/ / Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının Nayrobidəki mənzil-qərargahında olub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının Nayrobidəki mənzil-qərargahında olub
14.01.2014 [09:12]
Yanvarın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olub.
Leyla Əliyevaya UNEP-in fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılan bu proqramın məqsədi indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorumaq və bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə altı böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi altında hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.
Sonra Leyla Əliyevanın BMT baş katibinin müavini, UNEP-in icraçı direktoru Axim Ştayner ilə görüşü olub.
IDEA-nın ətraf mühitin qorunması istiqamətində gördüyü işlərdən xəbərdar olduğunu və bunu yüksək qiymətləndirdiyini deyən BMT rəsmisi bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı olan tərəflər ilə sıx əməkdaşlıqda maraqlıdır. Axim Ştayner UNEP-in ekoloji sahədə bir çox irimiqyaslı layihələr həyata keçirdiyini deyib, bu məsələdə müxtəlif qrup insanlar, o cümlədən gənclərlə qarşılıqlı fəaliyyəti genişləndirməyin vacibliyini diqqətə çatdırıb.
Leyla Əliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə reallaşdırdığı layihələr barədə məlumat verib. Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ekoloji siyasətdən bəhs edən Leyla Əliyeva 2011-ci ildə başladılan IDEA kampaniyası çərçivəsində görülən işlərdən danışıb, müxtəlif ölkələrdən olan gənclərin bir araya gələrək ətraf mühitin qorunması ilə bağlı layihələr hazırladığını bildirib. “Bu kampaniya ətraf mühitin müsbət və dayanıqlı inkişafını təmin etmək məqsədilə gənc nəsil üçün vacib olan dialoq, fəaliyyət, liderlik və məlumatlılıq prinsiplərinə əsaslanır”, - deyən Leyla Əliyeva Azərbaycan hökuməti, IDEA və UNEP-in 2012-ci ilin noyabrında Bakıda keçirdiyi “Yaşıl həftə” tədbirinin əhəmiyyətini vurğulayıb və BMT baş katibinin müavinini Bakıya səfərə dəvət edib.
Görüşdən sonra rəhbərlik etdiyi IDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən və gələcək planlardan danışan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “IDEA ətraf mühitin qorunması üzrə beynəlxalq təşəbbüsdür. Biz Qafqazın ən böyük təşkilatıyıq və gənclərlə işləyirik. İki il ərzində biz bir çox layihələrə imza atmışıq. Bunlardan biri Azərbaycanda üç milyon ağacın əkilməsi olub ki, bu da ölkəmizdə yaşayan üç milyon gənci ehtiva edir. Bizim digər beynəlxalq layihəmiz fotoqraf Reza Diqqəti ilə birlikdə təşkil etdiyimiz “Dünya uşaqların gözü ilə” layihəsi idi. Bu layihədə 98 ölkədən 1200 uşaq iştirak etdi.
Məlumatlılığı artırmaq üçün əlbəttə ki, ən mühüm məsələ təhsildir. Artıq bizim təşkilat universitetlərdə ətraf mühitlə bağlı təlimlər aparmaqdadır. Ölkəmizdə məktəblər üçün ətraf mühit dərslikləri üzərində çalışırıq. Fikrimcə, dünya miqyasında məlumatlılığı artırmaq vacibdir. Gənclərlə işləməyin ən maraqlı tərəfi odur ki, onları bir az həvəsləndirdikdə çox fəallaşırlar və artıq özləri başqalarını həvəsləndirməyə can atırlar. Fikrimcə, indi daha çox gənc ətraf mühit layihələrində iştirak edir”.
Leyla Əliyeva dünyada, o cümlədən Qafqazda nəsli kəsilməkdə olan heyvanların qorunması ilə bağlı bir neçə layihənin həyata keçirildiyini, bu sahədə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi, Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu və digər təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

