Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Plamen Oreşarskini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Plamen Oreşarskini qəbul edib

18.12.2013 [09:37]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Bolqarıstan arasında güclü əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika sahəsində inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. Dövlətimizin başçısı “Şahdəniz-2” üzrə yekun investisiya qərarının Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına əminliyini bildirib.
Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimini tarixi hadisə kimi dəyərləndirib. Layihəni Azərbaycandan Avropaya açılan enerji dəhlizi kimi səciyyələndirən Baş nazir bunun qaz təchizatının şaxələndirilməsi baxımından yaxşı fürsət yaratdığını deyib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 940 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31