Səbail rayonunda dünya və Avropa çempionatlarında fərqlənən idmançılarla görüş keçirilib
28.12.2013 [09:26]
Səbail rayonunun ərazisində yerləşən “Atilla” idman klubunun idmançıları 2013-cü ildə keçirilən dünya, Avropa və digər beynəlxalq yarışlarda uğurla çıxış edərək bir sıra əhəmiyyətli qələbələrə imza atıblar.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, ilin yekunu ilə bağlı klubun yarışlarda fərqlənən idmançıları və məşqçilərinin bir qrupu ilə görüş keçirilib.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Cüdo Federasiyasının yaranması, təşəkkülü və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, cüdo respublikamızda çox sevilən idman növlərindəndir. 1992-ci və 2008-ci illərdə cüdoçularımız Olimpiya oyunlarından Vətənə qızıl medallarla qayıdıblar. Onların uğurları ilbəil artır. Bütün bunlar isə ilk növbədə xalqımızın Ümummilli lideri Heydər Əliyevin idmana olan qayğısının nəticəsi olub.
Görüşdə bildirilib ki, bu gün Ulu öndərin siyasətinin layiqli davamçısı, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin səyləri, idmançılara olan dövlət qayğısının artması nəticəsində idmançılarımızın beynəlxalq səviyyədə uğurları artmaqdadır. Ölkədə bir sıra Olimpiya mərkəzləri, idman meydançaları tikilir, idmanın maddi-texniki bazası inkişaf etdirilir.
Qeyd olunub ki, Səbail rayonunda fəaliyyət göstərən “Atilla” idman klubunun idmançıları həmişə olduğu kimi, bu il ərzində də bir sıra beynəlxalq turnir və yarışlarda Vətənimizi uğurla təmsil ediblər. İlin ən böyük nailiyyəti avqust ayında böyüklər arasında Braziliyanın Rio de Janeyro şəhərində keçirilən dünya çempionatında klubun yetirməsi Orxan Səfərovun 60 kq çəki dərəcəsində üçüncü yerə çıxaraq Vətənə bürünc medalla qayıtması olub.
Bu il Polşada keçirilən Avropa kuboku yarışlarında Abdulhaqq Rəsullu 81 kq çəki dərəcəsində birinci və Rasim Alməmmədov üçüncü yerlərə, ABŞ-ın Mayami ştatında keçirilən dünya kuboku yarışlarında Leyla Əliyeva 40 kq çəki dərəcəsində ikinci, gənclər arasında Avropa çempionatında Oruc Vəlizadə də 60 kq çəki dərəcəsində üçüncü yerlərə çıxıblar. Abu-Dabi şəhərində keçirilən “Böyük dəbilqə” yarışlarında 60 kq çəki dərəcəsində Orxan Səfərov və 90 kq çəki dərəcəsində Ramin Qurbanov, Rusiya Federasiyasının Tümen şəhərində keçirilən “Masters” turnirində isə Elmar Qasımov 100 kq çəki dərəcəsində üçüncü yerə çıxaraq bürünc medala layiq görülüblər.
Klubun məşqçisi Vüqar Budaqov Abu-Dabi şəhərində veteran idmançılar arasında keçirilən yarışlarda ikinci dəfə dünya çempionu adına layiq görülüb.
Bir neçə gün əvvəl “Atilla” idmançıları cüdo üzrə klublararası Azərbaycan çempionatının qalibi olublar. Ümumilikdə, klubun 75 idmançısı beynəlxalq yarışlarda iştirak edərək müxtəlif əyarlı 24 medal qazanıb, müxtəlif yaş qrupları üzrə Azərbaycan birinciliklərində 11 idmançı birinci, 6 idmançı ikinci və 5 idmançı isə üçüncü yerlərə çıxıblar.
Rayon icra hakimiyyətinin başçısı əldə olunan nailiyyətlər münasibətilə idmançıları və bu uğurda böyük əməyi olan məşqçiləri təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Tədbirdə iştirak edən idmançılara və onların məşqçilərinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar təqdim olunub. İdmançılardan Orxan Səfərov, “Atilla” idman klubunun baş məşqçisi Əli Dərvişov çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

