Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Əli Əhmədovun Baş nazirin müavini olması YAP İcra Katibliyinin statusunu daha da yüksəldir

Mübariz Qurbanlı: Əli Əhmədovun Baş nazirin müavini olması YAP İcra Katibliyinin statusunu daha da yüksəldir

10.01.2014 [09:42]

“Yeni Azərbaycan Partiyasının İcra katibi, Baş nazirin müavini Əli Əhmədov qurumun fəaliyyətinə tam şəkildə və səmərəli formada rəhbərlik edir”. İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı “Media forum” saytına açıqlamasında belə deyib.
M.Qurbanlı bildirib ki, iş qrafiklərində heç bir dəyişiklik yoxdur: “Əvvəlki rejimdə işləyirik. Əli Əhmədov hər gün YAP-ın mərkəzi qərargahına gəlir, İcra Katibliyinin iclasını keçirir, vaxtaşırı İdarə Heyətinin toplantılarına sədrlik edir, sənədlərə baxır, tapşırıqlar verir. Eyni zamanda nəzərə almaq lazımdır ki, biz internet əsrində yaşayırıq. Təxirəsalınmaz cari məsələlər olanda onları da informasiya-kommunikasiya vasitələrinin köməyi ilə həll edirik, telefonla müzakirələr aparırıq. Bununla da bağlı çətinliyimiz yoxdur”.
Millət vəkilinin sözlərinə görə, Əli Əhmədovun hər gün YAP-ın qərargahında olması, iclaslar keçirməsi Nazirlər Kabinetindəki işinə mane olmur: “Çünki Əli Əhmədov YAP-ın qərargahına fasilə zamanı gəlir. Eyni zamanda şənbə günləri partiyanın qərargahında olur. Əli Əhmədovun Baş nazirin müavini olması YAP İcra Katibliyinin statusunu daha da yüksəldir. Bu da partiyanın fəaliyyətinə müsbət təsir göstərir”.

Paylaş:
Baxılıb: 976 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31