/ / Azərbaycan Diplomatik Akademiyasında “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans keçirilib
Azərbaycan Diplomatik Akademiyasında “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans keçirilib
09.01.2014 [09:43]
Azərbaycan Diplomatik Akademiyasında (ADA) bu ali məktəbin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransın açılışında xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev çıxış edərək Azərbaycan dövlətinin ölkədə təhsilin inkişafına hərtərəfli diqqət və qayğısından danışıb. Bildirib ki, Azərbaycan dövləti müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşır, onların cəmiyyət və xalq qarşısında əvəzsiz xidmətlərini yüksək qiymətləndirir.
Rektor qeyd edib ki, gələcəkdə akademiyanın tərkibində orta məktəbin açılması planlaşdırılır.
Tədbirdə vaxtilə Harvard Universitetinin müəllimi olmuş professor Eleanor Dakvort çıxış edərək təhsil tədqiqatçısı kimi bütün yaş qruplarının, müəllimlərin və şagirdlərin həm məktəbdaxili, həm də məktəbdənkənar tədris və təcrübəsi ilə maraqlandığını bildirib. O, həmçinin ABŞ, Avropa, Asiya, Afrika ölkələrində pedaqoji təhsilin və proqramın qiymətləndirilməsini həyata keçirdiyini diqqətə çatdırıb.
“Brokvud Park” məktəbinin müdiri Qopal Krişnamurti, ABŞ-ın İllinois Universitetinin tanınmış professoru Uilliam Ayers, Vinçester Universitetinin professoru Simon Boksli və başqaları təhsil, cəmiyyət, gənclik, təhsil və tədrisə müasir və innovativ yanaşma, kurikulumun və təhsil siyasətinin formalaşdırılması, tələbələrin yaradıcı və tənqidi keyfiyyətlərinin inkişaf etdirilməsi və digər mövzularda çıxış ediblər.
Tədbirdə, həmçinin Azərbaycan Diplomatik Akademiyasının tədris işləri üzrə prorektorunun müavini Şəmsiyyə Mustafayeva, ADA-nın Təhsil və Dillər İnstitutunun dekanı Vəfa Kazdal, bakalavr mərhələsinə tələbə qəbulu üzrə direktor müavini Firuzə Əliyeva orta məktəb müəllimləri ilə Azərbaycan təhsilinin bugünkü inkişaf səviyyəsi ilə bağlı müzakirələr aparıblar.
Konfrans öz işini “Təbiətdə transformativ təhsil”, “Məktəb, kurikulum, təhsil siyasəti”, “Birlikdə öyrənmə və düşünmə”, “Təhsil siyasəti, kurikulum tərtibatı və gələcək addımlar” və s. mövzular ətrafında çıxışlar və müzakirə panelləri ilə davam etdirib.
İki gün davam edən konfrans iştirakçılarla sual-cavab, açıq müzakirələrlə başa çatıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

