Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Heydər Əliyev”, “Zərifə Əliyeva” və “İlham Əliyev: tərcümeyi-hal davam edir” əsərləri gürcü dilində nəşr edilib

“Heydər Əliyev”, “Zərifə Əliyeva” və “İlham Əliyev: tərcümeyi-hal davam edir” əsərləri gürcü dilində nəşr edilib

19.12.2013 [09:39]

Ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində yazıçılar Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev”, “Zərifə Əliyeva” və “İlham Əliyev: tərcümeyi-hal davam edir” əsərləri gürcü dilində işıq üzü görüb.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə “Pavoriti print” MMC-də gürcü dilində çap olunan kitabların layihə müəllifi və baş redaktoru İura Kandelaki, redaktoru isə Manana Gelaşvilidir.
Layihənin müəllifləri bildiriblər ki, son illər dünyanın bir çox ölkələrində olduğu kimi, Gürcüstanda da xalqın daha yaxşı tanıdığı Əliyevlər şəcərəsinin bu üç görkəmli nümayəndəsinə maraq daha da artıb. Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rol oynayan bu şəxsiyyətlər haqqında layihənin reallaşdırılması da məhz bu maraqdan qaynaqlanır.
“Görkəmli adamların həyatı” seriyasından olan “İlham Əliyev: tərcümeyi-hal davam edir” əsəri gürcü dilində ikinci dəfədir ki, nəşr olunur və bu qardaş xalqın dövlətimizin rəhbəri İlham Əliyevin şəxsiyyətinə olan böyük marağından xəbər verir.
Beynəlxalq aləmdə yerini ildən-ilə daha da möhkəmləndirməkdə olan, iqtisadi inkişaf tempi ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın XX əsrin sonunun və XXI əsrin əvvəllərinin tarixinin öyrənilməsi baxımdan mühüm mənbə olan “Heydər Əliyev”, “Zərifə Əliyeva” və “İlham Əliyev: tərcümeyi-hal davam edir” kitablarının Gürcüstanın kitabxana və elm ocaqlarına, ali təhsil müəssisələrinə paylanılması və geniş təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31