/ / Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatına layiq görülüb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatına layiq görülüb
28.12.2013 [09:31]
Pakistanın Sind əyalətinin Larkana şəhərində “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatlarının təqdimolunma mərasimi keçirilib. Mərasimdə Pakistanın sabiq Prezidenti Asif Əli Zərdari, Sind əyalətinin Baş naziri Kaim Əli Şah, əyalət kabinetində təmsil olunan nazirlər, Milli Assambleyanın üzvləri, senatorlar iştirak ediblər.
Asif Əli Zardari Pakistanın böyük qızı Bənazir Bhuttonun Pakistanın həyatında oynadığı əvəzsiz roldan danışıb, bütün mənalı ömrünü demokratiyanın bərqərar olunmasına həsr etdiyini, habelə Pakistanda qadın və uşaqların problemlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Sonra sabiq Prezident Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı ilə təltif olunduğu elan edib.
Tədbirdə çıxış edən Sind əyalətinin ailə və qadın məsələləri üzrə naziri Rubina Kaimxani Bənazir Bhuttonun Pakistanda elm, təhsil və mədəniyyətin inkişafına, habelə qadınların cəmiyyətdə mühüm rol oynamasına xüsusi töhfə verdiyindən danışıb. O, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələrin həyata keçirildiyini, bu tədbirlər çərçivəsində 2007-ci ildə zəlzələdən zərər çəkən Müzəffərabad şəhərindəki qızlar məktəbinin inşa edildiyini diqqətə çatdırıb. Nazir deyib ki, 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu Pakistanda yeni layihələr həyata keçirir. Bu layihələrdən biri çərçivəsində sel və daşqınlardan zərər çəkmiş məktəb Fond tərəfindən əsaslı təmir edilib. Digər layihəyə əsasən Xeybər-Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvəndləmə aparılıb, Peşəvər şəhərində “Akbar Care” Serebral İflic İnstitutunda pulsuz müayinə təşkil edilib, Kulsum xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılıb. Qeyd olunub ki, Peşəvərdəki Hamza Fondu üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketi alınıb, Xeybər Göz Fondunun yeni binasının inşasına və Saif Fonduna maddi yardımlar edilib. İndi isə Dera İsmail Xan bölgəsində su təchizatı sistemi inşa edilməkdədir. Eyni zamanda, 2012-ci və 2013-cü illərdə Fond tərəfindən Pakistanın bütün əyalətlərində Ramazan ayında kimsəsiz uşaqlar üçün iftar süfrələri açılıb, Qurban bayramında isə Pəncab əyalətinin İslamabad, Fəyzabad, Xeybər-Paxtunxva əyalətinin Lakki Marvat şəhərində, həmçinin Bəlucistan əyalətinin zəlzələdən zərər çəkmiş bölgəsində qurbanlıqlar kəsilərək əhalinin imkansız təbəqələrinə paylanıb. Bildirilib ki, Fondun təşəbbüsü ilə Pakistanın 12 aparıcı universitetinin 36 tələbəsi və Rara məktəbinin 5 şagirdinə aylıq təqaüd verilir.
Nazir bu ilin mart ayında Bakıya səfəri zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdüyünü bildirib, təəssüratlarını danışıb.
“Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı Türkiyənin birinci xanımı Hayrünnisə Gülə də verilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

