Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində koreyalı mütəxəssislərlə görüş keçirilib
20.12.2013 [09:30]
Məlum olduğu kimi, 16-23 dekabr tarixlərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması” layihəsinin icra tədqiqatını həyata keçirəcək mütəxəssis qrupu ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadənin qəbulunda olub. Görüş zamanı tərəflər layihənin uğurlu icrası üçün birgə səylərin artırılması barədə razılığa gəliblər. Sözügedən layihənin dövlət qulluqçularının informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının təkmilləşməsinə, həmçinin, Azərbaycanda elektron hökumət sisteminin inkişafına töhfə verəcəyi vurğulanıb.
Koreyalı mütəxəssislər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən layihənin icrasına yardım məqsədilə formalaşdırılmış İşçi Qrupu ilə də görüşüblər. Görüş zamanı layihənin qrafiki və əhatə dairəsi, habelə, mümkün layihə məkanları müzakirə edilib.
Layihə ərazisi ilə yaxından tanış olmaq məqsədilə, KOICA mütəxəssislərinin Nazirliyin bir sıra təlim mərkəzlərinə səfərləri də planlaşdırılır.
Xatırladaq ki, “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması” ilə bağlı Qrant Razılaşması bu ilin aprelin 18-də Koreya və Azərbaycan hökumətləri tərəfindən imzalanıb. 3,7 milyon dollar həcmində büdcəyə malik olan iki illik qrant layihəsi Azərbaycanda elektron hökumətin qurulmasına dəstək məqsədilə, hökumət rəsmilərinin təliminə və onlayn təhsil xidmətinin göstərilməsinə xidmət edəcək. Layihənin Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin paylaşılması yolu ilə Azərbaycanda dövlət qulluğu sahəsində insan resurslarının inkişafına töhfə verəcəyi və İKT və e-hökumət potensialını təşviq edəcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33

