını deyib. Bildirib ki, atam “Erkən durnalar” povestini yaşadığı çətin, hərbi dövrün uşaqlıq xatirələri əsasında yazıb və o vaxt balaca bir oğlan olan mənə həsr edib. Bu əsər mənim bir insan kimi formalaşmağımda böyük rol oynayıb.
Görkəmli yazıçının oğlu Çingiz Aytmatov yaradıcılığının pərəstişkarlarına dərin təşəkkürünü bildirib. Qeyd edib ki, onun əsərləri türk dünyasının mənəvi sərvətidir: “Çox şadam ki, Çingiz Aytmatov ümumi türk dəyərlərimizi öyrənməyə və oxucuya çatdırmağa müvəffəq olub. Ona görə də onun əsərləri bizlərə yaxın və doğmadır. Çingiz Aytmatovun əsərləri ilə postsovet məkanında bir neçə nəsil tərbiyə alıb. Bəlkə də hər birimizin qəlbində onun aşılamaq istədiyi humanist ideyalardan bir zərrə var. Arzu edərdim ki, böyük ədibin pərəstişkarları öz övladlarına bu ideyaları aşılasınlar. Əgər belə olarsa, Çingiz Aytmatov obrazı hər bir türk övladının qəlbində daim yaşayar və bu bağlılıq tarix boyu davam edər”.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

