Mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin beş illik yubileyi qeyd edilib
19.12.2013 [09:38]
Dekabrın 18-də Bakı Biznes Mərkəzində mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin 5 illik yubiley mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Bakıda keçirilmiş ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün məşhur bəstəkar Kristof Goze tərəfindən hazırlanmış 16 dəqiqəlik xəyali səyahəti özündə ehtiva edən musiqi əsəri nümayiş olunub. Bu əsərdə 30-dan çox orijinal musiqi yazısından istifadə edilib.
Böyük maraqla qarşılanan bu musiqi əsərinin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin beş illik yubileyi münasibətilə təbrik edib.
Nazir deyib ki, “Bakı prosesi” 2008-ci ilin dekabrında paytaxtımızda keçirilmiş Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülüb. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formanın əsası qoyulub. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulub. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olub.
Ə.Qarayev deyib ki, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunub. Konfransda Avropa Şurasına üz dövlətlərlə İslam Konfransı təşkilatına üzü dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirilib və birgə kommünike qəbul edilib. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlayıb və BMT-nin Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib.
Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş birinci və ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları haqqında məlumat verən Ə.Qarayev deyib ki, bu möhtəşəm tədbirlər UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Forum hər iki ildən bir Azərbaycanda keçirilir.
Nazir deyib ki, biz gələcəkdə beynəlxalq elmi ictimaiyyəti, universitet və beyin mərkəzlərini bu prosesə fal cəlb etmək niyyətindəyik. 2015-ci ildə keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ciddi layihə və proqramlarla hazırlaşırıq.
Tədbirdə bu il mayın 29-dan iyunun 1-dək Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında keçirilmiş ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabatı dinlənilib.
Hesabatı Böyük Britaniyanın Koventri Universitetinin professoru, Sosial Münasibətlər Mərkəzinin direktoru Mayk Hardi təqdim edib.
Hesabatda ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu geniş şəkildə təhlil olunub, Azərbaycan Prezidentinin bu bu mötəbər beynəlxalq tədbirə verdiyi dəstək xüsusi olaraq diqqətə çatdırılıb.
Bildirilib ki, Bakı Forumu sülhə, dialoqa, anlaşma və sivilizasiyalar arasında əməkdaşlığa öz töhfəsini verməkdədir.
M.Hardi 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulan üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı tövsiyələrini verib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov son illər ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin böyük əhəmiyyət daşıdığını söyləyib.
Bildirib ki, bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən xoşməramlı siyasət, həmçinin müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən ölkəmizin həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyin “Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxararaq daha qlobal səviyyəyə yüksəltməyə nail olub.
K.İmanov deyib ki, Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi böyük dünya hadisəsidir. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyildir. Bu gün Azərbaycan bütün dünya üçün əsl tolerantlıq nümunəsi olan məkanıdır. Burada tarix boyu fərqli milli, dini mənsubiyyəti olan icmalar, xalqların nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamış və bu gün də yaşayırlar. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların bir-birlərinin mədəniyyətlərinə daha yaxından bələd olmaları baxımından da təqdirəlayiqdir.
Müəllif Hüquqları Agentliyinin sədri məşhur bəstəkar Kristof Goze tərəfindən hazırlanmış videoçarxı da yüksək qiymətləndirib. Əmin olduğunu bildirib ki, “Bakı prosesi” ildən-ilə genişlənərək daha böyük coğrafiyanı əhatə edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov da indiyədək Bakıda keçirilmiş birinci və ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının yüksək səviyyədə təşkilini Azərbaycanın uğuru hesab edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

