/ / “İKT ili” çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində görülmüş işlərin təqdimat mərasimi keçirilib
“İKT ili” çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində görülmüş işlərin təqdimat mərasimi keçirilib
19.12.2013 [09:27]
Xaləddin İsgəndərov: 2013-cü ilin Azərbaycanda “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkəmizdə bu sahənin inkişafına olan diqqətin göstəricisidir
Binəqədi rayon İcra Hakimiyyətində “İKT ili” çərçivəsində görülmüş işlərin təqdimat mərasimi keçirilib. Mərasim reallaşdırılan tədbirlərə dair video-çarxın nümayişilə başlayıb.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müasir tələblər baxımından informasiya kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinin, eyni zamanda, hər bir dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindən biri olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan da bu mənada istisna təşkil etmir və informasiya cəmiyyətinə keçid üçün respublikada əlverişli şəraitin yaradılması ölkəmizin ali məqsədlərindən biridir: “2013-cü ilin Azərbaycanda “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilməsi də ölkəmizdə bu sahənin inkişafına olan diqqətin göstəricisidir”.
İcra Hakimiyyətinin başçısı onu da deyib ki, Azərbaycanda İKT infrastrukturunun yaradılmasına və gücləndirilməsinə, İKT xidmətlərinin tətbiqinin genişləndirilməsinə böyük diqqət yetirilir. Əksər sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Bu mənada təsadüfi deyil ki, hazırda İKT sektoru Azərbaycanda energetikadan sonra ən dinamik inkişaf edən sahədir. Respublikamızda ən yeni texnologiya - 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internetdən istifadə etməsi, “ASAN” xidmət mərkəzlərinin yaradılması informasiya kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir.
Daha sonra, Binəqədi rayon İcra Hakimiyyətinin İKT sahəsində strategiyası və onun əsas prinsipləri barədə ətraflı məlumat verilib, həmçinin, ayrı-ayrı sahələr üzrə təqdimatlar olub. Belə ki, Binəqədi rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciəti Xidmətinin rəisi Anar Səfərov “1646 xidməti” və yeni yaradılmış internet səhifəsi, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Qabil Qafarov və “Binəqədi Sahibkarları” İctimai Birliyinin icraçı direktoru Yavər Şahbazov isə tədbir iştirakçılarını təmsil etdikləri qurumların veb səhifələri ilə tanış ediblər.
Eyni zamanda, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov “Operativ məlumatlar” alt modulu, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev “Statistik hesabatlar” alt modulu, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov isə “Ev təsərrüfatları” alt modulu haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Təqdimat mərasimində çıxış edən vergilər nazirinin müşaviri Akif Musayev və Milli Məclisin deputatı Rafael Cəbrayılov rayon İcra Hakimiyyətində “İKT ili” çərçivəsində görülmüş işləri yüksək qiymətləndiriblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

