Almaniyada 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib
15.01.2014 [09:18]
Almaniyanın Bad Salzuflen şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Almaniyanın Nordrhein-Westfalen federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilmiş anım mərasimində Hannover, Hamburq, Minden, Herford və Almaniya Federativ Respublikasının digər şəhərlərindən gəlmiş 120-dən çox həmyerlimiz, türk diasporunun nümayəndələri və alman qonaqları iştirak ediblər. Tədbir zamanı qanlı 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib.
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva tədbiri giriş sözü ilə açıb. Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə “Xəzər” Alman-Azərbaycan cəmiyyətinin sədri Etibar Qəniyev, Bielefeld şəhərində yaşayan həmvətənimiz Elşən İsmayıllı, ağsaqqal Ramazan Məmmədov, türk diasporunun nümayəndəsi İsmayıl Nefis, iş adamı Adem Yavuz Tumay, Nordrhein-Westfalen Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin üzvü Faiq Məmmədov və digərləri çıxış edərək Sovet imperiyasına məxsus hərbi birləşmələrin 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayət haqqında qonaqlara məlumat veriblər.
Daha sonra 20 Yanvar hadisələri ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.
Tədbirin sonunda Nordrhein-Westfalen Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva qonaqlara öz təşəkkürünü bildirib, gələcəkdə planlaşdırılan tədbirlər, o cümlədən, fevral ayında Bielefeld şəhərində keçiriləcək Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş yürüş haqqında həmvətənlərimizi məlumatlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47

