/ / Yevlaxda “İnternet media resurslarında etik durum və hüquqi məsuliyyət” mövzusunda regional konfrans keçirilib
Yevlaxda “İnternet media resurslarında etik durum və hüquqi məsuliyyət” mövzusunda regional konfrans keçirilib
29.12.2013 [11:00]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə dekabrın 28-də Yevlax rayonunda Azərbaycanın qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün “İnternet media resurslarında etik durum və hüquqi məsuliyyət” mövzusunda regional konfrans keçirilib.
Konfransda qərb bölgəsinə daxil olan rayonlarda mövcud olan yerli KİV-lərin təmsilçiləri, respublika yayımlı KİV-lərin qərb bölgəsi üzrə yerli təmsilçiləri, bölgənin sosial media fəalları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, KİVDF və Yevlax rayon İcra Hakimiyyətinin başçısı və digər rəhbər şəxslər iştirak ediblər. Tədbirə, həmçinin, Bakıda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərləri və təmsilçiləri də qatılıblar.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov konfrans iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Daha sonra “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Azərbaycanda azad internet məkanının inkişaf etdirilməsi üçün həyata keçirilən dövlət proqramlarından danışıblar.
Çıxışçılar internetin inkişafının KİV-lərə göstərdiyi təsir, ənənəvi media ilə “yeni media”nın fərqli və oxşar cəhətləri, internet medianın yaratdığı tendensiyalar barədə fikirlərini bölüşüblər. Konfrans müddətində 2013-cü ilin may ayında Azərbaycan Respublikasının Milli Məclisinin Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə etdiyi dəyişikliklər, həmçinin, internet üzərindən yayılan informasiyalar barədə hüquqi məsuliyyəti tənzimləyən digər qanunvericilik aktları barədə geniş müzakirələr keçirilib. Qeyd edilib ki, internet üzərindən yayılan məlumatlarda hüquqi məsuliyyət təkcə “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə görə yaranmır. Şəxsi həyatın toxunulmazlığı prinsipi, ailə məsələləri, uşaq hüquqları, dövlət sirri, terrora və iğtişaşlara çağırış kimi bir sıra məsələlər var ki, internet üzərindən informasiya yayanlar bunları mütləq nəzərə almalıdırlar. Bu sahədə qeyri-dəqiq, əsaslandırılmamış informasiyaların yayılması internet üzərindən məlumat yayanlar üçün də hüquqi məsuliyyət yaradır.
Konfrans zamanı region jurnalistlərinin və vətəndaş cəmiyyəti institutları təmsilçilərinin mövzu ətrafında çıxışları dinlənilib, təklifləri qeydə alınıb.
Konfransın gedişində Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədova “Media və icra orqaları arasında əməkdaşlığın inkişafında fəal roluna görə” Fondun xüsusi diplomu təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

