/ / “Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərin icmalı (2008-2013-cü illər)” dördcildliyinin yeni nəşr olunmuş III və IV cildlərinin təqdimatı keçirilib
“Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərin icmalı (2008-2013-cü illər)” dördcildliyinin yeni nəşr olunmuş III və IV cildlərinin təqdimatı keçirilib
19.12.2013 [09:38]
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən hazırlanmış “Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərin icmalı (2008-2013-cü illər)” dördcildliyinin yeni nəşr olunmuş III və IV cildlərinin təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, bu cildlərdə Prezident İlham Əliyevin fəaliyyətinin son beş illik dövrünün xronikası geniş şəkildə əksini tapıb. Kitabın III cildi Azərbaycan Prezidentinin siyasi fəaliyyətinin 2008-ci ilin oktyabrından 2010-cu ilədək, IV cildi isə 2011-ci ildən 2013-cü ilin martınadək olan dövrünü əhatə edir.
Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə olunmuş kitabın elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, rəyçisi tarix elmləri doktoru, professor Əli Həsənov, tərtibçiləri akademik Urxan Ələkbərov, siyasi elmlər doktoru, professor Elman Nəsirov, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədovdur.
DİA-nın rektoru, akademik Urxan Ələkbərov əsərin əhəmiyyətini vurğulayaraq bu materiallardan tədrisdə də geniş istifadə olunduğunu qeyd edib. Rektor bu istiqamətdə tədqiqatların hazırda da davam etdirildiyini deyib. Bildirilib ki, geniş oxucu auditoriyasının, politoloqların, tarixçilərin, o cümlədən xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislərin marağına səbəb olacaq bu cildlər gələcək tədqiqatlar baxımından da dəyərli mənbədir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxışında dövlətimizin başçısı İlham Əliyevin öz fəaliyyəti ilə daim Heydər Əliyev siyasətinə varisliyini nümayiş etdirdiyini bildirib. Şöbə müdiri deyib ki, məhz bu sadiqliyin nəticəsində Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, inkişaf etdirilir və uğurlar qazanır.
Heydər Əliyev siyasətinin üç amilinin bu varislik prinsiplərində necə yaşamasını şərh edən Fatma Abdullazadə Ulu öndərin ən müdrik addımlarından birinin “Əsrin müqaviləsi”nin imzalanması olduğunu bildirib. “Əsrin müqaviləsi” iqtisadi addımdan daha çox siyasi layihədir, çünki bu, ilk növbədə Heydər Əliyevin siyasi iradəsinin ifadəsi idi. Dünən biz hamımız bunun nə dərəcədə uğurlu layihə olmasını bir daha müşahidə etdik. Şöbə müdiri dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasını bu varisliyin inkişaf etdirilməsinin və yüksək səviyyəyə çatdırılmasının bariz nümunəsi kimi dəyərləndirib. Bildirilib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” bizi zülmətdən, ümidsizlikdən işığa çıxarıb. Dekabrın 17-də imzalanan sənədlər isə Azərbaycanın nəinki bu nurla özünü kifayət qədər təmin etməyə, hətta öz işığından, imkanlarından başqalarına da pay verməyə qadir olduğunu göstərib.
Fatma Abdullazadə diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev siyasətinin ikinci mühüm cəhəti onun humanizm ideyalarından mayalanmış bir siyasət olmasıdır. Ulu öndərin müstəqillik dövründə hakimiyyətdə olduğu on il ərzində sovet dövründə ölkəmizə rəhbərliyi illərində bünövrəsini qoyduğu siyasəti davam etdirib, Azərbaycan xalqının mədəni irsini özünə qaytarıb. Məhz Onun hakimiyyəti illərində iki yubiley, - Füzulinin 500, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyləri dünya miqyasında, UNESCO səviyyəsində keçirilib. Sovet dövründə ixtisar olunub, zəngin ədəbi irsi ikicildliyə yerləşdirilmiş Füzuli böyük bir şair, o cümlədən mənəvi dəyərlərimizin, İslam dəyərlərinin daşıyıcısı kimi Azərbaycan xalqına qaytarılıb.
Azərbaycanda bu gün həmin humanist siyasətin uğurla həyata keçirildiyini deyən Prezident Administrasiyasının şöbə müdiri dövlətimizin başçısının bir neçə gün əvvəl Bakıda “Kitabi-Dədə Qorqud” abidəsinin və parkının açılışında iştirak etdiyini vurğulayıb.
Müasir informasiya cəmiyyətində insan intellektinin ən böyük sərvət olduğunu bildirən F.Abdullazadə məhz bu baxımdan Prezident İlham Əliyevin öz fəaliyyətində “qara qızıl”ı insan kapitalına çevirmək prinsipini rəhbər tutduğunu qeyd edib. Bu prinsip son on ildə ən əsas, işlək şüarlardan biri olub. Bunu Azərbaycan gənclərinin xaricdə təhsil almasının maliyyələşdirilməsində daha aydın görmək olar.
Sonuncu amilin dinamizm olduğunu diqqətə çatdıran F.Abdullazadə bu cəhətin Prezident İlham Əliyevin fəaliyyətində ən əsas istiqamətlərdən birinə çevrildiyini qeyd edib. Bu, ilk növbədə dövlətimizin başçısının şəxsiyyətindən, siyasi məfkurəsindən irəli gələn dinamizmdir. Həm varislik, həm də novatorluq özünü Azərbaycan Prezidentinin fəaliyyətindəki dinamizmdə əyani sürətdə nümayiş etdirir.
Prezident Administrasiyasının şöbə müdiri dövlətimizin başçısı İlham Əliyevin siyasi fəaliyyətini əks etdirəcək yeni cildlərin hazırlanacağına əminliyini diqqətə çatdıraraq kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Ulu öndər Heydər Əliyevin ölkəmizdə müasir müstəqil dövlət quruculuğu ilə yanaşı, dövlət idarəçilik təliminin də əsasını qoyduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan mədəniyyətini, adət-ənənələrini, azərbaycançılığı xarakterizə edən dəyərlər, onların sistemləşdirilmiş idarəçiliyin əsasında dayanması, novatorluq, dinamizm Ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təlimini xarakterizə edən əsas amillərdir. Şöbə müdiri həmin dövlət idarəçilik təliminin ölkəmizdə bu gün də araşdırıldığını bildirib. Bu gün Azərbaycan dövləti həmin təlimdən istifadə olunaraq idarə edilir. Ona görə də bu təlimin salnaməsinin yaradılması, onun təhlil olunması, ayrı-ayrı xarakterik xüsusiyyətlərinin ümumiləşdirilməsi və geniş oxucu kütləsinə çatdırılması böyük aktuallıq kəsb edir.
Ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təliminin ilk növbədə Azərbaycan xalqının milli iradəsinə söykəndiyini qeyd edən Əli Həsənov Ulu öndərin bu məsələni Azərbaycanın müstəqilliyinin qorunması, milli birliyin dövlətimizin əsas prinsiplərindən birinə çevrilməsi baxımından mühüm ideya kimi irəli sürdüyünü vurğulayıb. Ümummilli liderin irəli sürdüyü ikinci prinsip sosial ədalət idi. Yəni, haqlının hüquqlarının dövlət tərəfindən qorunması Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərindən biri idi. Azərbaycanda 1991-1993-cü illərdə xaosun, anarxiyanın hökm sürdüyünü xatırladan Əli Həsənov belə şəraitdə Heydər Əliyevin dövlətçilik təliminin əsas şərtlərindən birinin hüquqi dövlət, demokratiya prinsipləri olduğunu bildirib. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri sırasında demokratiya, siyasi plüralizm məsələsini irəli sürdü.
Şöbə müdiri Ümummilli lider Heydər Əliyevin təliminin əsas tərkib hissələrindən birinin də səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması olduğunu vurğulayaraq Prezident İlham Əliyevin siyasi fəaliyyətində dövlət idarəçiliyinin səmərəliliyini, əhalidən gələn düşüncələrin qəbul edilməsini, onların sintezinin aparılmasını və tətbiqini diqqət mərkəzində saxladığını bildirib. Azərbaycanda Prezident İlham Əliyevin yürütdüyü siyasətin müvəffəqiyyət qazanmasının təməlində bir tərəfdən səmərəli idarəçiliyin, digər tərəfdən isə həmin idarəçiliyin xalq tərəfindən dəstəklənməsi, insanların iradəsinə söykənməsi olduğunu vurğulayan Əli Həsənov bu amilin özünü məhz varislikdə, novatorluqda və dinamizmdə göstərdiyini bildirib.
Bu gün Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyev siyasətini novatorluqla davam etdirdiyini deyən Əli Həsənov bu siyasət nəticəsində qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, Prezident İlham Əliyev 2008-ci ildə ölkəmizdə keçid dövrünün artıq başa çatdığını və Azərbaycanı qarşıda yeni hədəflərin gözlədiyini bəyan edib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında keçid dövründən sonra yeni tələblərə novatorcasına yanaşmaq, modernləşmənin Azərbaycan variantı, qloballaşmada milli hisslərin, ənənələrin, varlığın qorunması məsələləri əksini tapıb. Qloballaşma şəraitində hər bir millət özünəməxsus dəyərləri qorumalıdır. Bu baxımdan novatorluq milli dəyərləri inkişaf etdirməyi, onu dünyanın mövcud texnologiyaları, inkişafı ilə zənginləşdirməklə rəqabətə davamlı xalq formalaşdırmağı ehtiva edir.
Şöbə müdiri nəşrin Prezident İlham Əliyevin çıxışlarını, nitqlərini, görüşlərini əks etdirməklə tədqiqatçılara dövlətimizin başçısının idarəçiliyinin varislik, novatorluq və dinamik cəhətlərini təhlil etməyə imkan yaratdığını deyib. Kitabın Dövlət İdarəçilik Akademiyasının təşəbbüsü ilə hazırlandığını qeyd edən şöbə müdiri nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.
Kitabda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından da geniş istifadə edildiyini vurğulayan Əli Həsənov agentliyin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib: “Bu salnaməni yazıb ortaya çıxaran AzərTAc-ın jurnalistləridir. AzərTAc-ın əməkdaşları Prezident İlham Əliyevin görüşlərini, səfərlərini geniş işıqlandırırlar. Bu cildlərdəki materialların əksəriyyəti AzərTAc-ın informasiyaları əsasında hazırlanıb”.
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan Prezidentinin fəaliyyətini əks etdirən belə bir toplunun nəşr olunmasının əhəmiyyətini vurğulayaraq dövlətimizin başçısının siyasətinin ölkə vətəndaşlarında böyük məmnunluq doğurduğunu, onların həyatına müsbət təsir göstərdiyini deyib.
Bahar Muradova bildirib ki, Ümummilli lider Heydər Əliyev təliminin, siyasətinin əsas qayəsi Azərbaycan vətəndaşıdır. Müstəqilliyin birinci on ilində dövlətin qarşısında duran əsas məqsəd Azərbaycan vətəndaşının təhlükəsizliyinin, sosial ehtiyacının təmin edilməsi, onlarda öz hüquqlarını qorumaq vərdişlərini formalaşdırmaq idisə, son on ildə - İlham Əliyevin prezidentliyi dövründə hədəf artıq Azərbaycan vətəndaşının rifah içərisində yaşaması, onun dünya insanı ilə birlikdə qlobal çağırışlara hazır olması, öz mövqeyini ortaya qoyması və əsl vətəndaş mövqeyi formalaşdırmaq idi. Bu gün artıq tam formalaşmış Azərbaycan vətəndaşı özünün və xalqının inkişafı, təhsili, sağlamlığı, yüksək biliklərə və innovativ texnologiyalara malik olması, bu yeniliklərin ölkəmizdə yaradılması işində yaxından iştirak edir. Bu baxımdan informasiya-kommunikasiya texnologiyaları, ətraf mühitin qorunması, təhsilin və sağlamlığın inkişafı ilə bağlı mövcud Dövlət proqramları, onların konkret nəticələri, Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, mötəbər beynəlxalq qurumların idarə olunmasında yaxından iştirakı ölkəmizin ən başlıca nailiyyətləridir. Bu nailiyyətlərin əldə edilməsində Ulu öndər Heydər Əliyev təliminin, idarəçilik mövqeyinin, yaratdığı irsin - Azərbaycan dövlətinin və bu dövləti daha da qüdrətləndirmək qabiliyyətinə, güclü siyasi iradəyə malik olan Prezident İlham Əliyevin misilsiz xidmətləri var.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əldə etdiyi uğurların təməlində siyasi və iqtisadi müstəqilliyin durduğunu vurğulayıb. Məhz bu siyasət nəticəsində Azərbaycan qlobal maliyyə böhranından uğurla keçərək sürətlə dünyaya inteqrasiya edib.
Azərbaycanın müstəqil iqtisadi siyasətinin əsas cəhətlərindən danışan Ziyad Səmədzadə ölkə iqtisadiyyatı üçün çox vacib olan 7 alternativ neft-qaz marşrutunun yaradılmasının əhəmiyyətini xüsusilə qeyd edib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib, dövlət büdcəsi və ümumi daxili məhsul dəfələrlə artıb.
Akademik bildirib ki, dekabrın 17-də imzalanan qaz sazişləri Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirəcək: “Azərbaycan artıq nəinki özünün, digər ölkələrin enerji təhlükəsizliyini təmin edən güclü dövlətlərdən birinə çevrilib. Kitabda toplanmış materiallardan da göründüyü kimi, bu məsələ Azərbaycan Prezidentinin görüşlərində xüsusi vurğulanır”.
Nəşrdə toplanan materialların Prezident İlham Əliyevin titanik fəaliyyətinin məntiqi nəticəsi olduğunu qeyd edən Ziyad Səmədzadə dövlətimizin başçısının yürütdüyü siyasətin uğurlarının təhlili və təbliği baxımından əsərin qiymətli mənbə rolu oynadığını vurğulayıb.
Akademiyanın prorektoru, professor Əlikram Abdullayev kitabda dünya miqyasında baş verən proseslər fonunda Azərbaycanın təqdim edilməsinin ciddi elmi axtarışların nəticəsi olduğunu diqqətə çatdırıb.
DİA-nın Siyasi araşdırmalar institutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov nəşrin III və IV cildlərinin təqdimatının “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycan Prezidentinin qarşıdan gələn ad günü və Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi ilə üst-üstə düşdüyünü əlamətdar hadisə kimi qeyd edib.
Təhsil ocağının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov dördcildliyin ölkəmizin dinamik inkişafının, Azərbaycan tarixində böyük iz qoymuş son on ilin salnaməsi olduğunu bildirib. Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan danışan Elçin Əhmədov bu cildlərin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasi fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb: “Buna görə də dördcildliyin ərsəyə gəlməsinə görə ən çox Azərbaycan Prezidentinə minnətdar olmalıyıq”.
DİA-nın rektoru Urxan Ələkbərov tədbirə yekun vuraraq Azərbaycan Prezidentinin çoxşaxəli siyasi fəaliyyətinin salnaməsi olan nəşrin yeni cildlərinin də hazırlanacağına əminliyini bildirərək ölkəmizin artan iqtisadi və siyasi qüdrətinin bunu deməyə əsas verdiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

